Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.Azərtac xəbər verir ki, festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər. Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib.xeber100.com