03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə start verilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib.Azərtac xəbər verir ki, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.Layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.xeber100.com

İyul 18, 2017 11:01

“Yuğ” Teatrı mövsümə yekun vurub

“Yuğ” Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir.Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsərinin xronometrajı 70 dəqiqə olub.xeber100.com

İyul 17, 2017 11:32

Musiqili Teatr 107-ci mövsümü başa vurub

Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurub.Azərtac xəbər verir ki, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunub.Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.Yeni səhnə əsərinin süjet xətti ilk baxışda sadə görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır.xeber100.com    

İyul 16, 2017 4:03

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir…

İyulun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında qrup sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgidə nümayiş etdiriləcək əsərlərin mövzusu həyatı “imitasiya etmək” əvəzinə, ona bilavasitə “müdaxilə etməyə” çalışır. Sərgi “mən” və “digərləri” arasında boşluğu minimuma endirməklə, diqqəti daha çox sosial, mədəni və digər ayrı-seçkilikləri istisna edən münasibətlərin qurulmasına yönəldir. Bu layihə, təsadüfi görüşlər və dialoqlar vasitəsilə qarşılıqlı anlaşma, səmimi münasibətlər və bir-birini qiymətləndirmə prosesinə başlamaqla, “xəyali”, nəzərdə tutulan, lakin heç vaxt təqdim olunmayan bir şəxs qismində yad insana, başqa sözlə desək, “əcnəbiyə” üstün gəlməyə, onu dəf etməyə çalışır.xeber100.com

İyul 15, 2017 4:56

II beynəlxalq folklor-rəqs festivalı davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı II beynəlxalq folklor-rəqs festivalı davam edir. Tədbirin məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.İdarədən Azərtac-a bildirilib ki, festivala ölkəmizlə yanaşı, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstandan olmaqla 400-dən çox rəqqas qatılıb.Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar da təşkil edilib.xeber100.com

İyul 13, 2017 2:04

Kukla Teatrının məlumatına əsasən…

Kukla Teatrı 85-ci mövsümü başa vurur. Yeni tamaşalar, qastrol səfərləri, müxtəlif yerli və beynəlxalq festivallarda iştirak və uğurlu nəticələrlə yadda qalan mövsüm iyulun 16-da başa çatacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, həmin gün tamaşaçılar Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi “Tıq-tıq və Taq-taqın nağılı” tamaşasına baxacaqlar.Teatrsevərlərə və kollektivə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş təntənəli mərasimlə də yadda qalacaq.Teatrın mövsümün sonuna həsr olunmuş bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran KİV nümayəndələri də təltif ediləcək. Belə ki, Milli Mətbuat Günü ərəfəsində bir neçə media təmsilçisi “Teatrın dostu” mükafatı ilə təltif olunacaq. Qeyd edək ki, bu miqyasda mükafatlandırma təşəbbüsünü məhz Dövlət Kukla Teatrı gerçəkləşdirəcək.xeber100.com

İyul 13, 2017 1:59

Filarmoniyada yaradıcılıq gecəsi keçiriləcək

İyulun 14-də Filarmoniyada bəstəkar Ceyhun Allahverdiyevin yaradıcılıq gecəsi keçiriləcək.Azərtac xəbər verir ki, gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlər müşayiət edəcək. Konsertin solisti Əməkdar Artist Gülnaz İsmayılova (soprano) bəstəkarın əsərlərindən ibarət bir sıra kompozisiyalar səsləndirəcək.xeber100.com

İyul 12, 2017 11:16

“Fransız tətilləri” proqramının premyerası keçiriləcək

İyulun 22-də Milli İncəsənət Muzeyində “Belle Epoque” - möhtəşəm dövrün möcüzəvi dünyasını əks etdirən “Fransız tətilləri” proqramının premyerası keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, proqramın təqdimatına gələn valideyn və övladları muzeydə fransız incəsənətinin ən gözəl nümunələri, kral ailələrinə məxsus məişət əşyaları, əsərləri dünya muzeylərini bəzəyən sənətkarların yaradıcılığı ilə tanış olacaqlar. Onlar yelpiyin məşhur dilini öyrənəcək, hətta bir-biri ilə bu dildə ünsiyyət quracaqlar.Tamaşaçıların iştirakı ilə Parisin rəmzləri yaradılacaq, tematik kölgə teatr tamaşası nümayiş etdiriləcək. Böyüklər üçün isə “Toğrul Nərimanbəyov - Paris xatirələri” adlı mühazirə təqdim olunacaq.xeber100.com

İyul 12, 2017 11:14

Milli Arxiv İdarəsinin məlumatına görə…

Rus Dram Teatrı tərəfindən 351 fotosənəd Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.Milli Arxiv İdarəsindən Azərtac-a bildirilib ki, fotosənədlər 2016–2017–ci il teatr mövsümündə sənət ocağının yaradıcılıq fəaliyyətini, teatr xadimlərinin yubiley və xatirə gecələrini əks etdirir.Hazırda fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.xeber100.com

İyul 11, 2017 11:59

Pantomima Teatrının məlumatına əsasən…

Pantomima Teatrı Bəxtiyar Xanızadənin ssenarisi əsasında hazırlanan “Adajio” tamaşası ilə mövsümə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, səhnə əsərində rəsmlərin quruluşu və musiqi tərtibatı Nargilə Qəribovaya, rəqslərin quruluşu isə Elnur İsmayılova aiddir.“Adajio” müasir Azərbaycan şairlərinin lirikası əsasında qurulmuş ədəbi-musiqili, sözlü-pantomimalı kompozisiyadır.xeber100.com

İyul 10, 2017 12:25
    Page 118 of 218« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az