Milli Arxiv İdarəsinin göstərdiyi dövlət xidmətləri üzrə müraciətlərin qəbulunda “Bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb.Qurumdan Azərtac-a bildirilib ki, Milli Arxiv İdarəsi qanunvericiliyin tələblərini, həmçinin ölkə rəhbərliyinin tapşırıq və göstərişlərini rəhbər tutaraq, vətəndaş məmnunluğunun, şəffaflığın, innovativ vasitələrin idarəetmə sistemlərində tətbiqini nəzərə almaqla yanaşı, idarə və onun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinə müraciətləri sözügedən sistem vasitəsilə Bakı şəhəri, Ziya Bünyadov prospekti 3-də yerləşən əsas inzibati binasında həyata keçirir.Sistemin adından da göründüyü kimi, vətəndaşların Milli Arxiv İdarəsinin göstərdiyi bütün dövlət xidmətləri üzrə müraciətləri “Bir pəncərə” sistemi vasitəsilə qəbul edilir və cavablar da həmin sistem vasitəsilə vətəndaşa çatdırılır. Burada əsas prinsip arxivlərin təhlükəsizliyini və vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşların əlavə vaxt itkisinin qarşısını almaq və müraciətlərin idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.Qeyd edək ki, idarədə vətəndaşların qəbulu və hazır sənədlərin verilməsi hər həftənin 1,3 və 5-ci günləri saat 10:00-17:00-dək aparılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”