“Azər Türk Bank”ın yeni filialı fəaliyyətə başlayıb

“Azər Türk Bank” “Masallı” filialı fəaliyyətə başlayıb. Bankdan Azərtac-a məlumata görə, filial “ASAN həyat” kompleksində yerləşir. “Azər Türk Bank”ın “Masallı” filialında bank sahəsində geniş bilik və təcrübəyə malik mütəxəssislər tərəfindən fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli bank xidmətləri göstəriləcək. Bura müxtəlif növ kreditlərin verilməsi, əmanətlərin qəbulu, plastik kartların satışı, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənilməsi kimi müxtəlif çeşidli xidmətlər daxildir. Filial həftə içi hər gün saat 09:30-dan17:00-a qədər müştərilərin xidmətindədir. “Masallı” filialının əməkdaşları həmçinin, “ASAN həyat” kompleksində yerləşən ASAN xidmət mərkəzinin inzibati binasında da müştərilərə xidmət göstərəcəklər. “ASAN xidmət” mərkəzinin inzibati binasında fəaliyyət göstərən əməkdaşların iş rejimi ASAN xidmət mərkəzinin iş rejimi ilə uyğunlaşdırılacaq. Bildirilib ki, “Masallı” filialının yaradılmasında məqsəd bu regiondakı geniş müştəri potensialına bankın sərfəli məhsul və xidmətlərini təklif etmək, regionun iqtisadi inkişafına dəstək verməkdir. Regional filial şəbəkəsinin genişləndirilməsi bankın müasir inkişaf konsepsiyasında prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bank ölkədə qeyri-neft sektorunun inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsində iştirak etməklə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr vermək niyyətindədir. Qeyd edək ki, bu, “Azər Türk Bank”ın 2016-cı il ərzində Bakıda və regionlarda istifadəyə verilmiş sayca dördüncü yeni xidmət ofisidir. Bundan əvvəl, Bakı şəhərində Bankın 2 saylı şöbəsi, Şirvan şəhərində “Şirvan” filialı, Qəbələ rayonunda “Qəbələ” şöbəsi fəaliyyətə başlayıb.xeber100.com

Sentyabr 3, 2016 10:19

Özəlləşdirməyə çıxarılan müəssisələrin təqdimatı olub

Avqustun 31-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) beynəlxalq konsaltinq və investisiya təşkilatları üçün yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrin təqdimatını keçirib. Azərtac xəbər verir ki, tədbirin təşkilində məqsəd yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Bununla yanaşı, belə sərmayələr hesabına özəlləşdirilən müəssisələrin gələcək potensialını gücləndirmək, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına töhfə vermək və yeni iş yerlərinin açılmasını təmin etmək əsas hədəflər sırasındadır. Təqdimatda “KPMG”, “E&Y”, “Deloitte”, “PWC”, “MCKinsey & Company”, “Baker& MCKenzie” kimi beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları iştirak edib. Respublikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-dək iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakıelektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı olub. Bundan əlavə, komitə tərəfindən yeni elan edilmiş hərrraclarda, ümumilikdə, Bakl şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb.xeber100.com

Avqust 31, 2016 11:17