Türkologiya Muzeyinin açılış mərasimi keçirilib

Astanada Beynəlxalq Türk Akademiyasının nəzdində Türk Yazısı Günü münasibətilə Türkologiya Muzeyinin açılış mərasimi keçirilib. Türkologiya sahəsində ilk belə nümunə olan muzeydə görkəmli türkoloqlar Abduali Kaydar, Abjan Kurışcanov, Əmir Nacib, Rəbiqə Sızdıkova və Osman Fikri Sertkayanın istifadə etdiyi şəxsi əşyaları, indiyədək nəşr olunmayan gündəlikləri və əlyazmaları sərgilənir.Tədbirə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Özbəkistan və Monqolustandan gələn elm adamları, ziyalılar və media nümayəndələri qatıldılar.Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdıralı deyib: “Beynəlxalq Türk Akademiyası dövlət başçılarımızın 2009-cu ildə Naxçıvanda keçirilən sammitində yaradılıb. O zaman Akademiyanın nəzdində kitabxana və muzeyin açılması da tövsiyə olunmuşdu. Bu gün Türkologiya Muzeyini açmaqla həm türkologiya elminin inkişafında xidmətləri olan nüfuzlu alimlərimizi yad etmiş olduq, həm də həmin tövsiyələrin həyata keçirilməsi istiqamətində daha bir addım atdıq. Burada böyük çöldə yaşayan qardaş xalqların mədəniyyətini, tarixini əks etdirən əşyaları nümayiş etdirməkdən böyük şərəf duyuruq. Hazırda muzeydə Türk dünyasından elm adamları və türkoloqların bağışladığı 300-dən artıq tarixi əsər və əşyalar yer alır, amma qarşıdakı dövrdə burdakı nadir eksponatların sayını daha da genişləndirmək üçün çalışacağıq”.xeber100.com

May 26, 2017 12:30

Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində…

Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində Fransanın “Total” neft-qaz şirkətinin təşkilatçılığı ilə təşkil olunan “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin bağlanış mərasimi keçirilib.Azərtac xəbər verir ki,tədbirdə muzeyin direktor Ç. Fərzəliyev çıxış edərək Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib. “Sərginin populyarlıq qazanacağını əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, sözügedən sərgisinin yeddi aydan artıq nümayişində sərgiyə olan maraq günü-gündən artıb. Muzeyin kolleksiyasında qorunub saxlanılan müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş sərgilər davamlı olaraq keçiriləcək. Yapon mütəxəssisləri tərəfindən artirubutsiya olunmuş Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulur”, - deyə Ç. Fərzəliyev vurğulayıb.Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd edib: “Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Eyni zamanda, sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk”.Tədbir konsert proqramı ilə davam edib.xeber100.com

May 20, 2017 7:05

“Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək

Mayın 22-dən 24-dək Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək.Simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edəcəklər.Simpoziumun təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.Tədbirin mövzusu türk xalça sənətində naxışlardır. Bu mövzu istənilən tarixi dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. Akademik sessiyalarda “Türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri”, “Türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər”, “Xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirilməsi”, “Naxışın xüsusi bədii dili”, “Müasir dünya incəsənətində naxışların əhəmiyyəti” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr və fikir mübadiləsi aparılacaq.xeber100.com  

May 20, 2017 7:00