03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Sentyabrın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzi emalatxanalarını birgünlük ziyarətçilərin üzünə açacaq.Azərtac xəbər verir ki, burada çalışan rəssamlar qonaqlara öz əsərlərini təqdim edəcək, müxtəlif mövzulu seminarlar keçirəcək və biliklərini iştirakçılarla bölüşəcəklər.Öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün “ARTIM LAB” layihəsi haqqında müzakirələrlə yanaşı, əlavə məlumatlar, həmçinin rəssamların incəsənət proqramlarında uğurlu iştirakını istiqamətləndirən əsərlərin nümunələri təqdim ediləcək.Tədbirdə, həmçinin “Postsovet məkanında memarlıq”, “Portfolio və incəsənət nəşri”, “Elektron musiqi” və digər mövzularda seminarlar, rəssamlarla görüşlər və yaradıcılıq müzakirələri aparılacaq.xeber100.com

Sentyabr 25, 2017 12:21

Beynəlxalq musiqi yarışması keçiriləcək

Qazaxıstanda “Silk Way Star” (“İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışması keçiriləcək. Sentyabrın 30-da start veriləcək yarışmada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və digər ölkələrdən ifaçılar iştirak edəcəklər.Azərtac xəbər verir ki, “Qazaxıstan QRTR” Səhmdar Cəmiyyəti tərəfindən keçirilən beynəlxalq musiqili yarışması iştirakçı ölkələrin televiziya kanallarında yayımlanacaq.Layihənin konsepsiyasına əsasən iştirakçılar təmsil etdikləri ölkələrin mahnıları ilə yanaşı, qazax bəstəkarlarının da mahnılarına müraciət edəcəklər.Yarışmanın münsiflər heyətində beynəlxalq səviyyədə tanınan məşhur müğənnilər və prodüserlər yer alıb.Üç ay davam edəcək layihənin sonunda qalib iştirakçıların və dəvət olunmuş ulduzların iştirakı ilə qala-konsert təqdim olunacaq.xeber100.com

Sentyabr 25, 2017 12:18

Rus Dram Teatrı premyeraya hazırlaşır

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında yeni tamaşa üzərində işləyir.Rejissor Azərtac-a müsahibəsində bildirib ki, tamaşa şərti olaraq “İngiltərə kraliçası Yelizavetanın faciəli məhəbbəti” adlanır.Tamaşanın quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverovdur. Kraliça Yelizaveta rolunda Əməkdar Artist Natalya Şarovskaya çıxış edir.Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.xeber100.com

Sentyabr 24, 2017 6:06

X musiqi festivalı keçiriləcək

Oktyabrın 15-16-da Rusiyanın Samara şəhərində “Mstislav Rostropoviçə həsr olunur” X musiqi festivalı keçiriləcək. Festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.Azərtac festivalın saytına istinadla xəbər verir ki, festival günlərində Samara Akademik Opera və Balet Teatrının səhnəsində V.Gergiyevin dirijorluğu ilə Mariya Teatrının simfonik orkestri çıxış edəcək.Qeyd edək ki, görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin yaradıcılıq yolu Samara şəhəri ilə sıx bağlı olub. Ənənəyə çevrilmiş bu festivalda dünya şöhrətli musiqiçilər iştirak edirlər.xeber100.com

Sentyabr 24, 2017 6:01

“Arşın mal alan” operettası əsasında eyniadlı tamaşa nümayiş olunub

Sentyabrın 23-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.Azərtac xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən səhnə əsərinin yeni quruluşda bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru isə İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri Bərdia Kiyarəsdir. Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlardan Atəş Qarayev, Aydan Həsənova, Gülcahan Salamova və başqaları ifa ediblər. xeber100.com

Sentyabr 23, 2017 9:07

Gənc Tamaşaçılar Teatrı 90-cı yubiley mövsümünə start verib

Sentyabrın 23-də Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümünə start verib.AzərtacC xəbər verir ki, həmin gün teatrın səhnəsində M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan” tamaşası nümayiş olunub.xeber100.com

Sentyabr 23, 2017 9:00

“Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək

Sentyabrın 29-dan oktyabrın 8-dək Bakıda “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.Azərtac xəbər verir ki, sözügedən sirk şousunda dünyanın ən məşhur klounu Devid Lariblenin iştirakı da gözlənilir.Qeyd edək ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir. Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan olan artistlər çıxış edəcək.Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.xeber100.com

Sentyabr 22, 2017 12:13

V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-dək Bakı İdman Sarayında V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, sərgi-yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.Üç gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər baş tutacaq.xeber100.com

Sentyabr 20, 2017 12:26

IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığının araşdırılması coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır.Tədbir dahi bəstəkarın zəngin irsinə dair müxtəlif mövzularda elmi məruzələrin dinlənilməsi ilə davam edir.xeber100.com

Sentyabr 19, 2017 11:03

Pantomima Teatrı oktyabr ayının repertuarını təqdim edir

Pantomima Teatrının oktyabr ayı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac sənət ocağının oktyabr repertuarını təqdim edir: 1oktyabr - “Fəlakət və İnsan”, “Pantomima buketi” 7 oktyabr - “Adagio” 8, 21oktyabr - “Qoca və Mələk” 14 oktyabr - “Underground” 15 oktyabr - “Fəlakət və İnsan”, “Katarsis” 22 oktyabr - “Ağ bığlılar” 28 oktyabr - “Ora- bura” 29 oktyabr - “Fəlakət və İnsan”, “Qoca və Mələk”.xeber100.com

Sentyabr 17, 2017 11:05
    Page 108 of 218« First«...102030...106107108109110...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az