XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı keçirilib

"AtaBank" ASC İqtisad Universitetində (UNEC) keçirilən "XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı"nın sponsoru olub.Bankdan Azərtac-a bildiriblər ki, "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, “İqtisadiyyat və Menecment” jurnalı olub.Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.""XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı" ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır. "AtaBank" Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə ixtisaslı mütəxəssislər olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korporativ sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib",- deyə "AtaBank" ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.Sonda "AtaBank" ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.xeber100.com

May 23, 2017 3:43

Dövlət Statistika Komitəsinin məlumatı

2017-ci ilin yanvar-aprelində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb.Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 24,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi tikinti, 8,4 faizi emal sənayesi, 6,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.xeber100.com

May 23, 2017 8:26

“Bank of Baku” növbəti yeniliklərini təqdim edib

“Bank of Baku” internet bankçılıqdan istifadə edən fiziki və hüquqi müştərilərin rahatlığını təmin edəcək növbəti yeniliklərini təqdim edib.Bankdan Azərtac-a bildiriblər ki, 70 min nəfərdən çox şəxsin əməliyyatlarını daha rahat və sürətli şəkildə etmələrinə şərait yaradan internet bankçılıq təqdim etdiyi yeni istifadə imkanları ilə onların işini bir az daha asanlaşdıracaq. İnternet bankçılığın təkmilləşdirilməsi istiqamətində aparılan mühüm işlərin nəticəsi olaraq aşağıdakı 3 əsas yeniliyi xüsusilə qeyd etmək lazımdır: 1. SWIFT çıxarışın onlayn əldə olunması – müştərilər hesablar üzrə həyata keçirdikləri əməliyyatların çıxarışını banka gəlmədən, internet bankçılıq vasitəsilə onlayn olaraq əldə edə bilərlər. Ödəniş haqqında bu çıxarışı həm mədaxil, həm də məxaric olunan bütün hesablar üzrə almaq mümkündür. Çıxarışda ödəməni həyata keçirən və alan şəxsin və ya qurumun adı, ünvanı, ödəniş məbləği və tarixi öz əksini tapır. 2.Rekvizitlərin alınması – cari hesablar bölməsində olan istənilən hesabın rekvizitini indi internet bankinq istifadəçiləri çox rahat şəkildə özləri ala bilərlər. Bunun üçün cari hesablardan birinə keçib rekvizitlər düyməsinə basmaq kifayətdir. Rekvizitlərin e-poçta göndərilməsi də mümkündür. 3.Geri dönüş imkanlı bizimlə əlaqə bölməsi – bizimlə əlaqə bölməsi daha da təkmilləşdirilərək istifadəçilərdən daxil olan sual və müraciətlərin həmin gün ərzində cavablandırılmasına xidmət edir. Belə ki, xidmətdən istifadə edən şəxslər səhifəni tərk etmədən bankla əlaqə qura və müraciətlərinə cavab ala bilərlər.xeber100.com  

May 22, 2017 3:59