Aprelin 18-də Frankofoniya həftələri çərçivəsində Litva səfirliyinin dəstəyi ilə bu ölkədən olan fotoqraf Qiedrius Jokubauskisin “Memarlıq həqiqətləri – Misir” adlı fotosərgisi açılıb.Azərtac xəbər verir ki, sərgidə iştirak edən Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez Beynəlxalq Frankofoniya həftələri çərçivəsində artıq 30 tədbirin təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu tədbirlər böyük maraqla qarşılanıb. Səfir Frankofoniya həftələrinin gələcək illərdə də keçiriləcəyinə əminliyini bildirib.Litvanın Azərbaycandakı səfirliyinin konsulu Danielius Turskis çıxış edərək vurğulayıb ki, Litva 1999-cu ildən Frankofoniya təşkilatında müşahidəçi ölkə qismində çıxış edir. Səksən dörd üzv və müşahidəçi ölkədən ibarət olan Frankofoniya müxtəlif dinlərə ibadət edən insanların bir-birini tanımalarına və başa düşmələrinə kömək edir. Frankofoniya həftələri mədəniyyətlərarası dialoqun inkişafına da böyük töhfə verir.Sərgidə nümayiş etdirilən fotolardan aydın hiss olunur ki, müəllifin nəzərləri müxtəlif məqamlarda insanla memarlıq arasında estetik reallıq yaradan şəhər mənzərəsindən memarlığın xüsusi fraqmentlərinə yönəlib. Fotolarda Misirin mədəni, dini və siyasi reallıqları ətraflı şəkildə əksini tapıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”