Musiqili Teatr may ayında xüsusi repertuarla çıxış edəcək

Musiqili Teatr Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar may ayında xüsusi repertuarla çıxış edəcək. Teatr 2017-ci il may ayı üçün repertuar planını təqdim edir. 05.05 O.Kazımi,R.Heydər “Qızıl toy” 19-00 06.05 R. Şəfəq,V. Zimin“Yağış göbələyinin macəraları”(rus dilində) 12-00 06.05 Ü.Hacıbəyli “O olmasın, bu olsun” 19-00 07.05 Ş.Pero (Səhnələşdirəni A.Sadıqov) “Yatmış gözəl və cırtdanlar” 12-00 07.05 Elçin “Baladadaşın toy hamamı” 19-00 09.05  Ə.Haqverdiyev  “Kimdir müqəssir?” 19-00 10.05 İ.Əfəndiyev (Q. Qarayevin musiqiləri əsasında) “Mənim günahım” 19-00 11.05 M.Kamolleti “Fransızsayağı qarnir” 19-00 12.05 Ü.Hacıbəyli“Arşın mal alan” 19-00 13.05 O.Zülfüqarov, R.Heydər “Dəcəl çəpişlər” 12-00 13.05 R.Hacıyev “Talelər qovuşanda” 19-00 14.05 R. Ağayeva, A. Xayt, A.Kurlyanski “Bir dayan, canavar!” (rus dilində)12-00 14.05 Ü.Hacıbəyli “Ər və arvad” 19-00 16.05 F.Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19-00 17.05 Ü.Hacıbəyli“Arşın mal alan” 19-00 19.05 İ.Kalman    “Silva”(rus dilində) 19-00 20.05 Ə.Səmədli   “Meşə çaqqalsız olmaz” 12-00 20.05 O.Kazımi,R.Heydər “Qızıl toy” 19-00 21.05 H.X. Andersen  “Düyməcik” 12-00 21.05 Ü.Hacıbəyli “O olmasın, bu olsun” 19-00 26.05 R.Hacıyev “Qafqazlı qardaşqızı” (rus dilində) 19-00 27.05 V.Ulanovski, V.Orlov “Qızıl cücə” (rus dilində) 12-00 27.05 Ə. Səmədli “Toya bir gün qalmış” 19-00 28.05 E.Sabitoğlu,Y. Şvarts (Tər.C.Məmmədov)“Qırmızı papaq” 12-00 28.05 R.Mirişli,M.Haqverdiyev “Amerikalı kürəkən” 19-00 30.05 İ.Əfəndiyev (Q. Qarayevin musiqiləri əsasında) “Mənim günahım” 19-00.xeber100.com      

May 1, 2017 12:11

Nizami Kino Mərkəzi təqdim edir…

Nizami Kino Mərkəzində üçüncü Britaniya Bahar Film Festivalının ( British Film Spring) açılışı olub.Azərtac xəbər verir ki, festival “British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin rəhbəri Leyli Mirzəyevə festivalın mayın 4-dək davam edəcəyini bildirib. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək.“British Council Azərbaycan”ın rəhbəri Elizabet Vayt film festivalı haqqında məlumat verib, nümayiş olunması planlaşdırılan ekran əsərləri barədə danışıb. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.Bildirib ki, bu ilki açılış filmi Reyçel Tunnardın mükafat almış “Yetkinlik həyatının bacarıqları” komediyasıdır. Film Azərbaycan dilində subtitrlərlə nümayiş olunub.Qeyd edək ki, təqdimat filmi istisna olunmaqla, digər filmlər rus dilində alt yazılarla nümayiş ediləcək.xeber100.com

Aprel 29, 2017 11:24

“British Film Spring” festivalı keçiriləcək

“British Council Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində aprelin 28-dən mayın 4-dək üçüncü “British Film Spring” festivalını keçirəcək. Festival çərçivəsində Britaniya kinematoqrafiyasının ən yaxşı və ən məşhur yeni filmləri Azərbaycan tamaşaçılarına təqdim ediləcək. Builki festivalda qadınlar tərəfindən və qadınlar haqqında çəkilmiş 6 unudulmaz, çox fərqli film nümayiş olunacaq. Bunlar “Yetkinlik həyatının bacarıqları” (Adult Life Skills), “Mən, Deniel Bleyk” (I, Daniel Blake), “Yan, yan, yan” (Burn, Burn, Burn), “Daşqın” (The Levelling), “Möhtəşəm həyat” (This Beautiful Fantastic) və “Etel və Ernest” (Ethel and Ernest) filmləridir.Azərtac xəbər verir ki, bu barədə aprelin 28-də Nizami Kino Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva “British Council Azərbaycan” təşkilatı ilə bir sıra layihələr həyata keçirdiklərini vurğulayıb. “British Film Spring” festivalının digər layihələr kimi maraqla qarşılanacağını söyləyib.Böyük Britaniyanın Azərbaycandakı səfirinin köməkçisi Stefan MakKormik festivalda nümayiş olunacaq filmlərin Britaniya kinosunun möhtəşəmliyini əks etdirdiyini deyib. O, festivalın proqramında dram, komediya, animasiya janrlarında filmlərin yer aldığını vurğulayıb. Qeyd edib ki, filmlər ingilis dilində Azərbaycan dilində subtitrlərlə nümayiş olunacaq.xeber100.com  

Aprel 28, 2017 12:41