Martın 14-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında klassik musiqi axşamı təşkil olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar Artist Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist tanınmış tarzən Səbuhi Cəfərovdur.Konsertdə Q.Qarayev, H.Xanməmmədov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi və digər bəstəkarların əsərləri səsləndiriləcək.xeber100.com