03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurub

Akademik Milli Dram Teatrı mövsümə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə yekun vurub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Aktyorlar əsəri tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırıblar. Zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı tamaşanı daha da baxımlı edib.“Qarabağnamə” teatrın repertuarında xüsusi yer tutan, aktual mövzulu tamaşalardandır. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın ən böyük dərdi olduğu indiki məqamda bu tamaşa xüsusilə aktual səslənir.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və hökmdar İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.xeber100.com

İyul 10, 2017 12:22

Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

İyulun 29-dan avqustun 3-dək keçiriləcək IX Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.Azərtac festivalın saytına istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın konsertləri bu il Qəbələ ilə yanaşı, Şəki və İsmayıllı şəhərlərində də təşkil olunacaq.xeber100.com

İyul 10, 2017 12:17

Mədəniyyəti Günləri çərçivəsində…

İranda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Tehranın “Hünər” Sarayında Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası əsasında hazırlanmış tamaşa nümayiş olunub.Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi tərəfindən təqdim edilən tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.xeber100.com    

İyul 9, 2017 1:06

Rəssamlar İttifaqında “Turan” adlı rəsm sərgisi açılıb

İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan 9 fırça ustasının əsərləri ziyarətçilərin ixtiyarına verilib.Sərginin açılışından öncə Azərbaycan Rəssamlar İttifaqının katibi A.İbrahimov bildirib ki, sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər nümayiş edilir.Vurğulanıb ki, 50-dək sənət əsərinin təqdim edildiyi ekspozisiyada türk xalqlarının etnoqrafiyası və folkloruna həsr edilmiş əsrlər sərgilənir.Xatırladaq ki, sərgi birr həftə davam edəcək.xeber100.com

İyul 8, 2017 8:58

“Yuğ” Teatrının təqdimatında…

“Yuğ” Teatrının yaradıcı kollektivi “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilən “Boy” tamaşasını teatrsevərlərə təqdim edib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı ideya müəllifi və quruluşu rejissoru Tərlan Engin olan səhnə əsəri ilə mövsümə yekun vurub.Səhnə əsərində insan və onun ideyaları, arzuları, gələcəyə baxışları öz əksini tapıb.xeber100.com

İyul 6, 2017 12:03

“Retro Bakı” layihəsinə start veriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə şəhər sakinləri və şəhərin qonaqlarına həftəsonu istirahətlərinin maraqlı keçməsi məqsədilə “Retro Bakı” layihəsinə yenidən start veriləcək.İdarədən Azərtac-a bildirilib ki, bu il layihənin ilk açılış konserti iyulun 9-da Fəvvarələr Meydanında baş tutacaq.Qeyd edək ki, “Retro Bakı” konsertləri hər həftəsonu axşam saatlarında tanınmış müğənnilər və incəsənət xadimlərinin zəngin konsert proqramları ilə görüşə gələcək.xeber100.com

İyul 6, 2017 11:58

Musiqili Teatr 107-ci mövsümə yekun vuracaq

Musiqili Teatr iyulun 15-də 107-ci mövsümə yekun vuracaq.Qurumun mətbuat xidmətindən bildirilib ki, mövsümün başa çatması ilə əlaqədar Musiqili Teatrda mükafatlandırma mərasimi olub. Ənənə halını alan tədbirdə teatrın bu mövsümündə yaradıcılıq fəaliyyəti və əməyi ilə seçilən əməkdaşları mükafatlandırılıb.Tədbirdə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev mövsüm ərzində görülən işlərdən, qazanılan uğurlardan, qarşıya qoyulan vəzifələrdən, hədəflərdən bəhs edib.Sonra mükafatlandırma mərasimi keçirilib.xeber100.com

İyul 5, 2017 12:16

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı təqdim edir

Avqustun 12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir. Jizelin partiyasını çinli Yuy Çuanya ifa edəcək.Xatırladaq ki, “Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş olunub.xeber100.com

İyul 4, 2017 11:50

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq

Yola saldığımız mövsüm Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, mövsüm ərzində xaricdə və bölgələrdə qastrol səfərlərində olan teatrın kollektivi bir neçə tamaşanın premyerasında iştirak edib. Eyni zamanda, teatrda ölkəmizin mədəni həyatında müstəsna xidmətləri olan bir neçə korifey sənətkarlarımızın yubileyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd olunub.Sənət ocağının mövsüm ərzində gördüyü və planlaşdırdığı bu və ya digər işlərlə bağlı teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Azərtac-a məlumat verib.Qeyd edək ki, Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.xeber100.com

İyul 4, 2017 11:08

“Muğam axşamları” layihəsi çərçivəsində…

Beynəlxalq Muğam Mərkəzi muğamsevərləri yenə bir araya toplayıb. Bu dəfə “Muğam axşamları” layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənib.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, mayın 16-da start verilən “Muğam axşamları” layihəsinə “Şüştər” və “Humayun” muğamları ilə yekun vurulub.Xatırladaq ki, muğamsevərlər tərəfindən gur alqışlarla başa çatan konsert “Muğam axşamları” layihəsinin son tədbiri idi. .xeber100.com

İyul 1, 2017 10:21
    Page 119 of 218« First«...102030...117118119120121...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az