28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Beynəlxalq elmi konfrans keçiriləcək

Oktyabrın 25-də Mədəniyyət və İncəsənət Universitetində “Hüseyn Cavidin sənət fəlsəfəsi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.Universitetdən Azərtac-a bildiriblər ki, tədbirdə “Dünya romantizmi və Hüseyn Cavidin poeziyası”, “Azərbaycan cavidşünaslığının estetik problemləri”, “Cavid teatrı milli mədəniyyət hadisəsi kimi” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.xeber100.com

Avqust 30, 2017 4:48

“YARAT” Müasir İncəsənət Mərkəzində seminar təşkil edilib

“YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında yerli fırça ustaları üçün braziliyalı rəssam Şeyla Zaqo tərəfindən seminar təşkil edilib.Azərtac xəbər verir ki, beş gün davam edəcək seminarın məqsədi kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Bu günlər ərzində rəssam, onu görməyə gələn, habelə yoldan keçən tamaşaçılar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək.Layihə, dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. Doqquz il əvvəl Braziliyada yaradılmış layihə, bu gün dünyanın hər yerində incəsənət vasitəsilə insanları birləşdirməyə, bütün mümkün yerlərdə azlıqlar üçün eyni zamanda incəsənət, təhsil, sevinc və vizual imkanlar gətirməyə çalışır.xeber100.com

Avqust 29, 2017 2:27

“Bollywood Night” bayramı keçiriləcək

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında hind və Azərbaycan estrada ulduzlarının iştirakı ilə möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək.Arenadan Azərtac-a bildirilib ki, bayramın təşkilatçısı “Full House Entertainment”dir.Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.xeber100.com

Avqust 28, 2017 12:04

Milli Teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq

Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.Teatrdan Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Avqust 28, 2017 11:09

Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib.Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib.Teatrdan Azərtac-a bildirilib ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.xeber100.com

Avqust 28, 2017 11:01

Mədəniyyət Festivalı keçiriləcək

Sentyabrın 9-da və 10-da Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festivalın birinci günü Heydər Əliyev Sarayında baş tutacaq. Burada festival iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın musiqi çıxışından, eləcə də Azərbaycan tələbələrinin və İndoneziyanın professional rəqqasları tərəfindən ifa olunacaq İndoneziyanın ənənəvi və milli rəqs nömrələrindən həzz ala biləcəklər.Festivalın ikinci günü isə Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuya, rəqs edə biləcək.xeber100.com

Avqust 27, 2017 12:52

“Eurovision” mahnı müsabiqəsində

Avstraliya yenidən “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək.Azərtac mignews.com saytına istinadla xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın milli yayım şirkəti təsdiq edib.Mahnı müsabiqəsində ölkəni təmsil edən müğənninin adı yeni ildə açıqlanacaq.Xatırladaq ki, Avstraliya indiyədək müsabiqədə ən yaxşı nəticəsini ikinci yer olmaqla ötən il qazanıb. Müsabiqə gələn il Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.xeber100.com

Avqust 25, 2017 2:23

“YARAT” Müasir İncəsənət Mərkəzinin təqdimatında

“YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək.Azərtac xəbər verir ki, mövzu ilə bağlı avqustun 25-dən 27-dək düşərgədə xüsusi proqram təqdim olunacaq. Proqramı istedadlı teatr rejissoru İlaya Faiq aparacaq və avqustun 27-si yekun tamaşa göstəriləcək.xeber100.com

Avqust 24, 2017 12:16

“Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə…

Sentyabrın 3-də İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət sərgi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.Bu barədə Azərtac-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. O deyib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 10-dan çox sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində açılan sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin altı və bazar günləri təşkil edilir”.xeber100.com

Avqust 24, 2017 12:12

41-ci Montreal Beynəlxalq Film Festivalında

Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək.Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Qarabağ mövzusundadır.xeber100.com

Avqust 23, 2017 12:22
    Page 113 of 219« First«...102030...111112113114115...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az