25-ci IBF Forumunun keçirilməsinə dair anlaşma memorandumu imzalanıb

İyulun 6-da iş adamlarının, biznes assosiasiyaların və Beynəlxalq Biznes Forumun (IBF) nümayəndələrinin iştirakı ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və IBF arasında 25-ci IBF Forumunun Bakıda keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.KOBİA-dan Azərtac-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və IBF-in sədri Erol Yarar imzalayıblar.O.Məmmədov IBF Forumunun ölkəmizdə keçirilməsinin iştirakçı ölkələr, xüsusilə də Azərbaycan və Türkiyə arasında biznes sahəsində əməkdaşlığının genişləndirilməsi və iş adamlarının iştirakı ilə çoxtərəfli biznes platformanın formalaşdırılmasında əhəmiyyətli olacağını bildirib. Qeyd olunub ki, forum çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi nəzərdə tutulur. Forum post-COVID dövründə ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından da əhəmiyyətli olacaq.Beynəlxalq Biznes Forumun rəhbəri E.Yarar və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzun 25 ildir keçirilən IBF-in əhəmiyyətinə dair fikirlərini bölüşüb, növbəti tədbirin Bakıda keçirilməsindən məmnunluqlarını bildiriblər.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov forumun iş adamları arasında yeni əlaqələrin qurulması və əməkdaşlığın inkişafı, eləcə də ölkəmizin biznes mühitinin təqdim olunması baxımından əhəmiyyətli olacağını vurğulayıb.Tədbir çərçivəsində IBF-in fəaliyyətinə dair film nümayiş olunub.Qeyd edək ki, forum dünyanın bir sıra ölkələrinin iş adamlarını və dövlət rəsmilərini bir araya gətirməklə, ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsi məqsədilə təşkil olunur. Forum 1995-ci ildə MÜSİAD tərəfindən təsis edilib və ildə bir dəfə keçirilən IBF çərçivəsində bir sıra panel iclaslar, ölkə təqdimatları, ikitərəfli görüşlər və sair tədbirlər təşkil olunur.xeber100.com  

İyul 6, 2021 1:54

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatı

İyulun 3-də Abşeron dairəvi dəmir yolu xəttində qatarlar hərəkətdə olacaq.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Azərtac-a bildirilib ki, qeyri-iş günlərindəki qrafikə uyğun olaraq sabah aşağıdakı qatarlar işləyəcək: Bakı-Pirşağı-Sumqayıt Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar Sumqayıt-Pirşağı-Bakı Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar Bakı-Xırdalan-Sumqayıt Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar Sumqayıt-Xırdalan-Bakı Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar.xeber100.com  

İyul 2, 2021 3:21

Bakı Fond Birjasında istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyulun 6-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 20 milyon manat, nominal dəyəri 100 manat, faiz dərəcəsi 6 faiz, tədavül müddəti 728 gündür. İstiqrazlar 2023-cü il iyulun 4-də ödəniləcək. "PAŞA Kapital" İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən çox olmamaq şərtilə qəbul edilməsinə icazə verilir. Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda isə emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.xeber100.com

İyul 1, 2021 2:45

İyunun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

İyunun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.Tarif (qiymət) Şurasının Katibliyindən Azərtac-a bildirilib ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizədək artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlılığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və sair kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200-2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən olunan tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.Digər sahələrdə (ticarət, xidmət və sair) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.xeber100.com  

İyun 30, 2021 3:24

“Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır

Havaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır. Son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb.“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir. “Azərsu” abonentlərdən xahiş edir ki, yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur.Qeyd edək ki, ötən gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsində məhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. Qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.xeber100.com

İyun 26, 2021 10:50

TANAP-la Türkiyəyə 2,2 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib

Yanvar-may aylarında TANAP boru kəməri ilə Türkiyəyə 2,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.Bu barədə Azərtac-a Energetika Nazirliyindən bildirilib.Qeyd edək ki, 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la 10 milyard kubmetrdən çox qaz nəql edilib.Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili ötən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 5,8 milyard kubmetr olub. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalayıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.xeber100.com    

İyun 25, 2021 3:02