14 Aprel 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində iyulun 23-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.Azərtac xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.Festival səhər saat 10:00-da açıq səma altında kütləvi yoqa məşqləri ilə başlayıb. Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək.Festivalın proqramına əsasən, saat 10:00-dan 10:40-dək yaşıl qazonda yoqa, 11:00-dan 19:00-dək 6 yaşdan yuxarı uşaqlar üçün meditasiya təcrübələri, əyləncə və ustad dərsləri, vegeterian yeməkləri guşəsi, “FLY yoqa”, saat 13:00-dan 15:00-dək vegetarian mətbəxi təşkil ediləcək.Festivalın iştirakçıları "Yoga Shahi" studiyası, "The Art Of Living" Beynəlxalq Fondu, "Chandramukhi" hind rəqs studiyası və "Sevimli bala" uşaq təşkilatıdır.xeber100.com

İyul 24, 2017 12:43

“Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi elan edilib

Bakı Xətai Sənət Mərkəzi “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsi elan edib.Mərkəzdən Azərtac-a məlumat verilib ki, müsabiqə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.İştirak etmək istəyənlər əsərlərini sentyabrın 20-dək Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər. Müsabiqədə 15 yaşından yuxarı hər bir fırça ustası üç əl işi təqdim edə bilər. İştirakçılar arasında vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədi daşıyan müsabiqənin mövzusu sərbəstdir.Qaliblər diplomlarla təltif olunacaqlar.xeber100.com

İyul 23, 2017 11:54

Rus Dram Teatrı 97-ci mövsümün repertuarını açıqlayıb

Rus Dram Teatrı 97-ci mövsümün ilk ayının repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 16 sentyabr – Premyera 17 sentyabr - “Sanset bulvarı” 22 sentyabr - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” 23 sentyabr - “Şəhrizadın daha bir gecəsi” 24 sentyabr - “Senyor Todero-xuliqan” 29 sentyabr – “Artistin taleyi” 30 sentyabr – “Afina axşamları”. Uşaqlar üçün: 16 sentyabr - “Gəlin, nağıla baxaq” 17 sentyabr - “Nağılı tap–5” 23 sentyabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 24 sentyabr - “Nağılı tap–1” 30 sentyabr – “Durnabalığının buyruğu ilə”.xeber100.com  

İyul 22, 2017 11:25

“Retro Bakı” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakı” layihəsi davam edir.Baş İdarədən Azərtac-a bildirilib ki, layihə çərçivəsində növbəti konsert iyulun 21 və 22-də ənənəvi olaraq Fəvvarələr Meydanında baş tutacaq.Bu həftə “Retro Bakı”nın qonaqları şanson mahnıların məşhur ifaçısı kimi tanınan tanınmış müğənnilər Elnarə Xəlilova və Roza Zərgərli olacaq.Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftə sonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilərin iştirakı ilə təşkil olunacaq.xeber100.com

İyul 20, 2017 2:10

Kukla Teatrı növbəti teatr mövsümünü başa vurub

Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu münasibətlə təşkil edilən tədbirdə teatrın truppası və nəzdindəki “Oyuq” teatr-studiyasının balaca istedadları tərəfindən müxtəlif tamaşalardan parçalar, musiqi nömrələri təqdim olunub.Kukla Teatrının direktoru Rəşad Əhmədzadə 85-ci mövsümdə teatrın əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, mövsümdə bir sıra uğurlara imza atan teatrın kollektivi XI “Muraveynik” və V “Orteke” beynəlxalq kukla teatrları festivallarında yüksək mükafatlar qazanıb. Mövsüm ərzində sənət ocağı altı yeni tamaşa təhvil verib.Tədbirin sonunda il ərzində Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran bir neçə media təmsilçisi Milli Mətbuat Günü ərəfəsində “Teatrın dostu” mükafatı ilə təltif olunub.xeber100.com

İyul 18, 2017 11:05

“Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə start verilib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında Fəvvarələr Meydanında keçirilən “Retro Bakı” layihəsi çərçivəsində açıq hava konsertlərinə yenidən start verilib.Azərtac xəbər verir ki, konsertdə milli və dünya xalqlarının rəqsləri təqdim edilib, yaradıcı gənclərin əl işlərindən ibarət rəsmlər qonaqların ixtiyarına verilib.Layihə əhalinin və turistlərin asudə vaxtının səmərəli keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədi daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.xeber100.com

İyul 18, 2017 11:01

“Yuğ” Teatrı mövsümə yekun vurub

“Yuğ” Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir.Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsərinin xronometrajı 70 dəqiqə olub.xeber100.com

İyul 17, 2017 11:32

Musiqili Teatr 107-ci mövsümü başa vurub

Musiqili Teatr 107-ci mövsümü premyera ilə başa vurub.Azərtac xəbər verir ki, iyulun 14-də və 15-də tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası təqdim olunub.Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.Yeni səhnə əsərinin süjet xətti ilk baxışda sadə görünsə də, hadisələr inkişaf etdikcə, bu sadəliyin arxasında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır.xeber100.com    

İyul 16, 2017 4:03

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir…

İyulun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında qrup sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgidə nümayiş etdiriləcək əsərlərin mövzusu həyatı “imitasiya etmək” əvəzinə, ona bilavasitə “müdaxilə etməyə” çalışır. Sərgi “mən” və “digərləri” arasında boşluğu minimuma endirməklə, diqqəti daha çox sosial, mədəni və digər ayrı-seçkilikləri istisna edən münasibətlərin qurulmasına yönəldir. Bu layihə, təsadüfi görüşlər və dialoqlar vasitəsilə qarşılıqlı anlaşma, səmimi münasibətlər və bir-birini qiymətləndirmə prosesinə başlamaqla, “xəyali”, nəzərdə tutulan, lakin heç vaxt təqdim olunmayan bir şəxs qismində yad insana, başqa sözlə desək, “əcnəbiyə” üstün gəlməyə, onu dəf etməyə çalışır.xeber100.com

İyul 15, 2017 4:56

II beynəlxalq folklor-rəqs festivalı davam edir

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtımızda “Dostluq körpüsü” adlı II beynəlxalq folklor-rəqs festivalı davam edir. Tədbirin məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir.İdarədən Azərtac-a bildirilib ki, festivala ölkəmizlə yanaşı, Rusiya, İran, İsrail, Moldova, Latviya və Gürcüstandan olmaqla 400-dən çox rəqqas qatılıb.Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən festival iştirakçıları üçün ekskursiyalar da təşkil edilib.xeber100.com

İyul 13, 2017 2:04
    Page 118 of 219« First«...102030...116117118119120...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az