07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”…

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb.Nazirlikdən Azərtac-a bildirilib ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək məqsədilə Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlilinə əsaslanan, ölkənin perspektiv inkişaf hədəflərini müəyyənləşdirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” təsdiq edilib.Vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Prezidentin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi məqsədilə vergilər naziri F.Məmmədovun əmri ilə Vergilər Nazirliyində bəzi struktur dəyişiklikləri aparılıb.xeber100.com

Dekabr 21, 2016 12:42

Türk Şurasına üzv dövlətlərin VI görüşü keçirilib

2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr ilə ticarət dövriyyəsinin həcmi 1,9 milyard dollar təşkil edib. Azərbaycan tərəfindən Türkiyəyə yatırılan investisiyaların məbləği 8 milyard dollar, Qazaxıstana isə 190 milyon dollar olub. Türkiyənin Azərbaycana investisiyaları 10 milyard ABŞ dolları, Qazaxıstanın isə ölkəmizə yatırdığı sərmayələr 67 milyon ABŞ dolları təşkil edir.Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşündə deyib.Artıq ikinci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) iqtisadiyyat nazirləri, ümumilikdə həmin ölkələrdən 50-dən çox iştirakçı qatılıb.Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.xeber100.com

Dekabr 21, 2016 12:37

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 51,90 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar azalaraq 54,81 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 56,19 dollar təşkil edib.xeber100.com

Dekabr 20, 2016 12:46

Metallurgiya kompleksi tikiləcək

Sumqayıtda investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi tikiləcək.Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Ş.Mustafayev "Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər" mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, tikinti işləri 3 ilə yekunlaşacaq. Tikinti zamanı 4 minə yaxın, tikintidən sonra isə 1200 nəfər işlə təmin olunacaq.Ş.Mustafayev qeyd edib ki, yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək. Həmçinin Sumqayıtda yerləşən peşə tədris məktəbi yüksəkixtisaslı kadrların hazırlanmasında bu işə cəlb olunacaq.xeber100.com

Dekabr 20, 2016 12:39

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Dekabrın 20-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Hərracda, ümumilikdə 13 dövlət əmlakı olmaqla, 3 kiçik dövlət müəssisə və obyekti, 7 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi özəlləşdirilib. Komitədən Azərtac-a bildirilib ki, hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 1-i Bakıda, 1-i Tərtərdə, 1-i Zaqatalada, istifadəsiz qeyri-yaşayış sahələrinin 5-i paytaxtda, 1-i Ağcabədidə, digəri isə Oğuzda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nəsimi rayonunda yerləşən pavilyon olub. Belə ki, həmin əmlak 250 min manata özəlləşdirilib.xeber100.com

Dekabr 20, 2016 12:35

Depozit hərracının nəticələri açıqlanıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Mərkəzi Bankdan Azərtac-a bildiriblər ki, dekabrın 19-da bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 101 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30 faiz təşkil edib.xeber100.com

Dekabr 19, 2016 3:09

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar bahalaşaraq 52,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 55,58 dollar olub.xeber100.com

Dekabr 19, 2016 3:06

Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcəkdir.xeber100.com

Dekabr 19, 2016 3:03

“Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin məlmatına görə…

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Azərbaycandakı layihələrə 10 milyard dollar dəyərində investisiya yatırıb.Azərtac xəbər verir ki, bu bərədə “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin baş direktoru Besim Şişman deyib.O bildirib ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti xarici ölkələrə ən çox investisiya yatıran türk şirkətidir: “Lakin TPAO xarici investisiyalarını azaltmaq niyyətindədir. Yatırımlarımızın davamlılığı üçün əlavə layihələrə investisiyaların həcmini azaltmışıq”.Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.xeber100.com

Dekabr 19, 2016 2:52

Vergitutmanın aradan qaldırılması ilə bağlı…

İkiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır. Vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydalarının sadələşdirilməsidir.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, bu fikirləri Vergilər Nazirliyinin rəsmisi Ülvi Yusifov deyib.Onun sözlərinə görə, hazırda 51 dövlətlə bu cür saziş imzalanıb. Sazişlərdə rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur.xeber100.com

Dekabr 18, 2016 1:49
    Page 319 of 381« First«...102030...317318319320321...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az