05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Filarmoniyada musiqili gecə təşkil olunacaq

Aprelin 12-də Filarmoniyada bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş musiqili gecə təşkil olunacaq.Azərtac xəbər verir ki, konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə baş tutacaq.Konsertdə xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbər və dirijorluğu ilə bəstəkarın əsərləri səslənəcək.xeber100.com

Mart 28, 2017 7:11

“Rəssamla tanışlıq” layihəsi çərçivəsində…

Martın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc foto-rəssam İlkin Hüseynovla görüş keçiriləcək.Azərtac xəbər verir ki, “Rəssamla tanışlıq” layihəsi çərçivəsində gerçəkləşəcək tədbirdə hər kəs iştirak edə bilər.Görüş çərçivəsində maraq doğuran mövzular ətrafında müzakirələr aparılacaq, suallar cavablanırılacaq.xeber100.com

Mart 28, 2017 7:08

Opera və Balet Teatrının təqdimatında…

Aprelin 8-də Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə edəcəyi səhnə əsərinin bədii rəhbəri onun həmyerlisi Korneliya fon Kerssenbrokdur. Səhnə əsərində rolları Əməkdar artistlər A.Abbasova, F.Əliyev, C.Qurbanov və b. ifa edəcəklər.Xatırladaq ki, opera bu teatrda ilk dəfə 2014-cu ildə səhnəyə qoyulub.xeber100.com

Mart 26, 2017 2:20

“İpək Yolu” festivalının açılış mərasimi keçirilib

Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının birgə təşkil etdikləri “İpək Yolu” festivalının açılış mərasimi keçirilib.Martın 30-dək davam edəcək festival çərçivəsində Rəssamlar İttifaqının üzvü Darvin Vəlibəyovun “Təəssüratlar” sərgisi nümayiş olunur.Tədbirdə Monteneqronun mədəniyyət naziri, dövlət və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək qədim İpək Yolunun bir sıra ölkələrin, o cümlədən Azərbaycanın tarixində rolundan, İpək Yolunun bərpasına dövlətimizin töhfələrindən, Azərbaycan və Monteneqronun multikulturalizm ənənələrindən danışıb.xeber100.com

Mart 26, 2017 2:15

Rus Dram Teatrı aprel repertuarını təqdim edir

Rus Dram Teatrının aprel repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın aprel ayı üçün repertuarını təqdim edir: 1 aprel – “İkisi birində” (premyera) 2 aprel – “Cəhənnəm sakinləri” 6 aprel – “Yalan detektoru” 7 aprel – “Həddindən artıq evil taksi sürücüsü” 8 aprel – “Artistin taleyi” 9 aprel – “Senyor Todero-xuliqan” (premyera) 14 aprel – “Maskarad” 15 aprel – “Məhəbbətlə zarafat etmirlər” 16 aprel – “Sanset bulvarı” (premyera) 20 aprel – “Yay gecəsində yuxu” 21 aprel – “Şəhrizadın daha bir gecəsi” 22 aprel – “Kazanova: sevgi dərsləri” 23 aprel – “Xalam Bundu” 27 aprel – “Yeddi gözəl” 28 aprel – “Əli və Nino” 29 aprel – “Afina axşamları” 30 aprel – “Qürur və qərəz”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com

Mart 26, 2017 12:17

BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə…

Ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyasının (BA) müvafiq qətnaməsi ilə elan edilmiş 21 mart - Beynəlxalq Novruz Günü Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan və Hindistanın BMT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə qurumun mənzil qərargahında təntənəli şəkildə qeyd edilib.Mərasimdə Nyu-Yorkun diplomatik icmasının nümayəndələri və Novruz bayramını qeyd edən ölkələrin diaspora üzvləri iştirak ediblər.Tədbirdə Baş Assambleyanın prezidenti Piter Tomson, BMT baş katibi Antonio Quterreş və UNESCO-nun Nyu-York ofisinin direktoru Mari Rudil çıxış ediblər.Baş katib BMT-nin bu mərasimin tərkib hissəsi olmasından məmnunluğunu ifadə edərək müxtəlifliyin zənginliyini xatırladan Novruzun sülh, dostluq, insan hüquqları ilə bağlı öhdəliklərin yenilənməsi imkanı olduğunu bildirib.Daha sonra yuxarıda qeyd edilən ölkələrin daimi nümayəndələri tərəfindən çıxışlar edilib və Novruz bayramının qeyd edilməsi ilə bağlı qısa videoçarxlar nümayiş olunub.xeber100.com

Mart 24, 2017 9:42

Opera və Balet Teatrı təqdim edir

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Jizel” baleti təqdim olunacaq.Teatrdan bildirilib ki, bu dəfə Jizel partiyasını sənət ocağının gənc solisti Cəmilə Kərimova ifa edəcək. O, səhnəni Əməkdar Artist Makar Ferştandt ilə bölüşəcək.Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.xeber100.com

Mart 24, 2017 9:37

“Türküstan türk dünyasının mədəniyyət paytaxtıdır”…

Bişkekdə fəaliyyət göstərən “Turkel” Fondunun məlumatına görə, Qazaxıstanın Cənubi Qazaxıstan vilayətində “Türküstan türk dünyasının mədəniyyət paytaxtıdır” tədbirində türk dünyası KİV-lərinin nümayəndələrinə TÜRKSOY-un mükafatları da təqdim olunub.Mükafat alanlar arasında Bişkekdəki “Turkel” media qrupunun prezidenti Hökumə Xəlilova da var.Mükafatı jurnalistlərə TÜRKSOY-un baş katibi Düsen Kaseinov təqdim edib.xeber100.com

Mart 23, 2017 6:56

Beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında beynəlxalq “Milli rəqs və musiqi” festivalı keçirilib.Azərtac xəbər verir ki, çıxış edən natiqlər festivalın əhəmiyyəti, məqsəd və məramı, həmçinin iştirakçı ölkələr barədə məlumat veriblər.Bildirilib ki, beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Türkiyə, İran, Litva, Tatarıstan, Qazaxıstan və Gürcüstandan olan rəqs qrupları iştirak edib. Festivalının təşkil olunmasında məqsəd dünyanın müxtəlif yerlərindən gəlmiş rəqs qrupları arasında dostluq əlaqələrini gücləndirmək, Azərbaycan mədəniyyəti və incəsənətini tanıtmaq, eləcə də milli bahar bayramı olan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verməkdir.Diqqətə çatdırılıb ki, Novruz bayramı UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.Sayca üçüncü dəfə təşkil olunan beynəlxalq “Milli rəqs və musiqi” festivalına ilbəil marağın artdığını söyləyən natiqlər vurğulayıblar ki, hazırkı tədbirə dünyanın 8 ölkəsindən 250-ə yaxın iştirakçı qatılıb.Sonra iştirakçı qruplar təmsil etdikləri ölkələrin milli xalq musiqilərini və rəqslərini təqdim ediblər.Sonda iştirakçılara xatirə hədiyyələri və diplomlar təqdim olunub.xeber100.com

Mart 22, 2017 12:12

“Aripi” beynəlxalq film festivalında

Rumıniyada fəaliyyət göstərən Rus elm və mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən “Aripi” (Qanadlar) beynəlxalq film festivalında Azərbaycan da təmsil edilir. Festival martın 21-dən 26-dək keçirilir.“Niyyət” və “Dərs” filmləri martın 25-26-da Buxarestin mərkəzindəki “Eforia” kinoteatrında nümayiş olunacaq. Festivalda Azərbaycan filmləri ilə yanaşı, rumın, rus, belarus və kazak filmləri yer alır.xeber100.com

Mart 22, 2017 12:05
    Page 136 of 218« First«...102030...134135136137138...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az