28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Layt” markalı neftin qiyməti bahalaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar bahalaşaraq 53,26 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,99 dollar artaraq 56,46 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,41 dollar ucuzlaşaraq 55,97 dollar təşkil edib.xeber100.com

Yanvar 5, 2017 11:32

Könüllü tibbi sığorta həyata keçiriləcək

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçı müəyyən edilib.“AtaSığorta” ASC Dövlət Neft Fondu əməkdaşlarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib.ASC-dən Aяэкефс-a bildiriblər ki, artıq sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb.Qeyd edək ki, “AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.xeber100.com

Yanvar 4, 2017 12:34

İşçi qrupu yaradılacaq

Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, ölkədə fəaliyyət göstərən mobil operatorlar və ödəniş sistemlərinin fəaliyyətində iştirak edən digər subyektlərdən ibarət işçi qrup yaradılacaq. İşçi qrup öz fəaliyyəti çərçivəsində rəqəmsal ödəniş sistemlərinin tətbiqi üzrə beynəlxalq təcrübəni və onun Azərbaycanda tətbiqi perspektivlərini araşdıracaq və müvafiq təkliflər hazırlayacaq.Azərtac xəbər verir ki, bu barədə məlumat “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.Bununla yanaşı, işçi qrup rəqəmsal iqtisadiyyata keçidlə bağlı zəruri infrastrukturun formalaşdırılmasına,  həm də ictimaiyyətin rəqəmsal əməliyyatlar barədə məlumatlılıq səviyyəsinin artırılması istiqamətində də tədbirlər həyata keçirəcək.xeber100.com

Yanvar 3, 2017 1:54

2020-ci ildən elektromobillərdən istifadə olunması nəzərdə tutulur

2020-ci ildən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.Qeyd olunur ki, Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.xeber100.com

Yanvar 3, 2017 1:47

SOCAR-ın məlumatına əsasən…

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb. Hazırda nöqsanın aradan qaldırılması istiqamətində iş aparılır.xeber100.com

Yanvar 2, 2017 1:28

Dövlət Statistika Komitəsinin məlumatı…

Bu ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 66,6 faizi sənaye, 16,3 faizi tikinti, 9,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə sərf edilib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, sözügedən vəsaitin 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1 faizi təhsil, 0,9 faizi informasiya və rabitə, 0,8 faizi səhiyyə, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 0,4 faiz olmaqla ticarət, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə yönəldilib.xeber100.com

Yanvar 2, 2017 1:22

İnflyasiya risklərinə çevik reaksiya veriləcək

Hökumətlə sıx koordinasiya şəraitində sərəncamındakı monetar alətlərdən istifadə edərək Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasında razılaşdırılmış pul proqramını icra etməklə inflyasiya risklərinə çevik reaksiya verəcək. Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq, Mərkəzi Bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq.2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək.Azərtac xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əksini tapıb.Bəyanatda qeyd olunub ki, pul proqramı pul təklifi kanallarının effektiv nəzarətə götürülməsini təmin edəcək. Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sistemi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaq.xeber100.com

Yanvar 1, 2017 1:14

BMT Baş Məclisinin 70-ci sessiyasının qərarına əsasən…

BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili dünyada “Beynəlxalq davamlı turizm ili” elan edib.Azərtac Dünya Turizm Təşkilatının rəsmi saytına istinadla xəbər verir ki, “Beynəlxalq davamlı turizm ili”nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq. 2017-ci ildə beş mühüm sahədə, o cümlədən hərtərəfli və dayanıqlı iqtisadi inkişaf; sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması; təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi; mədəni dəyərlər, müxtəliflik və irs; qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolunu təşviq edəcək.xeber100.com

Yanvar 1, 2017 12:47

Fond Birjasında hərrac keçiriləcək

Yanvarın 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, hərrac zamanı sifarişlərin toplanması Bakı Fond Birjasının ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək. Hərraca çıxarılan notların həcmi 5 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 27 gündür. Notlar fevralın 1-də ödəniləcək.Mərkəzi Bankın qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalarına əsasən, hərraclarda bank lisenziyasına malik hüquqi şəxslər iştirak edə bilərlər.xeber100.com  

Dekabr 31, 2016 5:54

“Sığorta və sığorta mədəniyyəti” mövzusunda…

"PAŞA Həyat" sığorta şirkəti maarifləndirmə layihəsi çərçivəsində "Sığorta və sığorta mədəniyyəti" mövzusunda tələbələr üçün ilin sonuncu - 90-cı təlimini başa çatdırıb.Şirkətdən Azərtac-a bildiriblər ki, təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələr iştirak edib. Tələbələrə həyat və qeyri-həyat sığortası, həyat sığortası bazarındakı mövcud məhsullar, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib.Sonra tələbələrə "PAŞA Həyat"ın müvafiq sertifikatları təqdim olunub.Təlimin sonunda "PAŞA Həyat" şirkətinin maarifləndirmə şöbəsinin müdiri Pərviz Quliyev indiyədək keçirilən təlimlərlə bağlı statistik məlumatları açıqlayıb. Bildirib ki, "PAŞA Həyat"ın tələbələr üçün təşkil etdiyi "Sığorta və sığorta mədəniyyəti" adlı maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından başlanılıb və indiyədək bu təlimdən müxtəlif universitetlərin 2 min 115 tələbəsi yararlanıb.xeber100.com

Dekabr 31, 2016 5:47
    Page 315 of 381« First«...102030...313314315316317...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az