21 İyun 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq

SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Petlim” konteyner limanı bu həftə fəaliyyətə başlayacaq.Azərtac xəbər verir ki, bu barədə “Petkim PetroKimya Holding A.Ş.”nin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu (KAP) yer alan məlumatında bildirilir.“Şirkətin törəməsi “Petlim Limancılık Ticaret A.Ş.”nin 1,5 milyon TEU tutumu olan konteyner terminalının 800 min TEU-luq ilk fazası başa çatdırılıb və fəaliyyətə başlaması üçün limanın sahibi olan “APM Terminalleri Liman İşletmeciliği A.Ş” ilə razılığa gəlinib. Liman bu həftə əməliyyatlara başlayacaq”, - deyə açıqlamada bildirilir.xeber100.com

Dekabr 5, 2016 2:08

Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində…

Bakıda keçirilən Azərbaycan-Pakistan işgüzar görüşü çərçivəsində hər iki ölkənin hökuməti 3 əsas sahə üzrə razılığa gəlib.Azərtac xəbər verir ki, bu barədə Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan jurnalistlərə açıqlamasında deyib.Nazir qeyd edib ki, birinci sahə Azərbaycan və Pakistan hökumətləri arasında imtiyazlı şərtlərlə ticarətin aparılması ilə əlaqədardır ki, bu istiqamətdə işlərin aparılması üçün birgə işçi qrupu yaradılacaq. İşçi qrupu imtiyazlı şərtlərlə ticarət olunan məhsulların siyahısını tərtib edəcək. İkinci sahə hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqə və Pakistan-Azərbaycan birgə müəssisələrinin yaradılması ilə bağlıdır. “Hesab edirəm ki, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və energetika sahələrində fəaliyyət göstərən birgə müəssisələrin yaradılması üçün gözəl imkanlar mövcuddur”, - deyə nazir diqqətə çatdırıb.xeber100.com

Dekabr 5, 2016 2:03

2017-ci il üzrə planlaşdırılan işlər müzakirə edilib

“Azneft” İstehsalat Birliyinin (İB) istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində cari ilin 11 ayı ərzində yerinə yetirilmiş işlərə, 2017-ci il üçün tələb olunan avadanlıq və mal-material təminatına, planlaşdırılan tədbirlərə həsr olunan müşavirə keçirilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müşavirədə birliyin istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya şöbəsinin əməkdaşları, struktur təşkilatların metroloqları və avtomatika üzrə mütəxəssisləri iştirak ediblər. Tədbirdə birliyin obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması və metrologiya sahəsində yerinə yetirilən işlər, istismar sənədləri, texniki xidmət, təmir plan qrafiklərinin tərtibatı, icra vəziyyəti, kənar təşkilatların işinə nəzarət və idarələrarası qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi müzakirə edilib.xeber100.com

Dekabr 5, 2016 1:53

Avropaya qaz ixracı 11,8 faiz artıb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin bu ilin yanvar-noyabr aylarında Avropaya qaz ixracı 11,8 faiz artaraq 161,6 milyard kubmetrə çatıb.Azərtac “Gazprom”a istinadla xəbər verir ki, şirkət noyabr ayında tarixi boyu ən böyük həcmdə təbii qaz ixrac edərək rekorda imza atıb. Belə ki, “Gazprom” ötən ay 17,6 milyard kubmetr qaz ixrac edib. Bu, oktyabr ayındakı maksimum ixrac həcmindən 0,5 milyard kubmetr çoxdur.Bu ilin 11 ayı ərzində isə “Gazprom” ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 milyard kubmetr artım olmaqla Avropaya ümumilikdə 161,6 milyard kubmetr təbii qaz ixrac edib.Rusiya təbii qazını idxal edən ölkələr siyahısında ilk sırada 5,9 milyard kubmetrlik (57,3 faiz) artımla İngiltərə olub. Siyahıda sonrakı yerlərdə müvafiq olaraq 3,4 milyard kubmetrlik (8,4 faiz) artımla Almaniya, 1,9 milyard kubmetrlik (21,8 faiz) artımla Fransa, 1,8 milyard kubmetrlik (90,8 faiz) artımla Hollandiya, 1,7 milyard kubmetrlik (19,9 faiz) artımla Polşa, 1,4 milyard kubmetrlik (35,3 faiz) artımla Avstriya və 957 milyon kubmetrlik (159,4 faiz) artımla Danimarka qərarlaşıb.xeber100.com

Dekabr 4, 2016 5:05

“İnsan Resursları üzrə biznes tərəfdaş”…

SOCAR-ın müəssisə rəhbərləri və insan resurslarının idarə edilməsi sahəsində çalışan rəhbər, mütəxəssis heyəti üçün şirkətin baş ofisində İngiltərədən dəvət olunan insan resurslarının idarə edilməsi sahəsində beynəlxalq aparıcı təlimçi, konsultant, eləcə də “Shell”, “BMW”, “Sony”, “Coca-Cola”, “Adidas”, “Nike” və sair kimi dünya şöhrətli şirkətlərdə iş təcrübəsinə malik, bir sıra elmi nəşrlərin müəllifi olan doktor Toni Miller tərəfindən “İnsan Resursları üzrə biznes tərəfdaş (İRBT) və ya heyətin idarə edilməsinin yeni nəsli” mövzusunda təlim-seminar təşkil edilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlim zamanı iştirakçılara son zamanlar şirkətlərdə insan resurslarının idarə edilməsinin strateji əhəmiyyətinin artması, strateji tərəfdaş kimi biznesin inkişafına verdiyi maddi dəyər, İRBT modeli çərçivəsində işçilərin fəaliyyətinin qiymətləndirilməsi metodları və sair mövzular barədə məlumat verilib, bu modelin şirkətlərdə uğurlu tətbiqinə dair real misallar göstərilib. İnteraktiv şəkildə təşkil olunmuş təlimdə mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar təlimçi tərəfindən praktik misallarla cavablandırılıb.xeber100.com

Dekabr 4, 2016 4:57

Əməkdaşlıq imkanları müzakirə edilib

Laos ilə Azərbaycan arasında enerji və mədənçilik sahəsində əməkdaşlıq məsələləri ölkəmizin Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanovun Laosun enerji və mədən naziri Khammani İnthilat ilə görüşündə müzakirə edilib.Səfirlikdən Azərtac-a bildiriblər ki, görüşdə səfir Anar İmanov Azərbaycanın enerji sahəsində nailiyyətləri barədə məlumat verib, ölkəmizin bu sahədə Laos ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.Tərəflər Laos ilə Azərbaycanın enerji və mədənçilik sahəsində ixtisaslaşmış şirkətləri arasında əməkdaşlığın təşviq olunmasına dair fikir mübadiləsi aparıblar.xeber100.com

Dekabr 3, 2016 6:51

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 55,04 dollar təşkil edib.xeber100.com

Dekabr 3, 2016 6:45

Auditorlar Palatasında seminar keçiriləcək

Dekabrın 9-da Azərbaycan Respublikası Auditorlar Palatasında “Daxili audit və korporativ idarəetmə sistemi” və “Biznesin (müəssisənin) qiymətləndirilməsi” mövzularında seminar keçiriləcək.Palatadan Azərtac-a bildiriblər ki, seminar ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə təşkil olunacaq.xeber100.com

Dekabr 3, 2016 6:39

“Brent” markalı neftin bir barrelinin qiyməti…

“Brent” markalı neftin bir barrelinin qiyməti Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmağa dair razılığa gəlməsi ilə 8,85 faiz bahalaşaraq 52 dolları ötüb.Azərtac xəbər verir ki, hazırda “Layt” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 49,55 dollara, “Brent” neftin bir barreli isə Londonun ICE birjasında 52,08 dollara satılır.xeber100.com

Dekabr 1, 2016 12:25

2017-ci il üzrə dövlət büdcə zərfi müzakirə edilib

Dekabrın 1-də Milli Məclisin əmək və sosial siyasət, səhiyyə, ailə, qadın və uşaq məsələləri, elm və təhsil, mədəniyyət komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi müzakirə edilib.Azərtac xəbər verir ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.xeber100.com

Dekabr 1, 2016 12:22
    Page 324 of 381« First«...102030...322323324325326...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az