Pulsuz hüquqi yardım

Artıq vətəndaşlar öz əmlaklarının qiymətləndirilməsini daha asan və obyektiv həyata keçirə biləcək. xezerxeber.com xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinə belə bir səlahiyyət verilib. Vətəndaşlar daşınmaz əmlak sahəsinə aid qarşılaşdıqları problemlərlə bağlı qurumdan pulsuz hüquqi yardım da ala biləcəklər. Əmlak Məsələləri Dövlət Komitəsinə vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı yeni səlahiyyət verilib. Artıq vətəndaşlar torpaq, eləcə də sahib olduqları daşınmaz əmlakla bağlı reyestr xidmətinin ərazi ofislərinə yaxınlaşmaqla tam məlumat ala bilərlər. Komitə eyni zamanda daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı da fəaliyyətini də genişləndirir. Qurum artıq Sumqayıt, Quba və Xaçmazda 150 mindən çox əmlakın qiymətləndirilməsini başa çatdırıb. Vətəndaşlar bu məlumatdan faydalanmaqla yanaşı ərazi ofislərində daşınmaz əmlakı girov qoyan, eləcə də satan zaman onun bazara uyğun qiymətləndirməsini həyata keçirə bilərlər. Xidmətin qiyməti isə əmlakın həcmindən asılı olaraq dövlətin müəyyən etdiyi tariflər əsasında həyata keçirilir. Qurumun sözçüsü eyni zamanda torpaqların elektron kadastr və uçot sisteminin yaradılması ilə bağlı komitənin üzərinə qoyulan vəzifələrin sürətlə yerinə yetirildiyinə də diqqət çəkib. Ölçmə işləri ilə yanaşı məlumatların yeni elektron bazaya daxil edilməsi gələcəkdə torpaqlardan elmi istifadəni asanlaşdıracaq və torpaqların keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan yaradacaq.  

Aprel 4, 2016 3:21

Ucuz neft erasına hazırlıq

Səudiyyə Ərəbistanı krallığın aktivlərini birləşdirərək dünyada ən iri investisiya fondu yaradır. ANS PRESS-in məlumatına görə, fondun investisiya həcminin 2 trilyon dollar təşkil edəcəyi bildirilir. Bu barədə “Bloomberg”ə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun oğlu Şahzadə Məhəmməd bin Salman bildirib. “Sovereign Fund Institute”nin hesablamalarına görə, hazırda “Public Investment Fund”un aktivlərinin qiyməti 5.3 milyard dollar təşkil edir. Şahzadə Məhəmməd PIF (“Public Investment Fund”) fondunun dünyanın ən böyük suveren investisiya fondu olacağına şübhəsiz inandığını bildirib. Şahzadənin sözlərinə görə, hazırda PIF Səudiyyə Ərəbistanı Mərkəzi Bankında və eyni zamanda dünyada etilenqlikol istehsalı üzrə ikinci hesab edilən “Saudi Arabia Basic Industries Corporation” şirkətində pay sahibidir. Şahzadə Salman onu da vurğulayıb ki, fondun aktivləri o zaman artmağa başlayacaq ki, Saudi Aramco neft şirkətinin səhmləri İctimai Təşəbbüs Təşkilatına keçirilsin və aktivlər fonda təhvil verilsin. 2018-ci ildən gec olamamaq şərti ilə şirkətin 5%-i satışa çıxarılacaq. Saudi Aramco dünyanın ən böyük neft ehtiyyatlarına malik olan şirkətidir. Onun neft ehtiyatlarının həcmi təxminən 260 milyard barrel olduğu bildirilir. "Bloomberg"in hesablamalarına görə, əgər neftin qiyməti barreli 10 dollara olsa belə şirkətin bazar dəyəri 2.5 trilyon dollar təşkil edəcək. “Saudi Aramco”nun İctimai təşəbbüs Təşkilatına keçirilməsi və səhimlərinin PIF fonduna köçürülməsindən sonra Səudiyyə Ərəbistanı artıq neftdən deyil investisiyalardan gəlir əldə etməyə başlayacaq. Bin Salman bildirib ki, belə olan təqdirdə krallığın neftdən aslılığı 20 il ərzində tamamilə aradan qaldırılacaq. "Bloomberg"dən bidlirilir ki, fondun toplayacağı vəsait o qədər böyük olacaq ki, hətta “Apple”, “Google” və “Berkshire Hathaway” satın almağa belə yetəcək. Hazırkı nəhəng suveren fond SAMA 632 milyard dollar aktivə malikdir.

Aprel 3, 2016 8:46