Azərbaycan Mikromaliyyə Assosiasiyasının bəyanatı

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzv təşkilatları bəyanat yayıb.AMFA-dan Azərtac-a bildirilib ki, Ermənistanın Azərbaycana qarşı sentyabrın 27-də səhər saatlarından başlayan növbəti təcavüz aktı mənfur düşmənin öz işğalçı siyasətindən əl çəkmədiyini bir daha ortaya qoyub. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə istiqamətdən müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinləri, yaşayış məntəqələrini və mülki obyektləri, eləcə də hərbi mövqelərimizi atəşə tutublar. Düşmənin təxribatları nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralıların da olması Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzv təşkilatlarını sarsıdıb. Azərbaycanın Silahlı Qüvvələri düşmən təxribatının qarşısını alıb və əks-hücumla torpaqlarımızın azad edilməsi uğrunda əməliyyatlara başlayıb.Biz, ictimai birlik olaraq, dövlətimizin, Ordumuzun və Ali Baş Komandanın yanında olduğumuzu, dövlətimizin yürütdüyü siyasəti tam dəstəklədiyimizi bir daha bəyan edirik. Şanlı Ordumuzun işğal altında olan torpaqlarımızı azad etmək istiqamətində irəliləyişləri hər bir üzvümüzü sevindirir və qürurlandırır. İnanırıq ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad ediləcəyi gün uzaqda deyil.Ordumuza şanlı zəfər, xalqımıza qələbə sevinci arzulayırıq!Hər şey Vətən üçün, hər şey Qələbə üçün!xeber100.com

Oktyabr 1, 2020 12:23

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar…

Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bununla əlaqədar, "Azərbaycan Hava Yolları"nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.Eyni zamanda, AZAL aviaşirkətinin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın 2-si tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.Bundan əlavə, “Fly Dubai” aviaşirkəti sentyabrın 29-u, oktyabrın 1-i və 3-ü nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, "Aeroflot" aviaşirkəti oktyabrın 1-i və 4-ü tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və "Belavia" aviaşirkəti oktyabrın 2-si və 4-ü tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adıçəkilən aviaşirkətlərə müraciət edə bilərlər.xeber100.com

Sentyabr 28, 2020 2:40