Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

İyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.Azərtac xəbər verir ki, festivalın açılış günündə - iyulun 27-də Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATIK, “Vremya i Steklo”, EMIN, Yeqor Krid, MOT və başqaları səhnəyə çıxacaqlar.İyulun 28-də Sofiya Rotarunun anadan olmasının 70 illiyi şərəfinə yubileyi konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMIN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqalarının Sofiya Rotarunun ən yaxşı mahnılarının müasir tərzdə ifa edəcəklər.İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi olacaq. Primadonnanın sevimli hitləri yeni tərzdə səsləndiriləcək. Müasir ifanı və dəbli aranjirovkaları ən parlaq ulduzlar təqdim edəcək. Konsertdə Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMIN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları çıxış edəcəklər.Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları gözlənilməz duetləri, məşhur hitlərin yeni oxunuşunu, maraqlı musiqi nömrələrini, parlaq ifaları görəcəklər. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMIN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.Festivalın aparıcıları Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.xeber100.com

İyun 8, 2017 12:12

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir…

“YARAT” Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.Azərtac xəbər verir ki, sərginin açılış mərasimindən əvvəl mətbuat konfransı keçirilib.YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Byörn Geldhof sərginin başlıca məqsədindən danışıb. O bildirib ki, “Qazaxıstan üzərində günəş və neonlar” sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva, Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yaradıcılığa yeni başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Uqay və Qayişa Madanovanın əsərlərini bir araya gətirib.Onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir. Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, bu tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır. Qazaxıstan üzərində günəş və neonlar – bu landşaft və şəhər mənzərələri, tarix və dövlət quruculuğu ilə yaxından məşğul olan rəssamların, o cümlədən şəhər həyatının qapalı reallığına tab gətirən, öz şəxsi həyatlarına və fərdi emansipasiyalarına bağlı olan nəslin sərgisidir.1930-cu illərdə dövlət quruculuğunun bir hissəsi kimi yaradılmış sovet incəsənət məktəblərindən sonra Qazaxıstanda təsviri sənətə maraq oyanmağa başlanıb.1940-cı illərdə avanqard üslubuna müraciət edən bir çox sənət adamları Qazaxıstana sürgün edilib. Nəticədə, son dərəcə gözlənilməz, əsas etibarilə rəsmi sənədlərdə əks olunmayan fərqli düşüncəyə malik nonconformist və konseptualist dairələri ilə sıx əlaqələrin olmasına baxmayaraq, sözügedən cərəyan, Qazaxıstanda 1950-ci illərdən başlayaraq 1990-cı illərin əvvəllərinə qədər davam edib.xeber100.com

İyun 7, 2017 11:48