28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Daxili auditor kursu təşkil olunub

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində “Büro Veritas” şirkətinin mütəxəssisi, təlimçi Cəlal Quliyevin iştirakı ilə İSO 9001:2015 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 14001:2015 (Ətraf Mühitin İdarəetmə Sistemi) standartları üzrə Daxili Auditor kursu təşkil olunub.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, kursda şirkətin müəssisələrində İSO standartlarına cavabdeh olan 16 mütəxəssis iştirak edib. Təlim kursu iştirakçıları şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin qurulması, idarəetmənin planlaşdırılması və tətbiqi ilə bağlı maarifləndirmək məqsədi daşıyıb. Kursun proqramı IRCA (International Register of Certificated Auditors) sertifikatlı daxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərinin təlimlərinə uyğun qaydalar nəzərə alınmaqla hazırlanıb.Təlimin sonunda biliklər yoxlanılacaq və imtahandan uğurla keçən dinləyicilərə “Büro Veritas” şirkətinin sertifikatları veriləcək.xeber100.com

Dekabr 11, 2016 6:11

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin bahalaşması davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,66 dollar bahalaşaraq 51,50 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar artaraq 54,33 dollar olub.xeber100.com

Dekabr 10, 2016 2:58

Asiya İnfrastruktur İnvestisiya Bankının məlumatına görə…

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası Oman Sultanlığına 2 infrastruktur layihəsi üçün 301 milyon ABŞ dolları kredit ayırıb.Bankın Pekindəki mənzil-qərargahından verilən məlumata əsasən, vəsaitin 265 milyon dolları Dukm limanının inşasına, 36 milyon dolları isə ölkədə dəmir yolu şəbəkəsinin hazırlıq layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.Bununla AİİB-in fəaliyyətə başladığı ilk ildə ayırdığı ümumi kreditin məbləği 1,13 milyard dollara çatıb. Qeyd edək ki, ölkəmizin də təsisçi-üzvü olduğu bank 100 milyard dollar nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.xeber100.com  

Dekabr 10, 2016 2:52

Nyu-Yorkun NYMEX birjasında…

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,07 dollar bahalaşaraq 50,84 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar artaraq 53,89 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar ucuzlaşaraq 54,43 dollar təşkil edib.xeber100.com

Dekabr 9, 2016 2:16

İstiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Dekabrın 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildiriblər ki, istiqrazların ümumi həcmi 10 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gündür. İstiqrazlar 2017-ci il martın 14-də ödəniləcək.Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Dekabr 9, 2016 2:13

Maliyyələşdirmə Sazişi imzalanıb

Avropa Qonşuluq Alətinin 2015-ci il üzrə Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində 14,5 milyon avro dəyərində “Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramı”nın Maliyyələşdirmə Sazişi imzalanıb. Saziş iqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüşündə imzalanıb.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sazişdə Tvinninq və texniki dəstək, qrant kimi alətlər vasitəsilə kənd yerləri üçün biznes məlumat sisteminin yaradılması, sahibkarlığın inkişafına, eləcə də kiçik və orta müəssisələrə və ailə fermer təsərrüfatlarına yönəlmiş kənd yerlərinin inkişafına dəstək sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatı məsləhət xidmətləri sistemi şəbəkəsinin tətbiqi, investisiya dəstəyi və istehlakçıların maarifləndirilməsi yolu ilə təbliğat və yerli məhsulların təşviqi nəzərdə tutulur.xeber100.com

Dekabr 9, 2016 2:09

SOCAR-ın məlumatına görə…

SOCAR-ın sərmayə qoyduğu “Petlim Limançılık Ticaret A.Ş” şirkətinin 1,5 milyon TEU konteyner saxlama gücünə malik terminalının birinci mərhələsi üzrə işlər bu həftə başa çatdırılıb və əməliyyatlara başlanılıb.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, birinci mərhələnin potensialı 800 min TEU konteynerdir. “Petkim”lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Petlim” konteyner limanı layihəsinin ikinci mərhələsi üzrə işlərin 2017-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır.xeber100.com

Dekabr 8, 2016 1:57

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar ucuzlaşaraq 49,77 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,93 dollar azalaraq 53 dollar olub.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar ucuzlaşaraq 54,47 dollar təşkil edib.xeber100.com

Dekabr 8, 2016 1:52

“Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib

Milli Məclisin aqrar siyasət komitəsinin dekabrın 8-də keçirilən iclasında “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.Azərtac xəbər verir ki, komitə sədri Eldar İbrahimov qanun layihəsi haqqında məlumat verib. Bildirib ki, təklif olunan dəyişikliyə görə, inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır.Qeyd edilib ki, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəaların əlavə olunması məqsədilə hazırlanıb.Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.xeber100.com

Dekabr 8, 2016 1:49

Mərkəzi Bank depozit hərracı keçirəcək

Dekabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, dolayı hərracda 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.xeber100.com

Dekabr 8, 2016 1:44
    Page 322 of 381« First«...102030...320321322323324...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az