19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

İrəvan Dövlət Azərbaycan Dram Teatrı təqdim edir

Martın 13-də İrəvan Dövlət Azərbaycan Dram Teatrında “Qanlı qızıl toy” pyesi əsasında Xalq Artisti Rafael Dadaşovun quruluşunda hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.Teatrdan Azərtac-a bildirilib ki, Şuşa şəhərinin müdafiəsi uğrunda döyüşmüş qəhrəmanlarımıza həsr olunmuş tamaşa Rafael Dadaşovun 70 illiyi münasibətilə hazırlanıb.Səhnə əsəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə İrəvan Teatrının birgə layihəsi əsasında ərsəyə gəlib.xeber100.com

Mart 7, 2017 2:53

Bu gün Yel çərşənbəsidir…

Bu gün yel çərşənbəsidir. Yel çərşənbəsində hava təmizlənir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir. Bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə də deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Tonqallar qalanır, son çərşənbəyə hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatar bişirilir. Ümumiyyətlə isə, Novruz bayramına qədər 4 çərşənbə - su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var. Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması, od çərşənbəsi Günəşin torpağı qızdıraraq yeni əkinə hazılaşdırması, yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi, torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır.xeber100.com

Mart 7, 2017 2:45

Musiqili Teatr təqdim edir

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə 4 gün ərzində 6 tamaşa nümayiş ediləcək. Teatrdan bildirib ki, tamaşaçılar 8, 10, 11, 12 mart tarixlərində saat 12.00 və 19.00-da Qara Qarayevin musiqiləri əsasında “Mənim günahım” (İ. Əfəndiyev), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Talelər qovuşanda” (R. Hacıyev), “Bir dayan, canavar!” (R. Ağayeva, A. Kurlyanskiy, A. Xayt) və “Toya bir gün qalmış” (Ə. Səmədli) tamaşalarını izləyə bilərlər. Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 11 mart tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”,12 mart tarixində isə R. Ağayeva, A. Kurlyanskiy və A. Xaytın “Bir dayan, canavar!” əsərləri rus dilində uşaqlar üçün nümayiş olunacaq.xeber100.com      

Mart 7, 2017 12:26

Anadolu agentliyinin məlumatına görə…

Dünya şöhrətli meqastar Tarkan Nyu-Yorkun ən məşhur “The Novo by Microsoft” konsert salonunda çıxış edib.Anadolu agentliyinin məlumatına görə, “SM Production Group” təşkilatının təşəbbüsü ilə gerçəkləşən konsertdə meqastar tamaşaçılar qarşısında türk və ingilis dillərində olan hit mahnılar səsləndirib.Konsertdə Nyu-Yorkda yaşayan Meksika, Rusiya və iranlılarla yanaşı, azərbaycanlılar da iştirak ediblər. Həmçinin türkiyəli müğənni Los-Ancelesdə də möhtəşəm konsert proqramı təqdim edib.Meqastarın növbəti konsertinin Meksikada baş tutacağı gözlənilir.xeber100.com

Mart 7, 2017 12:22

Fransa mətbuatının məlumatına görə…

Fransanın “Sud-Ouest” jurnalında “Azərbaycana dəvət” adlı məqalə dərc olunub.Məqalədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun Arkaşon şəhərinə səfərindən, orada konfransda iştirakından və ölkəmizlə bağlı filmdən bəhs olunur.Məqalədə Arkaşonun meri “Bakı-2015” Birinci Avropa Oyunları zamanı ölkəmizə səfərini xatırlayaraq müxtəlif mədəniyyət və dinləri özündə birləşdirən Azərbaycanın gözəlliyinin, dinamik iqtisadi inkişafının və siyası stabilliyinin onda zəngin təəssürat yaratdığını bildirir.xeber100.com

Mart 6, 2017 12:47

Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək

Mayın 9-dan 14-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata" əsəri nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano) mayın 9-da, 11-də və 13-də səhnə əsərində Violetta Valeri obrazını canlandıracaq. Əməkdar Artist Elçin Əzizov (bariton) isə mayın 10-da, 12-də və 14-də Jorj Jermonun partiyasını ifa edəcək.xeber100.com    

Mart 6, 2017 12:38

Rəssamlar İttifaqında sərgi açılacaq

Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda aktrisa Suğra Bağırzadənin sənət əsərlərindən ibarət sərgi açılacaq.Azərtac xəbər verir ki, Əməkdar Artistin 50-dək sənət əsərinin nümayiş olunacağı sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.Müxtəlif mövzulu əsərlərin yer alacağı sərgi bir həftə davam edəcək.xeber100.com

Mart 6, 2017 12:34

Pantomima Teatrı mart ayının repertuarını təqdim edir

Azərbaycan Dövlət Pantomima Teatrı mart ayında maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın mart repertuarını təqdim edir: 11 mart - “Adajio” 12 mart - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Katarsis” 18 mart - “Ora- bura” 19 mart - “Dejavü” 25 mart - “Underground” (Yeni tamaşa) 26 mart - “Fəlakət və İnsan” (Uşaq tamaşası) 26 mart - “Son ştrix”.xeber100.com

Mart 6, 2017 12:24

“Sənət ocağı” adlı konsert təşkil olunub

Azərbaycan Dövlət Filarmoniyasının “Mədəniyyət” kanalı ilə birgə layihəsi çərçivəsində “Sənət ocağı” adlı konsert təşkil olunub.Azərtac xəbər verir ki, konsertdə ifaçıları Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri orkestri müşayiət edib.Konsert Üzeyir Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi” əsərinin ifası ilə başlayıb.Sonra Xalq Artisti Alim Qasımovun özünəməxsus ifasında “Kor ərəbin mahnısı” aramlılığı, ağır tempi ilə tamaşaçını Fikrət Əmirov musiqisinin sehrinə salıb.Gecədə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Azər Zeynalov, Aygün Bayramova, Əməkdar artistlər Bəyimxanım Vəliyeva, Aygün Zeynalova, Lalə Məmmədova və başqalarının ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.xeber100.com

Mart 5, 2017 3:14

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Martın 20-də “Art Villa” qalereyasında “Təbiətin oyanışı” adlı rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq..Sərgiyə qatılmaq üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb.xeber100.com

Mart 4, 2017 11:38
    Page 142 of 220« First«...102030...140141142143144...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az