Dünyanın aparıcı aviaşirkətlərindən olan “Qatar Airways” yeni qiymət endirimi kampaniyasına başlayır. “Qatar Airways”in Bakı nümayəndəliyindən Azərtac-a bildirilib ki, dünyanın 150-dən çox ölkəsinə mütəmadi uçuşlar təşkil edən “Qatar Airways” bu dəfə Bakıdan Bali, Nyu-York, Maldiv, Sinqapur, London, Tokio, Kolombo, Doha, Hyuston, Dubay, Manila, Tbilisi və digər istiqamətlərə səyahət edəcək müştərilərinə 40 faizə qədər endirim tətbiq edəcək. Müştərilər xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” Bakı ofisindən,www.qatarairways.com veb saytından, habelə turizm agentliklərindən əldə edə bilərlər. Endirim kampaniyası iyunun 5-dək davam edəcək və yalnız Bakıdan səyahət edən müştərilərə şamil olunacaq.xeber100.com