28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

TÜRKSOY-un iyirminci opera günlərinə start verilib

İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 20-ci opera günlərinə start verilib.Azərtac xəbər verir ki, opera günlərinin açılış konserti Taksimdəki məşhur “Grant Pera” sarayında keçirilib.Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kiprdən olan sənətçilər maraqlı ifaları ilə operasevərlərin görüşünə gəliblər.TÜRKSOY-un opera ulduzlarının növbəti qastrol səfəri Şimali Kiprə nəzərdə tutulub.xeber100.com

Sentyabr 12, 2017 2:49

“Future Shorts” qısametrajlı film festivalı keçiriləcək

Sentyabrın 20-dən Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlanır.Azərtac xəbər verir ki, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulur. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq.“Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. Qeyd edək ki, giriş dəvətnamə ilədir.xeber100.com

Sentyabr 12, 2017 2:29

Mahnı Teatrı yeni teatr mövsümünün açılışına hazırlaşır

Mahnı Teatrı sentyabrın 18-də yeni teatr mövsümünü açıq elan edəcək. Həmin gün teatrın musiqiçi kollektivinin repertuarında möhtəşəm konsert proqramı təqdim olunacaq.Bu sözləri Azərtac-a teatrın direktor müavini İlqar Musayev deyib. Onun sözlərinə görə, teatrın tərkibində fəaliyyət göstərən xalq çalğı alətləri orkestri artıq konsertin məşqlərinə başlayıb.“Konsertdə respublikanın tanınmış ifaçıları tərəfindən bir-birindən parlaq xalq və bəstəkar mahnıları səsləndiriləcək. Bundan başqa, sentyabrın 20-də teatrda “Dan ulduzu” instrumental ansamblının konserti olacaq. Həmçinin, növbəti konsertdə də tanınmış ifaçılar çıxış edəcəklər”, - deyə İ.Musayev söyləyib.xeber100.com

Sentyabr 11, 2017 1:07

XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir. Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub.Azərtac festivalın saytına istinadla xəbər verir ki, bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.Sentyabrın 11-də M.Cəlil adına Opera və Balet Teatrında keçiriləcək bağlanış mərasimində laureatların adları açıqlanacaq. Nominasiyalar üzrə mükafatlarla yanaşı, xüsusi mükafatlar da olacaq.Festivalın münsiflər heyətinə Rusiyanın Xalq Artisti, rejissor Nikolay Dostal sədrlik edir. Münsiflər heyətində Azərbaycandan Ülvi Mehdi təmsil olunur. O, ən yaxşı sənədli filmi (qısa və tammetrajlı) seçəcək.xeber100.com

Sentyabr 10, 2017 11:50

“YARAT” Müasir İncəsənət Mərkəzinin təqdimatında

Sentyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzində İndoneziyanın məşhur musiqiçi və rəssamları ilə görüş keçiriləcək.Azərtac xəbər verir ki, sənətkarlar öz istedadlarını göstərməklə yanaşı, İndoneziyanın zəngin mədəniyyətini də Azərbaycan ictimaiyyətinə təqdim edəcəklər.Tədbirdə “KunoKini” qrupu tərəfindən hazırlanmış musiqi performansı və “G4 studio"nun yaratdıqları mural art (divar, tavan və digər irihəcmli sahələrdə müasir naxış və rəngkarlıq sənəti) nümunələri təqdim olunacaq, həmçinin qonaqlar tamaşaçılarla dialoq qurmağa çalışacaqlar.Tədbir İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi ilə birgə Bakıda keçirilən 2-ci İndoneziya Mədəniyyəti Festivalı çərçivəsində gerçəkləşəcək.xeber100.com

Sentyabr 9, 2017 6:36

Nyu-York dəb həftəsi çərçivəsində

Nyu-York dəb həftəsi çərçivəsində ilk nümayişlərdə dizaynerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim ediblər.Azərtac dəb sahəsində məşhur Vogue jurnalına istinadən xəbər verir ki, bu il Nyu-York dəb həftəsi əvvəllər olmadığı qədər uzun çəkəcək – yeddi gün. Nümayişlərin siyahısında yeni gənc modelyerlərin markalarının iştirakı və tanınmış dizaynerlərin yerli podiuma qayıdışı nəticəsində iştirakçı sayı xeyli çoxalıb. Digər dizaynerlər ilə bərabər Nyu-York dəb həftəsi çərçivəsində Tom Ford, Valentino Qaravani, Raf Simons, Tori Berç, Ceyson Vu, Ceremi Skott, Ralf Loren və rusiyalı dizayner Alyona Axmadullina kimi tanınmış modelyerlər 2018-ci il yaz-yay kolleksiyalarını təqdim edəcəklər.Təşkilatçılar bu il keçirilən Nyu-York dəb həftəsini ən demokratik və əl çatan hesab edir. Belə ki, hazırda nümayişlərə qatılmaq çox sadələşib.WWD jurnalının məlumatına əsasən, bu il şounun qonaqlarına bir sıra əlavə xidmətlər təklif olunur: mehmanxanalarda xüsusi qulluqdan tutmuş nümayişlərdə xüsusi yerlərin tutulması və dizaynerlərlə xüsusi əlaqələrin qurulmasınadək.xeber100.com

Sentyabr 9, 2017 6:30

Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də açıq elan edəcək

Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə açıq elan edəcək.Azərtac xəbər verir ki, rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.Qeyd edək ki, səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.xeber100.com

Sentyabr 8, 2017 1:57

Muğam Mərkəzində musiqi axşamı təşkil ediləcək

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “İki qəlbin dastanı” adlı kamera musiqi axşamı təşkil ediləcək.Azərtac xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının klassik və müasir musiqi əsərlərindən ibarət kompozisiyalar səsləndiriləcək.xeber100.com

Sentyabr 8, 2017 1:54

Musiqili Teatr sentyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Musiqili Teatrı özünün 108-ci teatr mövsümünün ilk ayı üçün repertuar planını açıqlayıb.Teatrın sentyabr repertuarını təqdim edirik: 16 sentyabr - Ü.Hacıbəyli. “Ər və arvad”; 17 sentyabr - İ.Əfəndiyev. “Mənim günahım”; 22 sentyabr - İ.Sadıqov. “Molla Nəsrəddinin beş arvadı”; 23 sentyabr - Ü.Hacıbəyli. “Arşın mal alan”; 24 sentyabr - Ü.Hacıbəyli. “O olmasın bu olsun”; 29 sentyabr - İ.Kalman. “Silva” (rus dilində); 30 sentyabr – Elçin. “Baladadaşın toy hamamı”. Qeyd edək ki, tamaşalar saat 19:00-da başlanır.xeber100.com

Sentyabr 8, 2017 12:57

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında

Sentyabrın 8-9-da Fəvvarələr meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri baş tutacaq.İdarədən Azərtac-a bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.Konsertlər hər həftə cümə və şənbə günləri sentyabrın 15-dək davam edəcək.xeber100.com

Sentyabr 7, 2017 12:04
    Page 111 of 219« First«...102030...109110111112113...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az