Dünya Bankı Trans-Anadolu qaz kəməri layihəsinə 1 mlrd dollar ayırmağı planlaşdırır

Dünya Bankı (DB) Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinə 1 mlrd dollar ayırmağı planlaşdırır. “Hürriyet” qəzeti xəbər verir ki, Avropa İnvestisiya Bankı isə layihənin maliyyələşdirilməsinə 1 mlrd avro ayıracaq.Bank rəsmisinin qəzetə verilən açıqlamada bildirilir ki, DB enerji sektorunda strateji əhəmiyyət kəsb edən TANAP layihəsinin bir parçası olmaq niyyətindədir: “BOTAŞ-ın maliyyələşdirilməsində yardımçı olacağıq. Söhbət təxminən 1 mlrd dollarlıq maliyyə dəstəyindən gedir. Eyni zamanda biz Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edirik. TANAP-ın 58%-i SOCAR-a, 30%-i BOTAŞ-a, 12%-i isə BP şirkətinə məxsusdur. Hər bir səhmdar bu bölgüyə müvafiq olaraq layihəni maliyyələşdirir. Dünya Bankı və Avropa Birliyinin borc vermə mexanizminə uyğun olaraq Avropa İnvestisiya Bankı TANAP-a sərmayə yatırmağa hazırlaşır. Pay bölgüsünə uyğun olaraq, BOTAŞ TANAP-a 3 mlrd dollarlıq yatırım etməlidir. Bunun üçün BOTAŞ Dünya Bankından 1 mlrd dollar, Avropa İnvestisiya Bankından isə 1 mlrd avro cəlb edəcək”.TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanan, ümumi uzunluğu 1850 kilometr olan qaz kəmərləri sistemi, dənizdən keçən qısa hissə, birləşdirici xətlər, kran qovşaqları, ərsinlə təmizlənmə stansiyaları, ölçmə, kompressor stansiyaları və digər infrastruktur daxildir.Kəmərin inşası layihəsi üzrə sənədlər paketi 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. TANAP “Mərhələ-2” çərçvəsində “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub. Qaz kəmərinin ötürmə qabiliyyəti ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək. SOCAR-ın qiymətləndirmələrinə əsasən, 2023-cü ildə kəmərin gücü 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. Eyni zamanda, TANAP-ın genişləndirilməsindən sonra Azərbaycanda digər yataqlardan, o cümlədən başqa ölkələrdən hasil edilən qaz mənbə kimi istifadə olunacaq.Layihə $10 mlrd. dəyərində qiymətləndirilir. TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR – 58%, BP – 12%, BOTAS – 30%      

Aprel 25, 2016 12:00

İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Trend Nazirliyin saytına istinadən xəbər verir ki, görüşdə sərhədyanı ərazilərdə radio tezliklərin tənzimlənməsi, kibertəhlükəsizlik, peyk xidmətləri, mobil rabitə, poçt və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Qonaqları salamlayan rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Mahmud Vaezini Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün gördüyü işlərə görə Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif olunmağı münasibəti ilə təbrik edib. Nazir Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında rabitə və yüksək texnologiyalar sektorunun xüsusi rolunu qeyd edib. Səmimi təbrikə görə minnətdarlığını ifadə edən Mahmud Vaezi ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensialın olduğunu bildirib. Görüş çərçivəsində müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq sənədin hazırlanması üçün birgə işçi qrupun yaradılması qərara alınıb.xeber100.com

Aprel 24, 2016 1:56

Kapital Bank daha bir yenilik təqdim edir

Artıq bankın müştəriləri PayPass təmassız texnologiyanı dəstəkləyən, MasterCard beynəlxalq ödəniş sisteminə aid kartları əldə edə bilərlər. Bankdan Trend-ə verilən məlumata görə, MasterCard Standard və MasterCard Platinum əsasında olan kartlar vasitəsilə müştərilər 20 manata qədər olan ödənişlərini, kartı POS terminala yaxınlaşdırıb bir toxunuşla edə bilərlər. Qeyd edək ki, bunun üçün PİN kod tələb olunmur və ödənişlər dərhal həyata keçir. Əgər ödəniş 20 manatdan yuxarıdırsa, bu zaman PİN kod tələb olunur və adi qaydada nağdsız ödəniş edilir. MasterCard əsasında olan təmassız kartlar dünyanın əksər ölkələrində geniş istifadə olunur və müştərilərin vaxt itkisini aradan qaldırır. Üzərində xüsusi fərqlənmə nişanı olan təmassız kartları Kapital Bank filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Müştərilərin rahatlığına və xidmət keyfiyyətinin artırılmasına böyük önəm verən Kapital Bank bu istiqamətdə bir sıra yeniliklər tətbiq edir. Yeni və rahat filialların açılması, həmçinin müştərilərə minimal vaxt ərzində, fasiləsiz xidmət göstərilməsi bunun bariz nümunəsidir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com  

Aprel 22, 2016 12:23

AZAL və AZALJET reyslərində mühüm yeniliklər

Mayın 9-dan etibarən AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə bütün sərnişinlərə pulsuz isti yemək veriləcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AZALJET brendi altında yerinə yetirilən aviareyslərdə qidalanma AZAL-ın klassik reyslərindəki analoji menyudan bir qədər fərqli olacaq. AZALJET sərnişinlərinə isti yemək (seçimə görə toyuq və mal əti yeməyi), çörək, şirə, su, çay və ya qəhvə təklif olunacaq. Əgər uçuş səhər yerinə yetirilirsə, o zaman sərnişinlərə səhər yeməyi təklif olunacaq. Bundan əlavə, sərnişinlərin əvvəlki kimi kassada aviabilet bronlaşdırarkən fərqli və daha yaxşı isti yemək çeşidləri sifariş etmək, eyni zamanda təyyarə göyərtəsində soyuq qəlyanaltı və içki seçmək imkanı olacaq. Həmçinin mayın 9-dan başlayaraq bütün AZAL və AZALJET aviareyslərində əl yükünün daşınmasına icazə verilən çəkisi 8 kq-dan 10 kq-a kimi artırılacaq. Əl yükünün ölçüləri 55x35x20 sm-dən çox olmamalıdır. QSC-nin vitse-prezidenti Eldar Hacıyev bildirib: "AZALJET aviareyslərində pulsuz qidalanma və aviaşirkətin bütün reyslərində əl yükünün icazə verilən çəkisinin artırılması barədə qərar sərnişinlər üçün daha da rahatlıq imkanı yaratmaq, həmçinin bu seqmentdə daşımalarımızın rəqabət qabiliyyətinin artırılması məqsədilə qəbul edilib. Bir qayda olaraq, digər aşağı büdcəli aviadaşıyıcılar təyyarə göyərtəsində yeməyi yalnız əlavə ödəniş müqabilində verirlər. Biz sərnişinlərimizə uçuş zamanı maksimum rahat şərait yaratmaq istəyirik və bu istiqamətdəki işi davam etdirəcəyik". Hazırda AZALJET brendi altında daha çox tələb olunan istiqamətlər üzrə reyslər yerinə yetirilir. Bu istiqamətlərə Moskva, İstanbul, Tbilisi, Sankt-Peterburq, Minsk, Kiyev, Lvov, Tehran, Aktau, Kazan, Mineralnıe Vodı, Ankara kimi şəhərlər, həmçinin Türkiyənin Antalya, İzmir, Bodrum və Dalaman kurortları daxildir. AZALJET-in reyslərinə aviabiletin qiyməti Bakıdan/Bakıya uçuş olmaqla yuxarıda sadalanan istiqamətlərin hər biri üzrə bir tərəfə 49 avrodan, gediş-dönüş isə 98 avrodan başlayır. Bu məbləğə bütün vergi və yığımlar daxildir. Qeyd edək ki, bu tarif üzrə təyyarədə yerlərin sayı məhduddur. AZALJET tariflərinin qaydaları yalnız yuxarıda qeyd olunduğu kimi, çəkisi 10 kq-dək artırılan əl yükünün daşınmasına icazə verir. Hər bir baqaja (23 kq-a qədər) görə ödəniş uçuşdan ən azı 3 saat əvvəl 20 avro təşkil edəcək. Baqaja görə göstərilən vaxtdan gec ödəniş həmin qiymətdən 5 avro baha olacaq. Həmçinin qeyd edək ki, mayın 9-dan etibarən Dubaya uçuşlar AZAL brendi altında yerinə yetiriləcək və buraya tam çeşidli bort qidalanması və baqajın pulsuz daşınması daxil olacaq. Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.xeber100.com  

Aprel 22, 2016 12:19