“AtaBank” ASC-nin yeni “Sahil” şöbəsinin açılışı olub

“AtaBank” ASC-nin Bakı şəhəri, Puşkin küçəsi, 28 May metro stansiyasının yaxınlığında yeni “Sahil” şöbəsinin açılışı olub.Bankdan Azərtac-a bildiriblər ki, yeni şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. təklif edir.Şöbənin açılış mərasimində “AtaBank”ın İdarə Heyəti sədrinin müavini Səbuhi Əliyev və filiallarla iş departamentinin direktoru İlqar Sadıqov iştirak ediblər. Səbuhi Əliyev bildirib ki, “AtaBank” ASC-nin konsolidasiyadan sonra bazar mövqeləri əhəmiyyətli şəkildə güclənib. Hazırda “AtaBank” filial şəbəkəsinə görə 31 filial və şöbə ilə ölkə bankları arasında 5-ci yerdə qərarlaşıb.“AtaBank”ın “Sahil” şöbəsi bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a kimi müştəriləri qəbul edir. “AtaBank”ın yeni “Sahil” şöbəsi müştəriləri rahat və geniş ofisində görməyə şad olacaq.Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100 faiz yerli kapitallı, yüksək texnologiyalı universal Azərbaycan bankıdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 31 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.xeber100.com

İyun 12, 2017 3:05

Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu başlayıb

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə sənəd qəbulu başlayıb.Şirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbul üzrə müvafiq komissiya tərəfindən 2017-2018-ci tədris ili üçün avtomobil təmiri çilingəri, əl ilə qaynaqda elektrik qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, neft və qaz hasilatı üzrə operator, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, qazpaylayıcı stansiyanın operatoru, qazla kəsən, təmirçi-çilingər, tornaçı-frezerçi peşələri üzrə sənəd qəbulu elan edilib.Müsabiqədə yaşı 29-dan yuxarı olmayan, respublika üzrə hər hansı yerdə qeydiyyatı olan Azərbaycan Respublikası vətəndaşları, eləcə də hərbi mükəlləfiyyətli (oğlanlar üçün), tam orta təhsilli gənclər iştirak edə bilərlər. Sənəd qəbulu elektron formada həyata keçirilir. Müraciət etmək istəyən şəxslər www.socar.az saytının “Karyera” bölməsinin “Təlim Mərkəzinə sənəd qəbulu” alt-bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər bu il iyunun 19-dək qəbul ediləcək. Qəbulla bağlı sualı olan vətəndaşlar [email protected] elektron poçt ünvanına yazılı müraciət göndərə bilərlər.xeber100.com

İyun 11, 2017 2:46

“Bakı Metropoliteni” ilə “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən…

Fransanın “Thales” şirkəti Bakı metropiliteninin “Nərimanov” deposuna baxış keçirib.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, “Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Müqaviləyə görə, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək. Bununla əlaqədar şirkətin nümayəndələri - Tomas Lannuzel, Pedro Madureyra Nunyes, Sedrik Lua “Bakı Metropoliteni” QSC-yə ezam olunub.N.Paşayevin sözlərinə görə, səfər çərçivəsində yenidən qurulması nəzərdə tutulan “Nərimanov” elektrik deposunun işarəvermə və rabitə sistemlərinin, qatar hərəkətinin idarə olunması sistemləri və avadanlıqlarının müasir tələblər səviyyəsinə çatdırılması, o cümlədən yoldəyişdirici qurğuların, yeni nəsil işıqforların quraşdırılmasında buna qədər yaranan suallar yerində araşdırılıb və təkliflərin müzakirəsi aparılıb. “Thales”in nümayəndələri, həmçinin “Nərimanov” elektrik deposunda inşası davam edən qatarların əsaslı təmiri sahəsi və qatarların sınaq yolu ilə yaxından tanış olublar.xeber100.com

İyun 9, 2017 3:30