07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.Palatadan Azərtac-a bildiriblər ki, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərcləri icrasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Oğuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Goranboy Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin tərkibində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun daxilolmalarının hesablanması, ödənilməsi və istifadəsinə dair təhlilin nəticələrinə dair müzakirələr aparılıb.xeber100.com

Dekabr 27, 2016 11:45

Nəqliyyat Agentliyi xəbərdarlıq edib

Beş marşrut xəttinin daşıyıcılarına xəbərdarlıq edilib.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev deyib.O bildirib ki, son bir həftə ərzində Bakı şəhərinin inzibati ərazisində 12, 20, 105, 132 və 184 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının iştirakı ilə ağır nəticələrə səbəb olan 5 yol-nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin göstərişinə əsasən, baş vermiş yol-nəqliyyat hadisələri ilə bağlı dərhal aidiyyəti şöbələr müvafiq araşdırma və təhlillər aparıb. Bu tədbirlər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri 12, 20, 105, 132 və 184 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların istehsalat bazalarına baxış keçirib.Baxış zamanı aşkar edilən bütün çatışmazlıqlar qeydə alınaraq Bakı Nəqliyyat Agentliyində müzakirə edilib və sərnişin avtobuslarının iştirakı ilə baş verən və ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi ilə bağlı təcili tədbirlərin görülməsi qərara alınıb.xeber100.com

Dekabr 27, 2016 11:42

“Layt” markalı neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar bahalaşaraq 53,24 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,10 dollar ucuzlaşaraq 55,06 dollar olub.xeber100.com

Dekabr 26, 2016 12:29

Vergilər Nazirliyinin məlumatına görə…

2017-ci ildən  “Transfer pricing” (transfer qiymətləndirmə) tvinninq layihəsinin icrasına başlamaq planlaşdırılır.Vergilər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, indiyədək bu sahə üzrə elmi seminarlar təşkil olunub, xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə beynəlxalq təcrübədə tətbiq olunan mexanizmlər öyrənilib. Hazırda isə qabaqcıl təcrübənin Azərbaycanda tətbiqi istiqamətində işlər aparılır.Qeyd olunub ki, transfer qiymətqoyma üzrə qanunvericilik və inzibatçılıq prosedurlarının yaradılması üçün Avropa İttifaqının tvinninq yardım aləti çərçivəsində müvafiq layihənin həyata keçirilməsi və maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub.Layihə çərçivəsində Fransa və İspaniyanın vergi administrasiyaları ilə əməkdaşlıq da nəzərdə tutulur.Sözügedən layihənin icrası şəffaflığın və vergi daxilolmalarının həcminin artmasına xidmət edəcək.xeber100.com

Dekabr 26, 2016 12:17

Avtovağzal gücləndirilmiş iş rejiminə keçib

Bayram ərəfəsində sərnişin sıxlığı nəzərə alınaraq i dekabrın 25-dən gücləndirilmiş iş rejiminə keçib. Avtovağzal bu rejimdə yanvarın 7-nə kimi fəaliyyət göstərəcək.Azərtac xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ş.Mehmanqızı deyib.Sərnişin sıxlığını nəzərə alaraq 200 ehtiyat avtobus ayrılıb. Adi günlərdə 200 reyslə 7-8 min sərnişin daşınması həyata keçirilirdisə, bayram günlərində təxminən 600-700 reyslə 16-18 min sərnişin daşınması gözlənilir.Bundan başqa bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur.xeber100.com

Dekabr 26, 2016 12:13

Dövlət Statistika Komitəsinin məlumatı…

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsullarının istehsalında 4,1 faiz artım, tütün məmulatlarının istehsalında 12,6 faiz, içki istehsalında isə 12,9 faiz azalma müşahidə olunub.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 1,9 faiz artaraq 45,3 min ton, marqarin istehsalı 82,2 faiz artaraq 42,1 min ton, kərə yağı istehsalı 7,8 faiz artaraq 23,4 min ton, qənd istehsalı 25,9 faiz artaraq 394,7 min ton, mineral suların istehsalı 2,1 dəfə artaraq 13,1 milyon dekalitr, alkoqolsuz içkilərin istehsalı 26,2 faiz azalaraq 17,4 milyon dekalitr təşkil edib.xeber100.com

Dekabr 25, 2016 1:14

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə…

Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə aylıq elektrik enerjisi üzrə 300 kilovat-saat həcmində limit müəyyənləşib. Qeyd olunan limitin tətbiq olunduğu zaman əhaliyə tətbiq olunan güzəştin əhatə dairəsi daha da genişləndirilib, 250 kilovat-saat limit 17 manat 50 qəpik təşkil edirdisə, Tarif (qiymət) Şurasının yeni tənzimləməsi ilə əlaqədar olaraq yeni tarif qiyməti 21 manat müəyyənləşib.Bu barədə “Azərişıq” ASC-nin enerji satışı departamenti direktorunun birinci müavini V.Nəbibəyli Azərtac-a bildirib.xeber100.com

Dekabr 25, 2016 1:06

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 53,02 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar artaraq 55,16 dollar olub.xeber100.com

Dekabr 24, 2016 8:21

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələn il başa çatacaq

"Dəmir İpək yolu" adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələn il başa çatacaq. Bu layihənin reallaşması Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verəcək və Çindən Avropaya yüklərin çatdırılması 12-15 gün ərzində mümkün olacaq. İlkin mərhələdə yeni dəmir yolu xətti üzrə il ərzində 5 milyon ton yük və 1 milyon sərnişin daşınması planlaşdırılır.Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.xeber100.com

Dekabr 24, 2016 8:16

Tarif Şurasının son qərarı…

Dekabrın 22-də əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək.xeber100.com

Dekabr 24, 2016 6:37
    Page 317 of 381« First«...102030...315316317318319...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az