“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”…

Vergilər Nazirliyində Azərbaycan Respublikası Prezidentinin "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamında verilmiş tapşırıqların icrası ilə bağlı nazirliyin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunan görüş keçirilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov vergi sistemində aparılan islahatlar və həyata keçirilən yeniliklər barədə ətraflı məlumat verib. Qeyd edib ki, yaranmış yeni iqtisadi şəraitə uyğun olaraq, biznes mühitinin yaxşılaşdırılması və vergi ödəyicilərinin fəaliyyətinin genişləndirilməsi üçün həm qanunverici səviyyədə, həm də Vergilər Nazirliyinin öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılıb.Nazir müavini Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, həmin sərəncamla 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların əsas istiqamətləri təsdiq edilib.Görüş müzakirələrlə davam etdirilib və həyata keçiriləcək islahatlarla bağlı ətraflı fikir mübadiləsi aparılıb.xeber100.com

Avqust 10, 2016 11:52