Mədəniyyət və Turizm Nazirliyi və İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi arasında əldə olunmuş razılığa əsasən iyulun 3-dən 9-dək İran İslam Respublikasında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.Nazirlikdən Azərtac-a bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində Tehran, İsfahan şəhərlərində musiqi və teatr kollektivlərinin iştirakı ilə konsertlər, teatr tamaşası, kino nümayişi, foto, turizm, milli mətbəx nümunələrinin təqdimatı ilə yanaşı, miniatür kitab sərgiləri də təşkil ediləcək.Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması, Azərbaycan mədəniyyəti və incəsənətinin, turizm potensialının təbliği, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsi məqsədilə təşkil olunur.xeber100.com