“Azəriqaz” İstehsalat Birliyinin məlumatı əsasında…

Təbii qaza görə borcu olan istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır.“Azəriqaz” İstehsalat Birliyindən Azərtac-a bildirilib ki, cari il üzrə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün növbəti isitmə mövsümünün yaxınlaşmasına az müddət qalır. Bu ərəfədə borclu istixana sahiblərinin ödənişlərində irəliləyişlər hiss olunmaqdadır. Hazırda Bakı Regional Qaz İstismarı Departamentinin xidməti ərazisində fəaliyyət göstərən 227 istixana sahibkarlıq subyektinin istifadə edilən qaza görə ödənişləri 92,3 faiz təşkil edir. Şəmkir Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 210 istixana sahibkarlıq subyektinin ödənişləri 67,1 faizdir. Salyan Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində fəaliyyət göstərən 254 istixana sahibkarlıq subyektinin ödənişləri 89,6 faiz təşkil edir. Ümumilikdə, respublika üzrə istixana sahəsində fəaliyyət göstərən sahibkarların ödənişləri 85,1 faizə bərabərdir.Qeyd edək ki, pandemiya dövründə yaranmış borcun hissə-hissə ödənilməsi üçün bəzi sahibkarlar tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə müraciətlər daxil olmaqdadır. Ölkədə sahibkarlığın inkişafına göstərilən diqqətə dəstək olaraq birlik də bu kimi məsələlərin qarşılıqlı şəkildə həllinə önəm verir. Belə ki, borclu istixana sahibləri ilə debitor borcun ödənilməsi haqqında “Razılaşma protokolu” tərtib olunaraq cari istehlakla bərabər ötən isitmə mövsümü ərzində yaranmış borcun hissə-hissə ödənilməsinə mümkün şərait yaradılır. Bu kimi qarşılıqlı anlaşma üçün müraciət edən sahibkarlara Bakı şəhəri üzrə "Rəvan-Turan" MMC, "AS AQRO CO" MMC və sair, Şəmkir bölgəsi üzrə sahibkarlar Ələkbərov Dilqəm, Əliyev Hafiz, Musayeva Nigar, Quliyeva Aida və başqalarını, Salyan bölgəsi üzrə Dostəliyev Natiq və Əliyev Səxavəti göstərmək olar.xeber100.com

Sentyabr 25, 2020 3:18

Azərbaycanın xarici ticarət dövriyyəsi 13,7 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rәsmilәşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft vә təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları, o cümlədәn ixracın dəyəri 7 milyard 876,8 milyon dollar, idxalın dəyəri 5 milyard 900,8 milyon dollar təşkil edib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, nəticədә 1 milyard 976 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyul ayları ilә müqayisədә xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədәn idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb. Dövlət Gömrük Komitəsindәn daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,6 faizi İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrə, Fransa ilә aparılmış ticarət әmәliyyatlarının payına düşüb. Ölkəyә idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 14,7 faizi Türkiyənin, 13,2 faizi Çinin, 7,9 faizi ABŞ-ın, 5,1 faizi Almaniyanın, hәr biri 4,2 faiz olmaqla İtaliya vә Ukraynanın, 3 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya və Fransanın, 1,4 faizi Hindistanın, 1,1 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla İsveçrə, Polşa vә Niderlandın, 15,9 faizi isə digər ölkələrin payına düşüb.İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymәtli metallar vә onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər vә tütün mәmulatlarının, bitki mәnşəli məhsulların, plastik kütlə vә ondan hazırlanan məmulatların, toxuculuq materialları vә məmulatlarının dəyəri üstün olub. İdxalın 65 faizini avtomobil, 19,6 faizini dəmir yolu, 10,9 faizini hava, 4,4 faizini dəniz nəqliyyatı ilә gətirilmiş, 0,1 faizini isə boru kəməri vә elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Çinə, 4 faizini Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,3 faizini Almaniyaya, 1,2 faizini İsveçrəyə, 1,1 faizini Avstriyaya, 6,3 faizini isә digәr ölkələrə göndәrilmiş mәhsulların dəyəri təşkil edib.Yeddi ayda ixracın 87 faizini boru kəməri vә elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,9 faizini avtomobil, 2,9 faizini dəmir yolu, 1,6 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri tәşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvә vә tərəvəzlər, plastik kütlə vә ondan hazırlanan mәmulatlar, pambıq lifi və ipliyi, alüminium vә ondan hazırlanan mәmulatlar, kimya sәnayesi məhsulları, qara metallar vә onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu vә alkoqolsuz içkilərin payı daha çox olub.xeber100.com

Sentyabr 16, 2020 10:19

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciəti!

“Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib.QSC-dən Azərtac-a bildirilib ki, Bakı metropoliteninin sentyabrın 14-də metrodan istifadə şərtləri açıqlanıb: - Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti sentyabrın 14-ü səhər saat 06:00-dan bərpa olunur. Bakı metropoliteninin stansiyaları saat 06:00-dan 24:00-dək sərnişinlərin girişinə açıq olacaq - Metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq - Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa ediləcək - “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir. Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır. Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir - Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir - Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq - Stansiyalara daxil olan sərnişinlərin hərarəti, seçmə qaydada olmaqla, müvafiq tibbi avadanlıq vasitəsilə yoxlanılacaq - Sosial məsafənin qorunmasını, tibbi maskadan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq, stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub - Bakı metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün şərait yaradılıb - Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulacaq. Bunu nəzərə alaraq, sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskadan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur - Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək.xeber100.com

Sentyabr 11, 2020 1:37