28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir

Dekabrın 7-də Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin müzakirəsi davam edir.Azərtac xəbər verir ki, gündəliyə əsasən iclasda “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetalarına baxılacaq.xeber100.com

Dekabr 7, 2016 2:50

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

Dekabrın 7-dən “Cəfər Cabbarlı” metro stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısa müddətə bağlanılır.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır. “Xətai” metro stansiyasına gedəcək sərnişinlər “Cəfər Cabbarlı” metro stansiyasının ikinci yolundan istifadə edə bilərlər.Qeyd edək ki, 2-ci yol “28 May” metro stansiyasından “Cəfər Cabbarlı” metro stansiyasına keçərkən soldakı yoldur. Həmçinin “Cəfər Cabbarlı” stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.xeber100.com  

Dekabr 7, 2016 2:46

ABŞ-da neft ehtiyatları azalıb

ABŞ-dakı neft ehtiyatları 2,2 milyon barrel azalıb.Azərtac xəbər verir ki, bu barədə ABŞ-ın Neft İnstitutu məlumat yayıb.Ekspertlər ehtiyatların azalmasına səbəb kimi, ABŞ-dakı şist nefti hasilatçılarının istehsalı artırmaqla OPEC-in hasilatı azaltmaq barədə qəbul etdiyi qərarının bazara təsirini azaldacağı istiqamətindəki narahatlıqların artmasını göstərirlər.xeber100.com  

Dekabr 7, 2016 2:41

Azərbaycan nefti dünya bazarına çıxarılıb

Cari ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 26 milyon 753 min 98 ton olub.Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən cari il dekabr ayının 1-dək Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.xeber100.com

Dekabr 6, 2016 2:56

“Trans-Adriatik” qaz boru kəməri layihəsi müzakirə olunub

Avropa Komissiyası və Yunanıstan Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsini və Yunanıstanın Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinin özəlləşdirilməsini müzakirə ediblər.Azərtac Yunanıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, müzakirələr Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə Yunanıstanın energetika naziri Giorgos Stathakisin görüşündə aparılıb. Görüşdə TAP-ın tikintisinin gedişi, Yunanıstan hökuməti ilə SOCAR arasında DESFA-nın özəlləşdirilməsi danışıqlarının ləğvindən sonra bu ölkənin təbii qaz bazarındakı proseslər və DESFA-nın gələcəyi üzrə sonrakı addımlar əsas müzakirə mövzusu olub.xeber100.com

Dekabr 6, 2016 2:51

Dövlət Gömrük Komitəsinin xətti ilə…

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları ilə bağlı proqnozlar artımla müşahidə olunur.Azərtac xəbər verir ki, bunu iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dekabrın 6-da keçirilən plenar iclasında deyib.O bildirib ki, gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalarla bağlı proqnoz əvvəlki ilə nisbətən 500 milyon manatdan çox artacaq. Bundan əlavə, vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaq.Z.Səmədzadə qeyd edib ki, Milli Məclisin komitə üzvləri ilə birlikdə təhlillər aparılıb, 20 ildə ümumi daxili məhsulun miqdarı, gəlirləri, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbəti araşdırılıb, dünya miqyasında olan ölkələrlə müqayisə edilib. “Araşdırmalar nəticəsində büdcə gəlirlərinin ÜDM-in 25-30 faizi arasında, Vergilər Nazirliyinin xətti ilə yığılan vergilər ÜDM-in 11-12 faizi arasında, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan rüsumlar isə 2-3 faiz arasındadır. ÜDM-in artması proqnozlarını müəyyən edərkən gələcəkdə bu rəqəmlər əsasında vergi yığımlarında gəlirləri hesablaya bilərik”, - deyə Z.Səmədzadə vurğulayıb.xeber100.com

Dekabr 6, 2016 2:48

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar ucuzlaşaraq 51,27 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,40 dollar azalaraq 54,06 dollar olub.xeber100.com

Dekabr 5, 2016 2:16

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.Azərtac xəbər verir ki, dekabrın 5-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 55 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,70 faiz təşkil edib.xeber100.com

Dekabr 5, 2016 2:11

“Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq

SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.“Şirkətin törəməsi “Petlim Limancılık Ticaret A.Ş.”nin 1,5 milyon TEU tutumu olan konteyner terminalının 800 min TEU-luq ilk fazası başa çatdırılıb və fəaliyyətə başlaması üçün limanın sahibi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş” ilə razılığa gəlinib. Liman bu həftə əməliyyatlara başlayacaq”, - deyə açıqlamada bildirilir.xeber100.com

Dekabr 5, 2016 2:08

Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində…

Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində hər iki ölkənin hökuməti 3 əsas sahə üzrə razılığa gəlib.Azərtac xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan jurnalistlərə açıqlamasında deyib.Nazir qeyd edib ki, birinci sahə Azərbaycan və Pakistan hökumətləri arasında imtiyazlı şərtlərlə ticarətin aparılması ilə əlaqədardır ki, bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək. İkinci sahə hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqə və Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılması ilə bağlıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, - deyə nazir diqqətə çatdırıb.xeber100.com

Dekabr 5, 2016 2:03
    Page 323 of 381« First«...102030...321322323324325...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az