Aprelin 6-da İstiqlal Muzeyinin ekspozisiyasında keçən il aprel ayında baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, muzeydə təşkil olunan sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və Pəncəli Teymurovun əşyaları nümayiş olunacaq.Tədbirdə şəhidlərin qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.Qeyd edək ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında “Dördgünlük müharibə” kimi tarixə düşmüş hərbi münaqişə baş vermişdi. Bu döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.xeber100.com