“Novruz” festivalı təşkil olunub

Martın 20-də Bakıda “Novruz” festivalı təşkil olunub.Azərtac xəbər verir ki, “Sabir bağı”nda keçirilən festivala el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının Novruz bayramı münasibətilə xalqımızı təbrik etməsi ilə start verilib.Tədbirdə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi, respublikanın gənc və tanınmış müğənnilərinin bir-birindən parlaq ifaları bayram əhval-ruhiyyəsini daha da artırıb.Sənətkarlar öz əl işlərini nümayiş etdiriblər. İştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradılıb.Sonra maraqlı at yürüşü təşkil olunub və ayrıca olaraq Qarabağ atı nümayiş etdirilib.Martın 26-dək davam edəcək festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 40-dan çox kollektivin iştirakı ilə konsert proqramı təqdim olunacaq.Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılmasını, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.xeber100.com

Mart 20, 2017 12:28

Mahnı Teatrında anım günü keçirilib

Martın 15-də Mahnı Teatrında Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun anım günü keçirilib.Azərtac xəbər verir ki, Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü ilə keçirilən anım tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Mehmet Akif Ersoyu böyük istiqlal şairi və ictimai xadim kimi xarakterizə edib.Bildirib ki, Osmanlı dövlətinin tənəzzülü dövründə Vətənin işğalına dözməyən şairi xalqı milli azadlıq uğrunda mübarizəyə ruhlandıran şeirlər yazıb. Şair bu gün dillər əzbəri olan istiqlal marşını da o illərdə yazıb.Tədbirdə Milli Məclisin deputatları Q.Paşayeva, H.Məmmədov, Bakı Yunus Əmrə İnstitutunun direktoru İ.Yıldırım və digər çıxış edənlər Mehmet Akif Ersoyun Vətəni və xalqı qarşısında böyük işlər gördüyünü vurğulayıblar. Türkiyə Cümhuriyyətinin qurulmasında, şüurlarda vətənpərvərlik ideyalarının oyanmasında bu böyük şəxsiyyətin danılmaz əməyi olduğunu diqqətə çatdırıblar. Onun yaradıcılığını əhatə edən 8 cildlik əsərlər toplusunun başdan-başa doğulduğu Vətənə sevgi və fədakarlıqdan yoğurulduğunu bildiriblər.Tədbirdə Mehmet Akif Ersoyun seirləri, sözlərinə bəstələnmiş musiqi əsərləri ifa olunub.Sonda sözləri böyük şairə məxsus olan və yaranmasından 96 il keçən Türk İstiqlal marşı səsləndirilib.xeber100.com

Mart 16, 2017 12:35