“YARAT” Müasir İncəsənət Mərkəzi kinosevərləri bir araya toplayıb. Belə ki, bu dəfə mərkəzdə Qazaxıstan istehsalı olan dörd sənədli film nümayiş olunub.Azərtac xəbər verir ki, kinosevərlər rejissor Mila Faxrudinovanın “Quş barmaqları ilə oxuyur” filmini izləməklə yanaşı, Alyona Alova və Aziz Jambakiyevin “Gecə uçuşları” filminə də baxıblar.Bundan başqa, rejissor Elzat İskenderin “Oliara” və rejissor Malik Zengerin “Taqqıltı” ekran əsərləri də təqdim olunub. Birinci film sevgililər arasında olan gərgin münasibətlərdən bəhs edir. “Gecə uçuşları” filminin qəhrəmanı Janelin həyatı məqsədsizdir, ağrı və köhnəlmiş klişelərlə doludur. Yalnız xəyalları onu yaşadır. Bir gün o, psixiatrın köməyi ilə əsl şəxsiyyət olduğunu anlayır.“Oliara” filmi isə kənddən qıraqda yaşayan qoca çobanın öz zövcəsi ilə olan münasibətlərindən bəhs edir.Nəhayət sonuncu filmdə nənəsinin mənzilində yaşayan tənha Erlan çörəkpulu qazanmaq üçün qonşusu Beknur və onun kiçik bacısına baxır. Bir gün o, bəxtini sınamaq üçün Beknurla kart oynayır və bütün sərvətini uduzur. Təqdim olunan filmlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”