Azərsu” ASC-nin məlumatına görə…

Meksikada Azərbaycanın iştirakı ilə qlobal miqyasda su ilə bağlı aktual məsələlər müzakirə olunub“.Azərsu” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müzakirələr Meksika Birləşmiş Ştatlarının Kankun şəhərində 16-cı Dünya Su Konqresində (WWC) aparılıb. Konqresdə iştirak etmək üçün “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikada işgüzar səfərdə olub.16-cı Dünya Su Konqresi “Azərsu” ASC-nin də üzvü olduğu Beynəlxalq Su Resursları Assosiasiyası tərəfindən təşkil olunub. Tədbirdə dünyanın 100-dən çox ölkəni təmsil edən dövlət və özəl sektorun nümayəndələri, beynəlxalq və regional təşkilatların rəhbər şəxsləri iştirak edib. Konqresdə suyun inteqrasiyalı idarə edilməsi, bu sahədə innovasiyalar və təcrübələr, su sektorunda informasiya mübadiləsi, qlobal miqyasda su ilə bağlı aktual məsələlər müzakirə olunub.Konqresin keçirildiyi günlərdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beynəlxalq Su Resursları Assosiasiyasının prezidenti Patrik Lavarde, Dünya Su Şurasının prezidenti Benedito Braqa, Şuranın icraçı direktoru Tom Su, UNESCO-nun Su və ətraf mühit bölməsinin rəhbəri xanım Blanka Jimenos və digər rəsmi şəxslərlə görüşlər keçirib. Görüşlərdə su sektoru ilə bağlı qarşılıqlı maraq kəsb edən aktual mövzular ətrafında fikir mübadilələri aparılıb.Konqresin yekununda elm və siyasətin əlaqələndirilməsini özündə ehtiva edən Kankun bəyannaməsi qəbul olunub.Təqdirəlayiq haldır ki, son illərdə Azərbaycan dövlətinin su sektoruna verdiyi diqqət və dəstəyi, bu sahənin dinamik inkişafını, 2017-ci ilin martında keçirilmiş 1-ci Bakı Beynəlxalq Su Həftəsini və digər göstəriciləri yüksək qiymətləndirən Beynəlxalq Su Resursları Assosiasiyası 2021-ci ildə 18-ci Dünya Su Konqresinin Bakıda keçirilməsi təşəbbüsünə müsbət yanaşıb.xeber100.com

İyun 9, 2017 3:06

“Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində…

"Kapital Bank" filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə ticarət mərkəzində yeni şöbəsini istifadəyə verib.Bankdan Azərtac-a bildiriblər ki, müştərilər yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən istifadə edə bilərlər. Şöbə ilkin olaraq həftə içi saat 09:00-dan 17:00-dək, gələcəkdə isə şənbə və bazar günləri də daxil olmaqla fəaliyyət göstərəcək."Kapital Bank"ın yeni şöbəsi, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni şöbə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, "Buzovna" və "Dəmiryol" şöbələri fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı" və "Göyçay" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 92 filialı və 6 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.xeber100.com

İyun 7, 2017 12:21