19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,45 dollar bahalaşaraq 52,35 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 55,58 dollar olub.xeber100.com

Dekabr 19, 2016 3:06

Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənədi iqtisadiyyat naziri Şahin Mustafayev və ölkəmizdə səfərdə olan Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi, Fransanın desentralizasiya və regionlararası əməkdaşlıq üzrə Milli Komissiyasının baş katibi Bertran For imzalayıblar.Anlaşma Memorandumu iki ölkə arasında regionlararası əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə hüquqi zəmin yaradır. Sənədə əsasən, regionlararası və desentralizasiya üzrə əməkdaşlığı inkişaf etdirmək, eləcə də müvafiq sahələrdə əməkdaşlığa nəzarətin həyata keçirilməsi məqsədilə İdarəetmə Komitəsi yaradılır. İdarəetmə Komitəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri həmsədrlik edəcəkdir.xeber100.com

Dekabr 19, 2016 3:03

“Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin məlmatına görə…

“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Azərbaycandakı layihələrə 10 milyard dollar dəyərində investisiya yatırıb.Azərtac xəbər verir ki, bu bərədə “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin baş direktoru Besim Şişman deyib.O bildirib ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti xarici ölkələrə ən çox investisiya yatıran türk şirkətidir: “Lakin TPAO xarici investisiyalarını azaltmaq niyyətindədir. Yatırımlarımızın davamlılığı üçün əlavə layihələrə investisiyaların həcmini azaltmışıq”.Qeyd edək ki, TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.xeber100.com

Dekabr 19, 2016 2:52

Vergitutmanın aradan qaldırılması ilə bağlı…

İkiqat vergitutmanın aradan qaldırılması xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırır. Vergi sahəsində aparılacaq islahatların istiqamətlərindən biri də ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydalarının sadələşdirilməsidir.Azərtac “vergilər.az” saytına istinadla bildirir ki, bu fikirləri Vergilər Nazirliyinin rəsmisi Ülvi Yusifov deyib.Onun sözlərinə görə, hazırda 51 dövlətlə bu cür saziş imzalanıb. Sazişlərdə rezident və qeyri-rezident şəxslərdən daxil olan müraciətlərin elektronlaşdırılması və sadələşdirilməsi, ərizə formalarının və tələb olunan inzibati prosedurların azaldılması nəzərdə tutulur.xeber100.com

Dekabr 18, 2016 1:49

Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Dekabrın 20-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon və 15 milyon manat, hər bir istiqrazın nominal dəyəri 200 manat, tədavül müddəti 364 və 182 gün, ödəmə tarixi gələn il dekabrın 19-u və iyunun 20-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Dekabr 18, 2016 12:54

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, noyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7413,1 milyon manat təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, əmanətlərin 81,1 faizi xarici, 18,9 faizi isə milli valyutada qoyulub. Əmanətlərin 75,4 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.xeber100.com

Dekabr 17, 2016 1:54

Mərkəzi Bank sertifikatlaşdırma proqramları təşkil edəcək

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyətlərini əlaqələndirməklə, maliyyə sektoru mütəxəssislərinin bilik və bacarıqlarının artırılması üçün aidiyyəti istiqamətlər üzrə təlimlər və sertifikatlaşdırma proqramları təşkil edəcək.Azərtac xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə bildirilir.MBNP, AMB və Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə birlikdə maliyyə sahəsində ali təhsil və peşə təhsilli proqramlarının sektorun ehtiyaclarına uyğunluğunu qiymətləndirəcək, təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri işlər aparacaqlar.xeber100.com

Dekabr 17, 2016 1:50

“Rossiya 24”ün məlumatına görə…

Xam neftin qiymətindəki bahalaşma təbii qazın qiymətinə də təsir edəcək. “Rossiya 24” xəbər verir ki, bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller deyib.O bildirib ki, son dövrdə neft sektorunda alınan qərarlar təbii qazın qiymətlərində də artıma səbəb olacaq. Gələn ilin ilk rübündə Avropaya ixrac ediləcək təbii qazın qiyməti 2016-cı ilə görə daha yüksək olacaq.Ukrayna üzərindən Avropaya göndərilən təbii qaz məsələsini də dəyərləndirən A.Miller gələn qış Avropa və Türkiyəyə təbii qaz nəqlində mühüm risklərin olduğunu deyib.Qeyd edək ki, Avropa təbii qaza olan tələbatının təxminən 15 faizini, Türkiyə isə təxminən 30 faizini Ukraynadan keçən boru kəmərləri ilə Rusiyadan idxal edir.

Dekabr 16, 2016 2:27

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 50,90 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar bahalaşaraq 54,02 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,52 dollar ucuzlaşaraq 54,65 dollar təşkil edib.xeber100.com

Dekabr 16, 2016 1:34

Mərkəzi Bank depozit hərracı keçirəcək

Dekabrın 19-da Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.Azərtac banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Dekabr 16, 2016 1:26
    Page 320 of 381« First«...102030...318319320321322...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az