M10 ekspress xətti avqustun 17-dən fəaliyyətə başlayıb

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən daha biri, M10 ekspress xətti avqustun 17-dən fəaliyyətə başlayıb.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, M10 xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsində, köhnə dəmiryolu stansiyası adlanan ərazidə təşkil olunan dayanacaq məntəqəsindən hərəkət edəcək. Ərazidə müvafiq nişanlanma işləri aparılıb.Saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 10 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.Qeyd edək ki, M10 ekspress xətti üzrə avtobusların hərəkət sxemi Mərdəkan qəsəbəsi – “Nəriman Nərimanov” metro stansiyası istiqaməti müəyyən edilib.Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərdən bunu anlayışla qarşılamaları və “BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələri xahiş edilir.M9 ekspress xətti üzrə avtobuslar qarşıdakı günlərdə istifadəyə veriləcək.Xatırladaq ki, xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən M1 A, M2 A və M8 xətləri avqustun 10-dan fəaliyyətə başlayıb.xeber100.com

Avqust 17, 2020 3:10

3 əlavə ekspress xətt üzrə avtobuslar fəaliyyətə başlayıb

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən M1 A, M2 A və M8 xətləri avqustun 10-dan fəaliyyətə başlayıb.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspress xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır.M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərdən bunu anlayışla qarşılamaları və “BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələri xahiş edilir.Məlumat üçün bildiririk ki, M9 və M10 ekspress xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.xeber100.com

Avqust 10, 2020 2:06

Əməkdaşlıq haqda memorandum imzalanıb

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Almaniyanın "EKM Global Consulting GMbH" şirkəti ilə qarşılıqlı əməkdaşlıq haqda memorandum imzalanıb.Bu barədə Azərtac-a "Azərişıq" ASC-dən bildirilib."EKM Global Consulting GMbH" şirkətinin rəhbəri Elşən Musayev deyib ki, bu gün ölkədə innovativ texnologiyaların tətbiqi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yanaşı, gənc kadr potensialının yetişdirilməsi və yaxşılaşdırılmasında da müsbət nəticələr əldə etməyə geniş imkanlar yaradır. Bu baxımdan, "Azərişıq" ASC, elektroenergetika sahəsində ilk dəfə olaraq, Ağıllı Şəbəkələr konsepsiyası çərçivəsində elektrik şəbəkələrin elektron idarə edilməsində müasir 3D-mobil xəritə layihəsini reallaşdıraraq, virtual monitorinq sisteminin əsasını qoyub. Əminəm ki, gələcəkdə də müasir və innovativ texnoloji nailiyyətlərin mənimsənilməsi və bu istiqamətdə peşəkar kadrların hazırlanmasında Tədris və İnnovasiyalar Mərkəzinin mütəxəssisləri ilə perspektiv əməkdaşlıq uğurla davam etdiriləcək."Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə elektroenergetika sahəsinin yüksəkixtisaslı kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsində müasir tələblərə cavab verən təlim-tədris metodikasının rəqəmsal texnologiyalar üzərində qurulduğunu qeyd edib. O, həmçinin məlumat verib ki, şəbəkələrin müasir, texnogen xarakterli innovativ üsullarla idarə edilməsinin təmin edilməsi üçün müvafiq kateqoriyalı mütəxəssislərin Virtual Reallıq Təlimlər sisteminin köməyi ilə hazırlanması qısa vaxt ərzində mühüm nailiyyətlər əldə etməyə geniş imkanlar yaradır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də paylayıcı şəbəkələrdə artıq tətbiq edilmiş və edilməsi nəzərdə tutulan innovasiyaların istifadə imkanlarının araşdırılması, layihələndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində atılmış növbəti mühüm addımdır. Bundan sonra da, rəqəmsal və innovativ texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, mənimsənilməsi və gənc kadr potensialına çatdırılması üçün "EKM Global Consulting" şirkəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirəcəyik.xeber100.com

Avqust 8, 2020 10:31