05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Musiqili Teatrın təqdimatında…

Musiqili Teatrda Mirzə Fətəli Axundzadənin “Hacı Qara” ikihissəli komediyası əsasında hazırlanan eyniadlı səhnə əsəri təqdim olunub.Xatırladaq ki, 108-ci teatr mövsümünün növbəti premyerası olan tamaşa meydan üslubunda hazırlanıb. Bir sıra yeniliklərlə zəngin olan səhnə əsərinə Əməkdar Artist Loğman Kərimovun quruluşunda baxılıb. Rəqslərin quruluşu Hüseyn Əliliyə məxsus olan tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edib.Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.xeber100.com  

Noyabr 10, 2017 12:44

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Noyabrın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində "Ekran musiqisi" adlı konsert proqramı təqdim ediləcək.Azərtac xəbər verir ki, konsertdə "Avanqard" kamera ansamblının ifasında dünyanın ən məşhur filmlərindən musiqilər səslənəcək.Tamaşaçılar konsertdə Oskar mükafatına layiq görülmüş filmlərdən tutmuş, cizgi filmlərinin musiqilərdən ibarət zəngin repertuar dinləyə biləcək.Konsert proqramında hər kəs iştirak edə bilər.xeber100.com

Noyabr 8, 2017 2:50

“Qarabağın səsi” adlı layihəyə yekun vurulub

Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qarabağın səsi” adlı layihəyə yekun vurulub.AMK-dən Azərtac-a bildirilib ki, final konserti Yunus Əmrə İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyi və Türk İşbirliyi Koordinasion Agentliyi və Milli Konservatoriyanın birgə təşkilatçılığı ilə reallaşıb.Tədbirdə AMK-nın rektoru Siyavuş Kərimi çıxış edərək layihəyə dəstək göstərən təşkilatlara təşəkkürünü bildirib.Daha sonra rektor layihə barədə qısa məlumat verib və öz ata-baba yurdlarından uzaq düşmüş qarabağlı istedadların bu işdə qazana biləcəyi uğurları diqqətə çatdırıb.Konsertdə Azərbaycanın cəbhə bölgələrindən seçilən Qarabağdan olan istedadlı uşaqlar, milli musiqi alətləri və vokal ifaları ilə xalq, bəstəkar və muğamlarımızı səsləndiriblər.Sonda bütün ifaçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunub.xeber100.com

Noyabr 8, 2017 2:48

“Eurovision-2018” mahnı müsabiqəsində

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə noyabrın 8-də münsiflər heyətinin iclası keçirilib.İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, iclasda Aysel Məmmədovanın ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcəyi açıqlanıb.xeber100.com

Noyabr 8, 2017 2:45

Bu gün radio və televiziya işçilərinin peşə bayramı günüdür

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.xeber100.com

Noyabr 6, 2017 1:01

“Аrtisterium 2017” illik beynəlxalq incəsənət sərgisi açılıb

Tbilisidə "Аrtisterium 2017" illik beynəlxalq müasir incəsənət sərgisi açılıb.Azərtac Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə istinadla xəbər verir ki, "Аrtisterium 2017"nin proqramına uyğun olaraq, noyabrın 7-də "Üz-üzə" beynəlxalq sərgisində Azərbaycan rəssamlarının əsərləri nümayiş olunacaq.Sərgidə Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Böyük Britaniya, Koreya Respublikası, Almaniya, İsveçrə, Finlandiya, Gürcüstan, Ukrayna, Yunanıstan, Yaponiya və Türkiyədən rəssamlar iştirak edir. Bu il "Artisterium" adəti üzrə gürcü və xarici rəssamların sərgisini, eyni zamanda, müxtəlif təhsil və mədəni proqramlar təqdim edəcək.Sərgi noyabrın 14-dək davam edəcək.Qeyd edək ki, "Artisterium" Cənubi Qafqazda müasir incəsənətə həsr olunmuş ən genişmiqyaslı sərgidir. Artıq onuncu dəfədir keçirilən sərgi yubileylə əlaqədar "N 10" adlandırılıb.xeber100.com

Noyabr 6, 2017 12:56

Rəssamlar İttifaqında sərgi açılacaq

Noyabrın 7-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “23-ün rəssamları” adlı sərgi açılacaq. Sərgi Rəssamlar İttifaqı və 23 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.Bu barədə Azərtac-a Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov məlumat verib. Onun sözlərinə görə, sərgidə məktəbin 20-dək şagirdinin 80-dən çox rəsm əsəri nümayiş olunacaq. Həmçinin sərgidə batika, peyzaj, portret və digər janrlarda əsərlər yer alacaq. Bir həftə davam edəcək sərgi məktəblə ittifaq arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunacaq.xeber100.com

Noyabr 3, 2017 12:21

YUNESKO-nun 39-cu sessiyası çərçivəsində

Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası çərçivəsində “Sotheby’s” və YUNESKO-nun birgə hazırladığı “İncəsənət aləmi” (“Un univers d’art”) adlı sənət əsərləri kataloqu təqdim olunub.Kataloqda Azərbaycanın YUNESKO-ya hədiyyə etdiyi və qurumun binasının daxili həyətində nümayiş olunan daş at və daş qoç abidələrinin fotoları, ölkəmizdə daş sənətinin tarixi haqqında məlumat yer alıb.Qeyd edək ki, ölkəmizin bu mötəbər quruma üzv olmasının 20 illik yubileyi münasibətilə 2013-cü il iyulun 18-də YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və baş direktor İrina Bokovanın iştirakı ilə Azərbaycan hökuməti tərəfindən təşkilata hədiyyə edilmiş daş at və daş qoç abidələrinin açılış mərasimi keçirilib.Sənət əsərlərinin kataloqu qurumun Baş Konfransının 39-cu sessiyasının bütün iştirakçılarına paylanıb.xeber100.com

Noyabr 1, 2017 12:36

“Azərbaycanfilm” kinostudiyasının məlumatı

“Həddən artıq uyğunluq” filmi 6-cı Dehli Beynəlxalq Film Festivalına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a verilən məlumata görə, filmin ssenari müəllifləri R.Fətəliyev, A.Mərdan, quruluşçu rejissoru Ü.Könül, quruluşçu operatoru N.Mehdiyevdir. Rolları Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundzadə, Kamran Ağabalayev və başqaları canlandırıblar.Qeyd edək ki, sevgi mövzusunda olan filmdə saf hisslərin təlqin etdiyi məsələlərdən danışılır.xeber100.com

Noyabr 1, 2017 12:33

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Noyabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor sənəti üzrə ustad dərsləri təşkil olunacaq.Azərtac xəbər verir ki, növbəti ustad dərsləri rejissor Ruslan Məlikovun iştirakı ilə baş tutacaq.Qeyd edək ki, Ruslan Məlikov 1998-ci ildə Moskva Dövlət Mədəniyyət Universitetini “Teatr rejissorluğu” ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra tələbə kursu Moskva Dövlət Universitetinin mədəniyyət mərkəzinin bazasında “DSV tələbə teatrı”na çevrilir. Burada o, 1998-2002-ci illərdə bir çox tamaşalara quruluş verir. O, “STS” telekanalı yaradıcı qrupun üzvü (pilot buraxılışları), “Kvartirka” teleserialı - “TNT” telekanalının yaradıcı prodüseridir.xeber100.com

Oktyabr 31, 2017 3:10
    Page 100 of 218« First«...102030...9899100101102...110120130...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az