7 beynəlxalq sərgi keçiriləcək

Payızda Bakı Ekspo Mərkəzində 7 beynəlxalq sərgi keçiriləcək. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. “Iteca Caspian”dan Azərtac-a bildiriblər ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “Bakutel” sərgiləri daxildir. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Payız sərgi mövsümünü ilk olaraq sentyabrın 19-21-də XXII Azərbaycan beynəlxalq səhiyyə “BIHE 2016”, XI Azərbaycan beynəlxalq stomatologiya “Stomatology Azerbaijan 2016” və X yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb “Beauty Azerbaijan 2016” sərgiləri açacaq. Bunları dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir arada toplayacaq “BIHE 2016” sərgisində görmək mümkündür.xeber100.com

Avqust 22, 2016 11:09

Nazirlər Kabinetinin qərarına əsasən…

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.Nazirlər Kabinetinin son qərarından sonra benzinin qiyməti aşağı düşəcəkmi? Sosial şəbəkədə ən çox soruşulan sual, təbii ki, budur.İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov bildirib ki, “Aİ 92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur: “Qərarla 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinə vergi və gömrük rüsumu güzəştləri tətbiq edilib. Bu isə o deməkdir ki, yalnız daha az oktanlı benzinlərin idxal xərci azalacaq.Deməli, ölkəyə daha aşağı xərclə “Aİ 92” markalı və ya oxşar benzin gətiriləcək. İkincisi, “Aİ 92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənizmləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur.Bununla yanaşı, əgər bu güzəştlərdən sonra ölkəyə idxal edilən “Aİ 92” və ya oxşar markalı benzinin xərcində kəskin azalma olarsa, o zaman şura tərəfindən qiymətlərə baxılıb benzinin qiymətinin aşağı salınması müzakirə edilə bilər. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq”.O, həmçinin əlavə edib ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır: “Amma bu halda güzəşt müddətinin uzadılması da əsas şərtdir. Aydındır ki, 2 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir.İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var.Üçüncüsü, güzəştlər çox qısa müddəti, yalnız 2 ayı əhatə etməsi də diqqəti cəlb edəndir. Güman olunur ki, bu qərar yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır.Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 2 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı xarici benzin də təklif ediləcək.Görünür, 2 ay müddətinin seçilməsi də onunla bağlıdır ki, həmin müddətdə istehsalın əvvəlki səviyyəyə qayıtması proqnozlaşdırılır. Bundan sonra bu idxal ilə bağlı güzəştlər ləğv ediləcək”.xeber100.com

Avqust 18, 2016 10:43