07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək

Bakıda “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.Azərtac xəbər verir ki, tədbirdə Azərbaycan, Ukrayna, Yeni Zelandiya, Türkiyə, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya, Rusiya və Çindən 20 heykəltəraş iştirak edəcək.İştirakçılar simpozium müddətində Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradacaqlar.Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.xeber100.com

Sentyabr 28, 2017 1:46

Musiqili Teatrın təqdimatında

Sentyabrın 29-da Musiqili Teatrın aktyoru Boris Qrafkinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçiriləcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq.Yubilyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandıracaq. Səhnə əsəri Əməkdar Artist Boris Lukinskinin quruluşunda təqdim ediləcək.xeber100.com

Sentyabr 28, 2017 1:42

V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində

V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində paytaxtımızda səfərdə olan Kolumbiya yazıçısı və araşdırıcısı Conrado Zuluaga ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) görüş keçirilib.AYB-dən Azərtac-a bildirilib ki, birliyin sədri Anar qonağa Azərbaycan tarixi, Qarabağ həqiqətləri barədə məlumat verib, fikir mübadiləsi aparılıb.Görüşdə Kolumbiya–Azərbaycan ədəbi əlaqələrinin inkişaf perspektivləri, bütövlükdə ispandilli ədəbiyyatın dünyadakı yeri, yeni nümunələrin Azərbaycan dilinə tərcüməsi və Azərbaycan ədəbiyyatının tanıdılması imkanları müzakirə edilib.xeber100.com

Sentyabr 28, 2017 1:39

IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub.Azərtac xəbər verir ki, festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.Qeyd edək ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən beynəlxalq musiqi festivalı böyük əks-səda doğurub. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə, Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış ediblər. Festival günlərində ümumilikdə 30-dan artıq tədbir keçirilib.xeber100.com

Sentyabr 27, 2017 12:17

“Çölçü” Kəlküttə Beynəlxalq Film Festivalında

“Azərbaycanfilm”in istehsalı “Çölçü” Kəlküttə Beynəlxalq Cult Filmləri Festivalının Golden Fox Awards (Calcutta International Cult Film Festival) mükafatının nominantı elan olunduğu üçün filmin rejissoru Şamil Əliyev 2017-ci il dekabrın 5-6-da adı çəkilən mükafatın Hindistanın Kəlküttə şəhərində keçiriləcək təqdim etmə mərasiminin QALA gecəsinə rəsmi dəvət alıb.Xatırladaq ki, “Çölçü” bədii filmi indiyədək 32 Beynəlxalq kinofestivalında və forumlarda iştirak etmiş müxtəlif mükafatlara, o cümlədən diplomlara layiq görülüb.xeber100.com

Sentyabr 27, 2017 11:59

Bu gün Avropa Dilləri Günüdür

26 sentyabr - Avropa Dilləri Günüdür.Azərtac xəbər verir ki, həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox yayılmış dillər - rus, alman, türk, ingilis, fransız, italyan dilləridir.xeber100.com

Sentyabr 26, 2017 2:57

IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində

“YARAT” Müasir İncəsənət Mərkəzində “Sözün melodiyası: keçmişə səyahət” adlı poeziya gecəsi keçirilib.Azərtac xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan gecədə Azərbaycan və Qərb musiqisi ilə Şərq poeziyası bir araya gəlib.Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının tələbələri maraqlı repertuarla çıxış ediblər. Həmçinin musiqili gecədə şeirlər səsləndirilib, bir-birindən parlaq ifalar təqdim edilib.xeber100.com

Sentyabr 26, 2017 12:21

Milli Dram Teatrı oktyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac bu sənət ocağının oktyabr repertuarını təqdim edir: 1 oktyabr- “Mənim günahım” 3 oktyabr- “Boy çiçəyi” 6, 7 oktyabr- “Cəhənnəm sakinləri” 8 oktyabr- “Xanuma” 13 oktyabr- “Boy çiçəyi” 14 oktyabr-“ Cipollino”, “Müfəttiş” 15 oktyabr- “Cipollino”, “Ölülər” 17 oktyabr-“Almaz” 20 oktyabr- “Sənətkarın taleyi” 21 oktyabr-“Cipollino”, “Almaz” 22 oktyabr-“Anamın kitabı”, “Cəhənnəm sakinləri” 27 oktyabr- “Qürbətdən gələn məktublar” 28 oktyabr- “Qaraca qız”, “ Vəsiyyət” 29 oktyabr- “ Cipollino”, “ Xəcalət”.xeber100.com

Sentyabr 26, 2017 12:19

Gənc Tamaşaçılar Teatrı oktyabr repertuarını təqdim edir

Gənc Tamaşaçılar Teatrı oktyabrda maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın oktyabr repertuarını təqdim edir: 1 oktyabr - “Qırmızı papaq”, “Şeyx Sənan” 7 oktyabr - “Danışan gəlincik” , “Mən gəldim qızlar” 8 oktyabr - “Şahzadə Xəzərin nağılı”, “Aydın” 13 oktyabr - “Hekayəti- Xırs-quldurbasan”, “Cəza” 14 oktyabr - “Ələddinin sehrli çırağı”, “Mehmanxana sahibəsi” 15 oktyabr- “Uzuncorab Pippi”, “III Riçard” 20 oktyabr - “Əlincə qalası” 21 oktyabr - “Tıq-tıq xanım”, “Pəri Cadu” 22 oktyabr - “Çirkin ördək balası”, “Mən səni sevirəm – MSS” 27 oktyabr - “Qulliver cırtdanlar ölkəsində” (premyera) 28 oktyabr - “Qrinç” (“Yaşıl adam”), “Hasarın o üzü” 29 oktyabr - “Əlibaba və qırx quldur”, “Buzovna kəndinin əhvalatları”.xeber100.com

Sentyabr 25, 2017 12:28

“Turizm həftəsi” çərçivəsində

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr - Beynəlxalq Turizm Günü ilə əlaqədar olaraq “Turizm həftəsi” elan edib.İdarədən Azərtac-a bildirilib ki, artıq bu gündən başlanılan “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə “Ümid yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.Ekskursiyalar sentyabrın 25-də Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, sentyabrın 26-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, sentyabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyinə, sentyabrın 28-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə və sentyabrın 29-da isə Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.xeber100.com

Sentyabr 25, 2017 12:24
    Page 108 of 219« First«...102030...106107108109110...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az