“Bank of Baku”nun məlumatına görə…

"Bank of Baku" nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradır.Bankdan Azərtac-a bildiriblər ki, məbləği və ödəniş müddəti artırılan nağd pul kreditini indi müştərilər daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.Şərtləri yüngülləşdirilmiş kredit məhsulunda Bankın tətbiq etdiyi əsas yeniliklər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:Kreditin məbləği 10.000 manatadək artırıldı;Təhsil və Tibb əməkdaşlarına özəl güzəştli şərtlər tətbiq olundu – əməkhaqqı tələbi vergilər daxil 200 manatadək endirildi;Maaş kartı digər banklarda olan müştərilərə kredit almaq imkanı yaradıldı - əməkhaqqı kartınızın hansı bankdan olmasından asılı olmayaraq "Bank of Baku"ya nağd pul krediti üçün müraciət edə bilərsiniz;ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10000 manatadək kredit zaminsiz verilə bilər;ÇEVİK rəsmiləşmə - təcili olaraq pula ehtiyacı olan şəxslər üçün bir çox hallarda kreditin 30 dəqiqə ərzində rəsmiləşdirilməsi mümkün olacaq;Ödəniş müddəti 24 ayadək uzadıldı.İllik faiz dərəcəsi aşağı salındı;Rəsmiləşdirmə komissiyası isə sadəcə 1 faiz təşkil edir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan bu kredit məhsulunu Bankın həm köhnə müştəriləri, həm də ilk dəfə müraciət edəcək potensial yeni müştəriləri əldə edə bilər. Yüksək məbləğli, uzunmüddətli, aşağı faizli və çevik kreditləşmə istəyən şəxslər iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı Bankdan ayrılmadan bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

May 11, 2017 12:55

Rusiya Energetika Nazirliyinin məlumatı

Rusiya Neft İxarc edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrlə əldə edilən və bu ilin birinci yarısını nəzərdə tutan neft hasilatının azaldılması üzrə sazişin daha altı ay uzadılmasını dəstəkləyir.Azərtac xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bir sıra ssenarilər üzərində dəyərləndirmələr aparılır və neft hasilatının azaldılması sazişinin müddətinin daha uzun bir dövr üçün uzadılmasının bazarda yenidən tarazlığın yaranmasını sürətləndirməyə kömək edə bilər. Rusiya tərəfdaşlarının qlobal neft bazarında yenidən tarazlığın yaranmasına yönələn səyləri ilə tam həmrəyliyini bir daha təsdiqləyir və indiyədək göstərilən birgə səylərin də bu prosesdə təsirli olduğunu düşünür.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaq barədə razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi bu ilin ötən dörd ayında tam yerinə yetirib.Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.xebber100.com

May 8, 2017 12:46