04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı təqdim edir

Aprelin 15-də Opera və Balet Teatrında bəstəkar Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunacaq.Teatrdan verilən məlumata görə, səhnə əsəri görkəmli bəstəkarın 110 illiyi çərçivəsində nümayiş olunacaq.Səhnə əsərində rolları Xalq Artisti Gülağası Mirzəyev və Əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edəcək.Tamaşanın dirijoru Cavanşir Cəfərovdur.Qeyd edək ki, “Qız qalası”nın ilk nümayişi 1940-cı il aprelin 16-da baş tutub.xeber100.com

Aprel 6, 2017 11:59

IX Beynəlxalq Festivalın proqramı açıqlanıb

Aprelin 23-dən 27-dək Bakıda keçiriləcək IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının proqramı açıqlanıb. Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivalın bütün konsertləri Filarmoniyada təşkil olunacaq.Azərtac festivalın saytına istinadla xəbər verir ki, aprelin 23-də keçiriləcək açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Aprelin 26-da D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Rusiya Akademik Simfonik Orkestrinin Əməkdar Kollektivi çıxış edəcək.xeber100.com

Aprel 4, 2017 1:47

Beynəlxalq Fərc Film Festivalı keçiriləcək

Aprelin 21-dən 28-dək Tehranda Beynəlxalq Fərc Film Festivalı keçiriləcək.Festivalın təşkilat komitəsindən bildiriblər ki, tədbirə 58 ölkədən 140 film təqdim olunacaq.Festivalda Rusiya, Fransa, Almaniya, Yaponiya, İsveç, Misir, Bolqarıstan, Polşa və başqa ölkələrlə yanaşı, Azərbaycan filmləri də nümayiş olunacaq.xeber100.com  

Aprel 4, 2017 1:42

Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə…

“Gənc səslər, qədim nəğmə” filmi aprelin 12-də Parisdə “Avropa ətrafında Avropa” (“L’Europe autour de l’Europe”) festivalında nümayiş etdiriləcək. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə çəkilmiş filmin müəllifi Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokdur.Azərtac xəbər verir ki, bu barədə məlumat TEAS-ın və festivalın saytında yer alıb.Qarabağdan olan uşaqların muğamı çox məharətlə ifa etdiyini bilən Cefri Verbok 2000-ci ildə azərbaycanlı məcburi köçkün və qaçqınların məskunlaşdığı düşərgələrdə onları üzə çıxarmaq üçün axtarışa başlayıb. Filmdə C.Verbokun vaxtilə dinlədiyi üç azyaşlı ifaçının yeni köçkün qəsəbələrində axtarışları, onların indiki həyatı və musiqi bacarıqlarının necə inkişaf etdirməsi haqqında söz açılır.xeber100.com

Aprel 3, 2017 11:59

“Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək

Aprelin 6-da İstiqlal Muzeyinin ekspozisiyasında keçən il aprel ayında baş verən döyüşlərə həsr olunan “Bitməyən savaş” adlı tədbir-sərgi keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, muzeydə təşkil olunan sərgidə 2016-cı il aprel döyüşlərində həlak olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlı, Samid İmanov, Müşfiq Orucov, Orxan Müstəcəbov, Vüqar Yusifov, Murad Mirzəyev, Raquf Orucov və Pəncəli Teymurovun əşyaları nümayiş olunacaq.Tədbirdə şəhidlərin qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər.Qeyd edək ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında “Dördgünlük müharibə” kimi tarixə düşmüş hərbi münaqişə baş vermişdi. Bu döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər.xeber100.com

Aprel 3, 2017 11:56

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Aprelin 7-dən 13-dək Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” adlı sərgi açılacaq.Nazirlikdən Azərtac-a bildirilib ki, tədbirin açılış mərasimi aprelin 7-də baş tutacaq. Sərgidə Azərbaycanın müstəqillik dövrünün 12 ili ərzində yaradılmış bədii plakat nümunələrinin ən tanınmış əsərləri ictimaiyyətə təqdim ediləcək.xeber100.com

Aprel 1, 2017 9:41

VI “Baku Fashion Night 2017” moda günləri keçiriləcək

Aprelin 14-də  "Baku Fashion Night"ın təşkilatçılığı ilə moda həvəskarları üçün VI "Baku Fashion Night 2017" təntənəli moda günləri keçiriləcək.Azərtac xəbər verir ki, bu layihə 2014-cü ilin aprel ayından ildə iki dəfə keçirilir. Layihənin məqsədi Azərbaycan dizaynerlərinə dəstək olmaq, həmçinin peşəkarlara və həvəskarlara fikir mübadiləsi aparmaq, dəb meyillərini müzakirə edərək onlara fikirlərini bildirmək imkanı verməkdir.xeber100.com

Aprel 1, 2017 9:37

IX “Bahar süjetləri” müsabiqəsinin sərgisi açılıb

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində həvəskar fotoqrafların IX “Bahar süjetləri” müsabiqəsinin sərgisi açılıb. Sərgidə təqdim olunan fotoşəkillərdə müəlliflərin Azərbaycan təbiətinin gözəlliyinə sevgisi əksini tapıb.Azərtac RİMM-in saytına istinadla xəbər verir ki, bu il ilk dəfə olaraq münsiflər heyətində gənc fotoqraf-rəssamlar Q.Hüseynov və F.Sultanov yer alıb. Onlar bir çox peşəkar fotosərgilərin iştirakçısı və laureatlarıdır.Alsu Yusupova, Aslan Əzimzadə və Nelli Hüseynova müsabiqənin laureatları olublar. “Orijinal ideya” nominasiyasında Viktoriya Vasilyeva və Tatyana Brovinanın işləri xüsusi mükafata layiq görülüb.“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov müsabiqənin laureatlarına diplom və mükafatları təqdim edib.xeber100.com

Aprel 1, 2017 9:34

TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib

Kişineu şəhərində TÜRKSOY-un xalq alətləri orkestrinin konserti keçirilib. Konsert Türkiyə və Azərbaycanın Moldovadakı səfirliklərinin və S.Lunkeviç adına Moldova Milli Filarmoniyasının dəstəyi ilə təşkil edilib.Azərtac xəbər verir ki, konsert “Novruz-2017” silsilə tədbirlər çərçivəsində reallaşıb. Moldovada orkestrin 2 konserti nəzərdə tutulub - paytaxt Kişineu və Moldovanın Qaqauziya Muxtar Vilayətinin mərkəzi Komrat şəhərlərində.TədbirdəTÜRKSOY-un Azərbaycan üzrə nümayəndəsi Elçin Qafarlı qonaqları salamlayaraq belə konsertin əhəmiyyətindən söz açıb.Konsert türk xalqlarının qədim musiqi mədəniyyətini əks etdirən çıxışlarla yadda qalıb.Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.xeber100.com

Mart 30, 2017 1:51

Litva Mədəniyyət Nazirliyində seçimin nəticələri…

Litvanın Kaunas şəhəri 2022-ci ildə Avropanın mədəni paytaxtı olacaq. Bu barədə məlumat martın 29-da Litva Mədəniyyət Nazirliyində seçimin nəticələrinin elan edilməsi mərasimində açıqlanıb.Kaunas bu müsabiqədə özünü müasir paytaxt kimi təqdim edərək, bunu iki müharibə arasındakı dövrdə şəhərin Litvanın müvəqqəti paytaxtı kimi identikliyi ilə əlaqələndirib. Palanqa və Nerinqa ilə birlikdə müraciət edən Klaypeda isə özünü görüş yeri, adi tarixi koordinatlardan, identiklikdən və coğrafiyadan asılı olmayan, dəyişən şəhər kimi təqdim edib.Litvanın altı namizəd şəhəri arasından seçilən bu iki şəhər müsabiqəsinin ikinci mərhələsində Avropanın mədəni paytaxtı titulu uğrunda mübarizə aparıb.xeber100.com

Mart 30, 2017 1:49
    Page 135 of 218« First«...102030...133134135136137...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az