Beynəlxalq Caz Festivalı keçiriləcək

Oktyabrın 20-dən 28-dək Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.Azərtac festivalın saytına istinadla xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, “Jazz dünyası” jurnalı, “A-A Events” şirkətinin və “The landmark hotel Baku”nun təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən bir sıra səfirliklərin, habelə mədəniyyət mərkəzlərinin, şirkətlərin tərəfdaşlığı ilə reallaşacaq.Festival günlərində cazsevərlər Sekou Kouyate (Qvineya), Syminology qrupu (Almaniya), Mişel Borstlap Triosu (Hollandiya), Bendik Hofset (Norveç), Omri Mor Triosu (İsrail), Matthias Spillman (İsveçrə), Bobo Stenson Triosu (İsveç), Kennedi Administreyşn (ABŞ) kimi dünya şöhrətli musiqiçilərin ifalarını dinləmək imkanı qazanacaqlar.Qeyd edək ki, Azərbaycanda cazın böyük tarixi var. Hələ Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşıb. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılıb. Müstəqilliyimizin bərpa edilməsi bu musiqiyə daha da yaxınlaşmağa imkan verib. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Caz Festivalı artıq ənənəyə çevrilib və dünyanın məşhur caz ifaçıları arasında şöhrət qazanıb.Bakı Caz Festivalı bu il “European Jazz Network” təşkilatına üzv olub.xeber100.com

İyun 13, 2017 11:44

Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

İyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.Azərtac xəbər verir ki, festivalın açılış günündə - iyulun 27-də Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATIK, “Vremya i Steklo”, EMIN, Yeqor Krid, MOT və başqaları səhnəyə çıxacaqlar.İyulun 28-də Sofiya Rotarunun anadan olmasının 70 illiyi şərəfinə yubileyi konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMIN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqalarının Sofiya Rotarunun ən yaxşı mahnılarının müasir tərzdə ifa edəcəklər.İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi olacaq. Primadonnanın sevimli hitləri yeni tərzdə səsləndiriləcək. Müasir ifanı və dəbli aranjirovkaları ən parlaq ulduzlar təqdim edəcək. Konsertdə Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMIN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları çıxış edəcəklər.Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları gözlənilməz duetləri, məşhur hitlərin yeni oxunuşunu, maraqlı musiqi nömrələrini, parlaq ifaları görəcəklər. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMIN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.Festivalın aparıcıları Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.xeber100.com

İyun 8, 2017 12:12