28 İyul 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Rəssamlar İttifaqında sərgi açılacaq

Martın 30-da Azərbaycan Rəssamlar İttifaqında “Bahar” adlı rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq sərgidə müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.“Təsviri sənət həftəsi” çərçivəsində gerçəkləşəcək sərgidə 100-dək fırça ustasının müxtəlif janrlarda 120-dən çox sənət əsəri təqdim ediləcək.Sərgi bir həftə davam edəcək.xeber100.com

Mart 29, 2017 12:15

IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Aprelin 23-də Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək.Azərtac xəbər verir ki, üç gün davam edəcək festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub. Eyni zamanda, Xalq Artisti Gülbacı İmanovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edəcək.Qeyd edək ki, festival Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert zallarında keçirilməklə yanaşı, ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən görkəmli ifaçıları öz ətrafında toplayır. Festivalın əsas konsepsiyası hər bir ifanın yüksək keyfiyyətidir.xeber100.com

Mart 29, 2017 12:12

Musiqili Teatrın səhnəsində yeni tamaşa təqdim olunub

Musiqili Teatrın səhnəsində Beynəlxalq Teatr Günü ilə əlaqədar “Bəxtəvər” adlı tamaşa təqdim olunub.Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri Dövlət Musiqili Teatrı və iranlı aktyor Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb. Səhnə əsərinin ssenari müəllifi Babək Nəhreyn, eyni zamanda, baş rolun ifaçısıdır.Tanınmış iranlı rejissor Yaqub Sadiqcamalinin quruluşunda təqdim edilən tamaşanın ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru Əliqismət Lalayevdir.xeber100.com

Mart 28, 2017 7:16

Filarmoniyada musiqili gecə təşkil olunacaq

Aprelin 12-də Filarmoniyada bəstəkar Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş musiqili gecə təşkil olunacaq.Azərtac xəbər verir ki, konsert Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə baş tutacaq.Konsertdə xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbər və dirijorluğu ilə bəstəkarın əsərləri səslənəcək.xeber100.com

Mart 28, 2017 7:11

“Rəssamla tanışlıq” layihəsi çərçivəsində…

Martın 30-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc foto-rəssam İlkin Hüseynovla görüş keçiriləcək.Azərtac xəbər verir ki, “Rəssamla tanışlıq” layihəsi çərçivəsində gerçəkləşəcək tədbirdə hər kəs iştirak edə bilər.Görüş çərçivəsində maraq doğuran mövzular ətrafında müzakirələr aparılacaq, suallar cavablanırılacaq.xeber100.com

Mart 28, 2017 7:08

Opera və Balet Teatrının təqdimatında…

Aprelin 8-də Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri - “İl Tabarro” (Plaş) təqdim olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, almaniyalı dirijor Qut İmmlinqin idarə edəcəyi səhnə əsərinin bədii rəhbəri onun həmyerlisi Korneliya fon Kerssenbrokdur. Səhnə əsərində rolları Əməkdar artistlər A.Abbasova, F.Əliyev, C.Qurbanov və b. ifa edəcəklər.Xatırladaq ki, opera bu teatrda ilk dəfə 2014-cu ildə səhnəyə qoyulub.xeber100.com

Mart 26, 2017 2:20

“İpək Yolu” festivalının açılış mərasimi keçirilib

Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının birgə təşkil etdikləri “İpək Yolu” festivalının açılış mərasimi keçirilib.Martın 30-dək davam edəcək festival çərçivəsində Rəssamlar İttifaqının üzvü Darvin Vəlibəyovun “Təəssüratlar” sərgisi nümayiş olunur.Tədbirdə Monteneqronun mədəniyyət naziri, dövlət və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək qədim İpək Yolunun bir sıra ölkələrin, o cümlədən Azərbaycanın tarixində rolundan, İpək Yolunun bərpasına dövlətimizin töhfələrindən, Azərbaycan və Monteneqronun multikulturalizm ənənələrindən danışıb.xeber100.com

Mart 26, 2017 2:15

Rus Dram Teatrı aprel repertuarını təqdim edir

Rus Dram Teatrının aprel repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın aprel ayı üçün repertuarını təqdim edir: 1 aprel – “İkisi birində” (premyera) 2 aprel – “Cəhənnəm sakinləri” 6 aprel – “Yalan detektoru” 7 aprel – “Həddindən artıq evil taksi sürücüsü” 8 aprel – “Artistin taleyi” 9 aprel – “Senyor Todero-xuliqan” (premyera) 14 aprel – “Maskarad” 15 aprel – “Məhəbbətlə zarafat etmirlər” 16 aprel – “Sanset bulvarı” (premyera) 20 aprel – “Yay gecəsində yuxu” 21 aprel – “Şəhrizadın daha bir gecəsi” 22 aprel – “Kazanova: sevgi dərsləri” 23 aprel – “Xalam Bundu” 27 aprel – “Yeddi gözəl” 28 aprel – “Əli və Nino” 29 aprel – “Afina axşamları” 30 aprel – “Qürur və qərəz”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com

Mart 26, 2017 12:17

BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə…

Ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş və BMT Baş Assambleyasının (BA) müvafiq qətnaməsi ilə elan edilmiş 21 mart - Beynəlxalq Novruz Günü Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, İraq, Əfqanıstan, Pakistan və Hindistanın BMT yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə qurumun mənzil qərargahında təntənəli şəkildə qeyd edilib.Mərasimdə Nyu-Yorkun diplomatik icmasının nümayəndələri və Novruz bayramını qeyd edən ölkələrin diaspora üzvləri iştirak ediblər.Tədbirdə Baş Assambleyanın prezidenti Piter Tomson, BMT baş katibi Antonio Quterreş və UNESCO-nun Nyu-York ofisinin direktoru Mari Rudil çıxış ediblər.Baş katib BMT-nin bu mərasimin tərkib hissəsi olmasından məmnunluğunu ifadə edərək müxtəlifliyin zənginliyini xatırladan Novruzun sülh, dostluq, insan hüquqları ilə bağlı öhdəliklərin yenilənməsi imkanı olduğunu bildirib.Daha sonra yuxarıda qeyd edilən ölkələrin daimi nümayəndələri tərəfindən çıxışlar edilib və Novruz bayramının qeyd edilməsi ilə bağlı qısa videoçarxlar nümayiş olunub.xeber100.com

Mart 24, 2017 9:42

Opera və Balet Teatrı təqdim edir

Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Jizel” baleti təqdim olunacaq.Teatrdan bildirilib ki, bu dəfə Jizel partiyasını sənət ocağının gənc solisti Cəmilə Kərimova ifa edəcək. O, səhnəni Əməkdar Artist Makar Ferştandt ilə bölüşəcək.Tamaşanın dirijoru əməkdar artist Əyyub Quliyevdir.xeber100.com

Mart 24, 2017 9:37
    Page 138 of 220« First«...102030...136137138139140...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az