05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Azəriqaz” İstehsalat Birliyi təbii qaz təchizatını dayandırır

“Azəriqaz” İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların təbii qaz təchizatını dayandırır.Birlikdən Azərtac-a bildirilib ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb. Belə ki, bu gün səhər saatlarında adıçəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub.Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.xeber100.com

Aprel 26, 2020 10:38

“Saudi Aramco” neft şirkəti istehsalı məhdudlaşdırır

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalını vaxtından əvvəl məhdudlaşdırır.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudi Aramco” mayın 1-dən qüvvədə olacaq “OPEC+” sazişindən öncə bu həftənin əvvəlindən neft hasilatını azaltmağa başlayıb. “Aramco” gündəlik hasilatını 12 milyon barreldən 8,5 milyon barrelə endirir. Ehtimal ki, şirkət mayın 1-dən öncə istehsalını sutkada 8,5 milyon barrelə salacaq.Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.xeber100.com

Aprel 25, 2020 7:58

Mərkəzi Bank USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın aprelin 27-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.xeber100.com

Aprel 24, 2020 10:38

Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib

Aprelin 23-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.AMB-dən Azərtac-a bildirilib ki, hərracda tələb 59,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Aprel 23, 2020 10:37

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Cari ilin yanvar-mart aylarında hava nəqliyyatı ilə 437,2 min və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz az sərnişin daşınıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, daşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.xeber100.com

Aprel 22, 2020 10:38

“Light” markalı xam neft NYMEX birjasında 12,97 dollara satılır

“Light” markalı xam neftinin bir barrelinin qiyməti 12 dollara düşüb.Azərtac xəbər verir ki, hazırda “Light”ın bir barreli Nyu-Yorkun NYMEX birjasında 12,97 dollara satılır.Aprelin 15-nə olan məlumata görə, ABŞ-ın ən böyük neft anbarı olan “Cushing”də xam neft ehtiyatları son 3 həftədə təxminən 16 milyon barrel artaraq 55 milyon barrelə çatıb. Qiymətin kəskin ucuzlaşmasına səbəb də anbarların maksimum səviyyələrdə dolmasıdır.Xatırladaq ki, ABŞ neftinin qiyməti sonuncu dəfə 1999-cu ildə bu səviyyələrdə olub.xeber100.com

Aprel 20, 2020 11:27

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 2020-ci il 20 aprel saat 00:00-dan 2020-ci il 4 may saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 saylı qərarında qeyd edilən bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.“Azərbaycan Dəmir Yolları” QSC-dən Azərtac-a bildiriblər ki, qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq olunacaq.Xatırladaq ki, karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edəcək.xeber100.com

Aprel 19, 2020 8:27

Dövlət Gömrük Komitəsi məlumatına görə…

Cari ilin yanvar-mart aylarında Azərbaycana 6274 çeşiddə məhsul idxal olunub.Azərtac xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Qeyd edək ki, üç ayda Azərbaycanda idxal əməliyyatlarının dəyəri 2 milyard 636,9 milyon ABŞ dolları olub.xeber100.com

Aprel 18, 2020 10:59

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

İqtisadiyyat Nazirliyi Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib. Bu barədə Azərtac-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Xəbərdarlıqda deyilir: “Hörmətli vergi ödəyiciləri! Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir.Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”.xeber100.com

Aprel 16, 2020 8:50

Mərkəzi Bankı USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, bankın aprelin 16-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən edilib.xeber100.com

Aprel 15, 2020 11:24
    Page 79 of 380« First«...102030...7778798081...90100110...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az