05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Milli Turizm Təbliğat Bürosunun məlumatı

Mayın 6-da Milli Turizm Təbliğat Bürosu “Park Bulvar” ticarət mərkəzində paytaxt sakinləri və şəhərimizin qonaqları üçün əyləncəli proqram təşkil edəcək.Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Bakı Şopinq Festivalı çərçivəsində saat 12:00-dən etibarən uşaqlar üçün əyləncəli animasiya proqramı, saat 13:00-dən etibarən isə populyar intellektual oyun - "breyn rinq" formatında yarış keçiriləcək.İştirak ödənişsizdir. Qalibləri hədiyyələr gözləyir. Yarış rus dilində keçiriləcək.xeber100.com

May 4, 2017 1:57

Manatın ortaçəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb

Mayın 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.xeber100.com

May 4, 2017 1:54

Üçtərəfli əməkdaşlıq müzakirə olunub

“Trans-Adriatik” (TAP) qaz boru kəməri konsorsiumu ilə Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkəti boru kəmərinin bu ölkədən keçən hissəsi üzrə işlərin gedişatını müzakirə ediblər.Azərtac Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, müzakirələr TAP-ın icraçı direktoru Yan Bradşou ilə DESFA-nın prezidenti və baş icraçı direktoru Sotiris Nikasın görüşündə aparılıb.Tərəflər DESFA və Albaniyanın ALBGAZ şirkətinin DESFA-ALBGAZ birgə şirkətinin yaradılması ilə TAP-ın bu ölkədəki texniki əməliyyatlarını idarə edilməsi, eləcə də boru kəmərinin mühafizəsi və istismarı üzrə məsələləri nəzərdən keçiriblər.TAP-ın Yunanıstan üzrə meneceri Rikard Skufiasın da iştirak etdiyi görüşdə həmçinin, DESFA-TAP-ALBGAZ arasında üçtərəfli əməkdaşlıq və müvafiq müqavilələrin tamamlanması üçün işlər müzakirə olunub.xeber100.com

May 4, 2017 1:51

Dünya Turizm Təşkilatının 105-ci sessiyası keçiriləcək

Mayın 10-12-də İspaniyanın paytaxtı Madrid şəhərində Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının 105-ci sessiyası keçiriləcək. Sessiyada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirakı gözlənilir.Sessiya çərçivəsində “Şəhər turizminin davamlı inkişafı” mövzusunda “dəyirmi masa” keçiriləcək.Tədbirin gündəliyində, həmçinin DTT-yə yeni baş katibin seçilməsi nəzərdə tutulub. Xatırladaq ki, DTT-nin hazırkı baş katibi Taleb Rifaidir.xeber100.com

May 3, 2017 12:45

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,29 dollar bahalaşaraq 47,95 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar artaraq 50,84 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,89 dollar ucuzlaşaraq 52,15 dollar təşkil edib.xeber100.com

May 3, 2017 12:43

“Caspian Power 2017” sərgisi keçiriləcək

Mayın 31-dən iyunun 3-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan VII Xəzər Beynəlxalq Energetika və Alternativ enerji “Caspian Power 2017” sərgisi keçiriləcək. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir və sənaye şirkətləri arasında özünü doğrulmağa müvəffəq olub. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, ənənəvi olaraq “Caspian Power” sərgisi Xəzəryanı regionun neft-qaz sənayesi üzrə nəhəng tədbiri olan Beynəlxalq Xəzər Neft və Qaz, “Caspian Oil&Gas” sərgisi ilə eyni platformada keçiriləcək. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir.xeber100.com  

May 3, 2017 12:40

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Mayın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərraca çıxarılan notların həcmi 25 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar mayın 31-də ödəniləcək.Mərkəzi Bank qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjaya BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən çox olmamalıdır.Hərrac zamanı notların buraxılışının 20 faizindən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.xeber100.com

May 2, 2017 2:47

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında…

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağı üçün yeni 730 nömrəli stasionar dəniz özülünün tikintisinə başlanılıb.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.On altı istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 6 dayaq bloku üzərində yığılacaq və dənizin 8-8,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3 min 480 kvadratmetr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 2 minik meydançası, 4 yanalma meydançası, bir aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri bir-birinə iki piyada körpüsü ilə birləşdiriləcək.Özülün tikintisinə 3 min 134 ton metal sərf olunacaq. Artıq tikinti üçün tələb olunan metal konstruksiyaların hazırlanmasına başlanılıb. Hazırda “Neftqaztikinti” Trestinin Zığ istehsalat sahəsində dayaq bloklarının inşası davam etdirilir.Yeni stasionar dəniz özülündən qazılacaq quyulardan ümumilikdə sutkada 1600-2000 ton neft hasil olunacağı gözlənilir.

May 2, 2017 2:45

XXIII “WorldFood Azerbaijan 2017” sərgisi keçiriləcək

Mayın 17-19-da Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirləri – XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə "Iteca Caspian" şirkətindən verilən məlumatda bildirilir.Ənənəvi sərgiyə bu dəfə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri qatılacaq. Bu il Macarıstan və Belarus Respublikası sərgidə milli stendlə, Dağıstan və Stavropol vilayəti regional stendlə iştirak edirlər. Yüz faiz Şri-Lanka çayının istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən "Şri-Lanka Ti Bord" Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir sərgiyə qatılır. Təqdirəlayiq haldır ki, bu il sərgidə yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.xeber100.com

May 2, 2017 2:41

Avropa Yenidənqurma və İnkişaf Bankı təlim sessiyaları keçirəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, əsas maliyyə anlayışlarını başa düşmək və bizneslərini böyütmək istəyən qadın sahibkarlar üçün mayın 17-18-də təlim sessiyaları keçirəcək.AYİB-dən Azərtac-a bildiriblər ki, sonuncu dəfə keçirilən "Sahibkarlıqdan müəssisəyə doğru" seminarında iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 16 qadın sahibkar iştirak edib."Biz qadın sahibkarların yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafına töhfə vermək baxımından çox mühüm rola malik olduqlarına inanırıq. Qadın sahibkarları dəstəkləmək AYİB-in Azərbaycanda və regionda nəzərdə tutduğu prioritet istiqamətlərdən biridir. AYİB komandası Bakıda "Sahibkarlıqdan müəssisəyə doğru" seminarını təşkil etməyə müvəffəq olduğu və konsultativ layihələr, eləcə də sahibkarlığın inkişafı baxımından iştirakçılara kömək edə bildiyi üçün məmnunluq hissi duyur", - deyə AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte bildirib.xeber100.com

May 1, 2017 12:48
    Page 273 of 380« First«...102030...271272273274275...280290300...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az