28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Beynəlxalq Bank hədiyyəli kampaniyaya start verir

“Azərbaycan Beynəlxalq Bankı” Müqəddəs Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniyaya start verir.Bankdan Azərtac-a bildiriblər ki, “Hədiyyəli bayram alış-verişi” şüarı altında keçirilən kampaniya dövründə bankın bütün plastik kartları (əməkhaqqı, pensiya kartı və digər kartlar) ilə bu banka aid POS-terminallarda ən çox məbləğdə alış-veriş edən ilk 100 müştəri “Azərbaycan Beynəlxalq Bankı”ndan hədiyyələr qazanacaq.Kampaniya iyunun 23-dən 30-dək keçərlidir. Bu imkandan bankın POS-terminallarının olduğu hər yerdə, supermarketlərdə, restoranlarda, geyim və parfümeriya dükanlarında, eləcə də digər ticarət və xidmət məkanlarında faydalanmaq mümkündür.xeber100.com

İyun 22, 2017 2:43

Banklar Assosiasiyasının məlumatına əsasən…

Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək.Azərbaycan Banklar Assosiasiyasından (ABA) Azərtac-a bildirilib ki, ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib.ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.xeber100.com

İyun 21, 2017 12:11

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 44,45 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar azalaraq 46,93 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,68 dollar ucuzlaşaraq 46,01 dollar təşkil edib.xeber100.com

İyun 21, 2017 12:07

Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.Azərtac xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.O bildirib ki, Bakı Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Belə ki, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub.Y.İsakovun sözlərinə görə, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda, bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir. İlboyu olduğu kimi, bayram ərəfəsində də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı həyata keçirilir.xeber100.com

İyun 21, 2017 12:04

Bakı Fond Birjasının məlumatına əsasən…

"Merkuri BOKT" MMC-nin emissiya prospektində dəyişiklik edilib.Bakı Fond Birjasından Azərtac-a bildiriblər ki, "Merkuri BOKT" MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarına əsasən, dövlət qeydiyyat nömrəsi AZ2001019754 olan, 500 manat nominallı 3000 ədəd faizli təmin edilməmiş istiqrazlarının emissiya prospektinin illik faiz dərəcəsi 15 faizdən 19 faizə dəyişdirilib.xeber100.com

İyun 20, 2017 12:29

Neft Fondunun iştirakı ilə hərrac keçirilib

İyunun 20-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.xeber100.com

İyun 20, 2017 12:26

Beynəlxalq Bank özəl kampaniyaya start verir

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 25 iyun - Dənizçilər Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə özəl kampaniyaya start verir.Bankdan Azərtac-a bildiriblər ki, ABB-nin maaş kartına sahib hərbçi və dənizçilər kampaniyadan faydalanaraq nağd pul kreditini bu bankdan 2 faiz endirimlə əldə edə bilərlər. Kampaniya iyunun 21-dən iyulun 5-dək qüvvədədir.Kampaniyanın özəllikləri: kreditin məbləği - 15.000 manatadək, kreditin müddəti - 36 ayadək, illik faiz dərəcəsi – 2 faiz endirimlə, 3000 manatadək zaminsiz, kreditin rəsmiləşdirilməsi komissiyasız.Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş bu krediti "Azərbaycan Beynəlxalq Bankı"nın bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.xeber100.com

İyun 20, 2017 12:23

I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək

Qazaxıstanın paytaxtı Astana şəhərində iyunun 28-də I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək.Azərbaycanın Qazaxıstandakı səfirliyi, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarlar İttifaqının dəstəyi ilə keçirilən forumda Azərbaycan və Qazaxıstan turizm potensialının təqdimatı, turoperatorların, turizm şirkətlərinin nümayəndələrinin işgüzar görüşləri, turizm agentlikləri üçün işçi platforma, iştirakçılar üçün “B2B” (üzbəüz) görüşlər təşkil ediləcək.xeber100.com  

İyun 20, 2017 12:20

“Azərbaycan Hava Yolları”nın məlumatına görə…

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (AZAL) oktyabrın 29-dan etibarən Bakıdan Tailandın paytaxtı Banqkok şəhərinə (Suvarnabhumi Beynəlxalq Hava Limanı) müntəzəm sərnişin reyslərini həyata keçirməsinə başlayacaq. Qeyd edək ki, bu, Azərbaycanın paytaxtından Cənub-Şərqi Asiyaya ilk birbaşa müntəzəm sərnişin aviareysidir.Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a məlumat verilib.Bakıdan Banqkoka aviareyslər çərşənbə axşamı və bazar günləri ekonom və “VIP-klub” sinif salonlu rahat “Boeing-767” laynerləri ilə yerinə yetiriləcək. Banqkokdan Bakıya aviareyslər isə bazar ertəsi və çərşənbə günləri həyata keçiriləcək.Banqkoka yeni reyslər "Azərbaycan Hava Yolları"nın digər reysləri ilə rahat calanacaq ki, bu da Britaniyanın nüfuzlu “Skytrax” agentliyinin qiymətləndirməsinə görə postsovet məkanında ən yaxşı hava limanı elan edilən Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə Avropa və MDB ölkələrindən transfer daşınmaları planlaşdırmağa imkanı verəcək.Aviabiletin qiymətinə baqajın (23 kiloqrama kimi) pulsuz daşınması, soyuq və isti yeməklərin tam çeşidi daxildir.xeber100.com

İyun 19, 2017 12:40

“Kapital Bank” yeni kredit kampaniyası təqdim edir

“Kapital Bank” 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə iyunun 19-dan 3-dək hərbçilərə güzəştlə yeni kredit kampaniyası təqdim edir.Bankdan Azərtac-a bildiriblər ki, aksiya çərçivəsində “Kapital Bank”a müraciət edən hərbçilərə illik faiz dərəcəsində 2 faiz endirim edilir. Kredit rəsmiləşdirilməsi zamanı komissiya 0 faiz təşkil edəcək.Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300–20 000 manat təşkil edir, müddəti isə 3 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əməkhaqqı və ya təqaüdünü “Kapital Bank”dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əməkhaqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.xeber100.com

İyun 19, 2017 12:37
    Page 259 of 381« First«...102030...257258259260261...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az