07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“AtaBank” yeni şöbə istifadəyə verib

“AtaBank” ASC Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, Bəxtiyar Vahabzadə küçəsində yeni “Elmlər” şöbəsi açıb. Bankdan Azərtac-a bildiriblər ki, yeni şöbə fiziki və hüquqi şəxslərə geniş spektrli bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi, biznesin inkişafı üzrə məsləhətlərin verilməsi və s. təklif edir.xeber100.com

Avqust 17, 2016 1:28

Əmanətlərin Sığortalanması Fondunun məlumatı…

Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 16 avqust tarixli 2-1(81)-1594/2016 saylı qərardadı ilə "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC müflis elan olunub. Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) Azərtac-a bildiriblər ki, Fond qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.xeber100.com

Avqust 17, 2016 1:23

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar bahalaşaraq 45,47 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,01 dollar ucuzlaşaraq 48,03 dollar olub. Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 48,97 dollar təşkil edib.xeber100.com

Avqust 16, 2016 3:29

“MDB və Aİ ölkələrinin xarici ticarəti 2012-2015-ci illərdə”…

Müstəqil Dövlətlər Birliyinin Minskdəki qərargahının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, “MDB və Aİ ölkələrinin xarici ticarəti 2012-2015-ci illərdə” adlı qısa statistik məcmuə (rus və ingilis dillərində) nəşr edilib. Məcmuədə 2012-2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi və Avropa İttifaqı ölkələrinin xarici ticarətini səciyyələndirən statistik məlumatlar əks olunub. Nəşr rəsmi şəxslər, menecerlər, elmi-tədqiqat təşkilatlarının əməkdaşları, iqtisadçılar və statistika mütəxəssisləri, habelə MDB və Aİ ölkələrinin xarici ticarət problemləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulur.xeber100.com

Avqust 16, 2016 3:12

Mərkəzi Bank müqavilə bağlayıb

Azərbaycan Respublikasının Mərkəzi Bankında avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması, habelə Mərkəzi Bankın beynəlxalq ISO27001:2013 standartları üzrə sertifikatlaşdırılması ilə bağlı tender başa çatıb və "GTSolutions" şirkəti qalib elan olunub. Azərtac Mərkəzi Banka istinadla xəbər verir ki, "GTSolutions" şirkəti ilə satınalma müqavilələri imzalanıb.xeber100.com

Avqust 16, 2016 3:04

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”…

"Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın İqtisadiyyat Nazirliyi üzrə 2016-cı il üçün iş planı çərçivəsində nazirliyin əməkdaşları üçün növbəti treninq keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, nazirliyin daxili nəzarət şöbəsinin təşkil etdiyi interaktiv treninqdə "Dövlət satınalmaları haqqında" və "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərindən irəli gələn məsələlərə dair iştirakçılara geniş məlumat verilib, əməli-nəzəri məşğələlər vasitəsilə nümunələr göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Avqust 16, 2016 2:59

Sadə kreditləşmə qaydalarına görə…

“FINCA Azerbaijan” qeyri-bank kredit təşkilatı yeni müştərilərə də asan şərtlərlə biznes krediti təklif edir. Təşkilatdan Azərtac-a bildiriblər ki, sadə kreditləşmə qaydalarına görə təşkilatın bütün filiallarında yeni müştərilər zaminsiz və girovsuz kredit əldə edə biləcəklər. Təşkilatın sadələşdirilmiş kredit qaydalarının əsas məqsədi biznes sahiblərinə hazırkı iqtisadi şəraitdə dəstək olmaq, onları asan və maneəsiz maliyyə resurslarına çıxış imkanları ilə təmin etməkdir. FINCA-da krediti olmayan yeni müştərilərdən tələb olunan əsas şərt digər maliyyə qurumlarında müsbət kredit tarixçəsinin olmasıdır. Biznes təhlili bir telefon zəngi ilə aparılır və uyğun müştərilərə kredit təsdiq olunur. Müştəri zamin və girov olmadan, tək şəxsiyyət vəsiqəsi ilə filiala yaxınlaşır və müqavilə imzalayaraq vəsaiti əldə edir.xeber100.com

Avqust 15, 2016 3:20

Ərzaq məhsulları sərgisi keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) İşgüzar Klubu beynəlxalq əməkdaşlıq çərçivəsində Avrasiya İqtisadi Birliyi (AİB) və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin ərazisində ərzaq məhsullarının ticarət sərgisinin təşkil edilməsini nəzərdə tutur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, sərgi çərçivəsində adı çəkilən təşkilatların üzv ölkələri ilə yanaşı, Azərbaycanın aqrar-sənaye məhsullarının əlverişli şərtlərlə nümayişi, eləcə də kiçik həcmli topdansatış əməliyyatları həyata keçirmək və iri həcmli topdansatış müqavilələri bağlamaq kimi imtiyazların verilməsi və s. təklif olunur.

Avqust 15, 2016 3:16

Mərkəzi Bank manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən "Apa-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 13-ü ilə müqayisədə dəyişməyərək 1,6102 manat səviyyəsinə müəyyən olunub. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,17% möhkəmlənərək 1,7967 manat olub. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,4% ucuzlaşaraq 0,0249 manata enib. Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5439 manat olub. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0804 manatdır. Beləliklə, funt sterlinq 0,37%-lik ucuzlaşma nümayiş etdirib. Gürcüstan larisinin məzənnəsi 0,39% azalaraq 0,6851 manat təşkil edib.xeber100.com

Avqust 15, 2016 11:39

Dünya bazarında neftin qiyməti…

Dünya bazarında neftin qiyməti artıb. "Apa-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar artaraq 44,86 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,31 dollar artaraq 47,28 dollar olub.xeber100.com

Avqust 15, 2016 11:34
    Page 352 of 381« First«...102030...350351352353354...360370380...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az