IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü…

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü avtobuslarla 23 min 164 sərnişin Bakı Olimpiya Stadionu ərazisinə daşınıb.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü üç ekspress xətt üzrə müəyyən olunmuş istiqamətlərdən (metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyaları yaxınlığındakı dayanacaqlardan) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna, eləcə də mərasim bitdikdən sonra geri daşınması 02:00-dək Bakı Nəqliyyat Agentliyi tərəfindən təmin edilib. Plana əsasən nəzərdə tutulan nəqliyyat əməliyyatları üçün Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına ümumilikdə 433 nəqliyyat vasitəsi cəlb olunub. 36 avtobus isə ehtiyat olaraq hazır vəziyyətdə saxlanılıb.M.Ağayevin sözlərinə görə, saat 09:00-dan saat 12:00-dək ekspress xətt üzrə hərəkət edəcək avtobuslar texniki müayinədən keçirilərək Bakı Olimpiya Stadionunun İctimai Nəqliyyat Terminalına toplanıb və sürücülərin tibbi müayinədən keçirilməsi yerinə yetirilib. Nəticədə 7 nəfər sürücü yüksək qan təzyiqi səbəbindən xətdən kənarlaşdırılıb.“Bağlanış mərasimi zamanı 23 min 164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22 min 651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb. X1 xətti üzrə 137 avtobus ilə 9138 sərnişin gətirilib, 103 avtobus ilə 7092 sərnişin aparılıb. Eyni zamanda X2 xətti üzrə 157 avtobus ilə 9240 sərnişin stadiona ərazisinə, 160 avtobus ilə 9467 sərnişin isə stadion ərazisindən gətirilib. X3 xətti üzrə isə 125 avtobus ilə 4386 sərnişin stadiona daşınıb, 107 avtobus ilə 5692 sərnişin stadiondan aparılıb. Əlavə olaraq 11 avtobus ilə 400 nəfər Polis Akademiyasının müdavimi daşınıb”, - deyə M.Ağayev vurğulayıb.M.Ağayev qeyd edib ki, ekspress xətt avtobusları ilə müəyyən edilən dayanacaqlara daşınan sərnişinlərin müxtəlif istiqamətlərdə rahat gedişini təmin etmək məqsədilə bütün marşrut xətləri üzrə sərnişin avtobuslarının gecə saat 02:30-dək fəaliyyət göstərməsi təmin edilib. Bununla yanaşı metronun “Həzi Aslanov” stansiyası yaxınlığında bir nəfər könüllü BNA əməkdaşları tərəfindən minik avtomobili ilə Buzovna qəsəbəsinə yola salınıb. Ekspress xətt avtobuslarından istifadə edən sərnişinlərdən biri mobil telefonunu (sonradan aparılan araşdırma nəticəsində onun İran İslam Respublikasının vətəndaşı olduğu müəyyən edilib) digər biri isə içərisində pulqabı, iki ədəd mobil telefon və şəxsi əşyaları olan əl çantasını unudub. Qeyd edilən əşyaların Bakı Nəqliyyat Agentliyi tərəfindən sahiblərinə verilməsi təmin edilib.

May 24, 2017 1:49

XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı keçirilib

"AtaBank" ASC İqtisad Universitetində (UNEC) keçirilən "XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı"nın sponsoru olub.Bankdan Azərtac-a bildiriblər ki, "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilən konfransın təşkilatçıları UNEC-lə yanaşı, Türk Dünyası İqtisadçılar Birliyi, Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti, Bandırma On Yedi Eylül Universiteti, Bilik, “İqtisadiyyat və Menecment” jurnalı olub.Konfransda Azərbaycanla yanaşı, Türkiyə, İran, ABŞ, Avstraliya, Özbəkistan, Pakistan daxil olmaqla bir çox ölkənin elm adamları iştirak ediblər.""XIII Beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransı" ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasıdır. "AtaBank" Azərbaycan post-neft dövründə ölkənin iqtisadi inkişafını məhz bilik və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasında görür. Müasir dövrdə ixtisaslı mütəxəssislər olmadan davamlı iqtisadi inkişafdan, yenilikdən söhbət gedə bilməz. Bankımızın korporativ sosial məsuliyyət siyasətinə elmin də dəstəklənməsi daxildir. İctimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasına sponsor olmağımız bu siyasətimiz çərçivəsində təmin edilib",- deyə "AtaBank" ASC-nin kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib.Sonda "AtaBank" ASC-yə elmi konfransa göstərdiyi maliyyə dəstəyinə görə təşəkkürnamə təqdim olunub.xeber100.com

May 23, 2017 3:43

Dövlət Statistika Komitəsinin məlumatı

2017-ci ilin yanvar-aprelində ölkədə 86,4 min yeni, o cümlədən 79,6 min daimi iş yerləri açılıb.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 87,5 faizi qeyri-dövlət sektorunda açılıb.Yeni iş yerlərinin 23,1 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 76,2 faizi regionların, o cümlədən 25,7 faizi Aran, 13,9 faizi Lənkəran, 11,3 faizi Gəncə-Qazax, 5,8 faizi Dağlıq Şirvan, 5,7 faizi Şəki-Zaqatala, 5,6 faizi Abşeron, 4,7 faizi Quba-Xaçmaz, 3,2 faizi Yuxarı Qarabağ, 0,3 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.Daimi iş yerlərinin 5,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 13,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 80,1 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 24,3 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 20,0 faizi tikinti, 8,4 faizi emal sənayesi, 6,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 4,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 15,7 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.xeber100.com

May 23, 2017 8:26